KÖHNƏ VERSİYA            

İrəvanın Təpəbaşı məhəlləsinin taleyinə UNESCO-nun bu soyuqluğu səbəbsiz deyil...

Image

Səbuhi Hüseynov: “UNESCO Ermənistanın bu cinayətlərini təsdiqləmək istəmir” 

"Ermənistanın Xarici İşlər Nazirliyi bir daha mədəni abidələrin qorunması məsələsi ilə spekulyasiya etməyə çalışıb. Ermənistan tərəfi Azərbaycan ərazilərinə UNESCO missiyasının göndərilməsindən danışmaqdansa, belə bir missiyanı öz ərazisində qəbul etməlidir". Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd olunub ki, icma Ermənistandakı Azərbaycan abidələrinin vəziyyətinin monitorinqi məqsədilə Ermənistana missiya göndərilməsi ilə bağlı UNESCO-ya dəfələrlə müraciət göndərib: "Bizdə olan məlumata görə, UNESCO bizim müraciətimizlə bağlı Ermənistan hökumətinə müvafiq kommunikasiya göndərib. Lakin Ermənistan razılıq vermədiyi üçün bu missiya hələ də baş tutmur.

Ermənistanın törətdiyi əməllər İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın (1966), Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyanın, Hərbi münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Konvensiyanın, Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın və İrqi ayrıseçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyanın pozulmasıdır".

Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistanın UNESCO missiyasını qəbul etməməsi, mədəni irsin qorunması üzrə İcma ilə dialoqdan imtina etməsi və İrəvan şəhərində Təpəbaşı məhəlləsi daxil olmaqla Azərbaycan mədəni irsini nümayişkaranə şəkildə dağıtmaqda davam etməsi həm də Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il 7 dekabr tarixli qərarının kobud şəkildə pozulmasıdır: "Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi həmin qərarında Ermənistandan “Azərbaycan mədəni irs yerlərini və etnik və mədəni mülkiyyət nümunələrini dağıtmağına və Azərbaycan mədəni izlərinin silinməsi siyasətinə dərhal son qoymağı” tələb edir.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən Azərbaycan mədəni irsini, o cümlədən, İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsini dağıtmağı dərhal dayandırmağı və dağıtmış olduğu Azərbaycan mədəni abidələrini bərpa etməyi tələb edir. Bərpa zamanı abidələrin orijinallığının və autentikliyinin təmin edilməsi üçün Qərbi Azərbaycan İcmasının bu prosesdə yaxından iştirakı zəruridir. Ermənistan hökuməti Qərbi Azərbaycan İcması ilə bu məsələyə dair dialoqa başlamalı və UNESCO-nun müvafiq missiyasını qəbul etməlidir".

Ermənistan hələ də UNESCO-nun yoxlama missiyasını qəbul etmir və UNESCO da Ermənistana lazımı təzyiqi göstərmir. Səbəb nədir, niyə göstərmir? Niyə məcburi şəkildə missiya göndərə bilmir? 

“Reallıqda UNESCO Ermənistana qarşı bu beynəlxalq hüququ istifadə etmir” 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş mütəxəssisi, “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın müəllifi Səbuhi Hüseynov “Bakı-Xəbər”ə “UNESCO-nun Ermənistana missiya göndərə bilməməsinin səbəbi aydındır.   UNESCO istəsə Ermənistana missiya göndərə bilər, amma istəmir. Ona görə ki, ermənipərəst UNESCO  Ermənistanın bu cinayətlərini təsdiqləmək istəmir. Bu qurum “Ermənistan missiyamızı qəbul etmək istəmir” deməklə əslində manipulyasiya edir, faktaraşdırıcı missiya göndərməkdən imtina edir. Yoxsa, bunun başqa adı yoxdur. Bu qurumun Təpəbaşı məhəlləsinin taleyinə biganə yanaşmasına gəlincə, bu onun ifrat ermənipərəst mövqeyindən irəli gəlir” - deyə bildirdi.  

S.Hüseynovun sözlərinə görə, UNESCO mədəni irsin əhəmiyyətini qəbul edən və onun qorunması üçün çalışan ilk beynəlxalq qurumdur. “Bügünə qədər təşkilat mədəni irslə bağlı 7 konvensiya hazırlayıb. Bu konvensiyalar arasında Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Haqqında Konvensiya mədəni irsin qorunmasının vacibliyini etiraf edən və tərəfləri bu istiqamətdə əllərindən gələni etməyə məcbur edən əsas beynəlxalq sənəddir.  

Məsələn, 1972-ci il konvensiyası dövlətin öz ərazisində yerləşən bütün mədəni irslə bağlı öhdəliklərini vurğulayır. Bu o deməkdir ki, mədəni irsin hansısa konkret icma və ya qrupla bağlı olub-olmaması dövlət öhdəliklərinin yerinə yetirilməsində rol oynamamalıdır. Daha açıq şəkildə deyək. Ermənistan ərazisində olan maddi mədəni irsin ermənilərə aid olub-olmamasından asılı olmayaraq, Ermənistan dövləti bu konvensiyanı qəbul etməklə bütün abidələri qorumaq öhdəliyi götürüb. Lakin bundan başqa, UNESCO-nun bir sıra bəyannamələri də var ki, onlar da mədəni irsin qorunmasını tələb edir. 2001-ci il UNESCO-nun Mədəni Müxtəliflik üzrə Ümumdünya Bəyannaməsi mədəni müxtəliflikdə dialoqun vacibliyini vurğulayır. 

Məsələn, UNESCO-nun 2003-cü ildə qəbul edilmiş Mədəni İrsin Qəsdən Məhv edilməsi haqqında Bəyannaməsi var. Bu Bəyannamə mədəni irsin qorunması standartlarını müəyyənləşdirir. Bəyannamənin 6-cı maddəsində isə belə deyilir: "UNESCO-nun və ya başqa bir beynəlxalq təşkilatın siyahısına daxil olub-olmamasından asılı olmayaraq bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edən mədəni irsin qəsdən məhv edilməsini qadağan etmək, qarşısını almaq, dayandırmaq və cəzalandırmaq üçün qəsdən məhv edən və ya qəsdən lazımi tədbirlər görməyən bir dövlət bu cür məhv üçün beynəlxalq hüquqda nəzərdə tutulduğu dərəcədə məsuliyyət daşıyır". Yəni UNESCO Ermənistan tərəfindən Azərbaycan maddi mədıni irsinə qarşı XX əsrin 80-ci illərinin sonlarından başlayaraq bugünə qədər apardığı mədəni soyqırım siyasətinə müdaxilə etmək, onu dayandırmaq üçün bir çox beynəlxalq sənədlərə malikdir və bu sənədlər ona bu işdə böyük səlahiyyətlər verir. Lakin reallıqda UNESCO Ermənistana qarşı bu beynəlxalq hüququ istifadə etmir. Bir çox hallarda, məlimatsızlığı əsas gətirir. UNESCO artıq rəsmi şəkildə dəfələrlə Təpəbaşı məhəlləsi ilə bağlı kifayət qədər məlumatlandırılıb. Qərbi Azərbaycan İcması artıq uzun müddətdir ki, UNESCO-ya müraciətlər edir. Bu müraciətlər tarixi torpaqlarından zorla qovulan, soyqırıma məruz qalan bir xalqın öz maddi mədəni irsi ilə bağlı narahatçılığıdır. Və bir daha deyirəm ki, icma tərəfindən artıq dəfələrlə bu narahatçılıq UNESCO rəhbərliyinin diqqətinə çatdırılıb.Yəni əvvəllər məlumatsız olduğunu deyən UNESCO artıq məlumatsız deyil” - deyə S.Hüseynov vurğuladı.

S.Hüseynov qeyd etdi ki, Ermənistan Respublikası, onun siyasi elitası artıq 35 ildən çoxdur  Azərbaycan maddi mədəni irsinə düşmən kəsilib. “Bu, əslində, Ermənistanda mövcud olan hakim ideologiyanın tərkib hissəsidir. Ermənistan ərazisində mövcud olan  azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələri 1989-cu ildən başlayaraq sistemli şəkildə məhv edilsə də, bugünə qədər bu məhvetmə prosesi heç bir Qərb təşkilatı tərəfindən pislənməyib. Ermənistan isə bu beynəlxalq təşkilatların bu cür hərəkətlərindən "ilhama" gələrək daha vəhşi şəkildə Azərbaycan irsini Ermənistan ərazisində artıq məhv edərək bitirməkdədir. Təsəvvür edin ki, İrəvan şəhərində olan Təpəbaşı məhəlləsində hazırda mövcud olan Azərbaycan xalqına məxsus abidə Ermənistan Respublikasının Daşınmaz Tarix və Mədəniyyət Abidələrinin Dövlət Reyestrində mövcud deyil, mövcud olan tək-tük abidə isə ya özükünləşdirilərək, ya da özgəninkiləşdirilərək siyahıya daxil edilib. 

Ermənistan siyasi elitası bununla ilk növbədə öz dövlətlərində 1998-ci ildə qəbul etdikləri "Tarix və mədəniyyət abidələrinin və tarixi landşaftın mühafizəsi və istifadəsi haqqında” qanunun maddələrini pozur. Belə ki, qanunda deyilir ki, Ermənistan Respublikasının ərazisindəki bütün abidələr dövlətin mühafizəsi altındadır və mülkiyyət formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmalıdır. Lakin təkcə Təpəbaşı məhəlləsinin bugünkü taleyi onu deməyə əsas verir ki, Ermənistan bu əraziyə bir "qara ləkə" kimi baxır və ondan tezliklə qurtulmaq istəyir və ilk növbədə öz qanunlarını, daha sonra isə qoşulduğu beynəlxalq qanunları pozur. 

Təpəbaşı məhəlləsi Ermənistan cəmiyyəti və siyasi elitası arasında daim ideoloji işdə bir uçurum yaradır. Erməni siyasi elitası öz xalqına böyük erməni xalqı, regionun qədim və monoetnik, saf və yeganə xalqı olması ideyasını təlqin edir. Lakin erməni cəmiyyətinin üzvləri hər gün adi həyatlarında azərbaycanlılara məxsus maddi mədəni irslə qarşılaşırlar. Bu zaman öz siyasi elitaları ilə bir uçurum və inamsızlıq yaranır. Məhz bu səbəbdən Ermənistan bu abidələri tamamilə yox etməkdə qərarlıdır. Bu ideya regionun yerli və qədim xalqı olan Azərbaycan xalqına qarşı bir əsr ərzində ən azı 1 dəfə soyqırımın həyata keçirilməsinə (1918-1920-ci illər) və 3 dəfə (1905,1948-1953, 1988-ci illər) soyqırıma cəhdə təhrik etdi. Bu, soyqırım edən millətlərin ideologiyasına xas düşüncə tərzidir. 

Bəs nə üçün UNESCO bütün bunlara səssiz qalır? Bunu demək çətindir. Lakin mən düşünmürəm ki, UNESCO həmişə bu hərəkətlərə səssiz qala biləcək. Çünki bu təşkilat ilk növbədə üzv ölkələrdən ibarətdir. Bu ölkələr içərisində Azərbaycanı sevən və sevməyənlər də var. Əsas məsələ dünyanı fakt qarşısında qoymaqdır. Bu faktların qarşısında UNESCO da geri çəkilə bilməz. Lakin ilk növbədə biz indiki Ermənistan ərazisində uzun müddətdir aparılan Azərbaycan maddi mədəni irsinə qarşı  mədəni soyqırımını dünya ictimaiyyətinə çatdırmalıyıq. Pafosdan, mənbəsiz məlumatlardan uzaq əsl sənədlərə söykənən tarixi fakt cəmiyyətlərin diqqətinə çatdırılmalıdır. Bunun üçün bütün abidələrimizin reyestri tutulmalıdır. Biz ilk növbədə özümüz hansı abidələrimiz qaldığını və hansı abidələrimizin artıq məhv edildiyini bilməliyik. Arxivlərdə işlər aparılmalıdır. Milyonlarla arxiv sənədləri hələ də işıq üzünə çıxarılmayıb. Bu sənədlərin ortaya çıxması dünyanı fakt qarşısında qoyur” - deyə S.Hüseynov qeyd etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:43
İraq Prezidenti Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:20
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 19:09
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031