Çərşənbə axşamı günü, 20 may 2025
     

Selektiv abortlar Azərbaycanda ən populyar qanunsuzluqlardan birinə çevrilib....

Image

Şəlalə Qənbərova: "Çarəsizlikdən qaynanamın sözü ilə bətnimdəki körpəni təlaf etdim"

"4 aylıq hamilə olduğum vaxt qayınanam məni aborta məcbur etdi. Səbəbi də o idi ki, xarici görünüşdən uşağın qız olduğunu düşünürdü. Mən kim idim ki, qayınanamın sözünün qabağına söz qoyum? Deyirdi ki, əgər abort etdirməsəm və uşaq qız olsa, məni boşayacaqlar. Çünki artıq iki qızımız var idi. Çarəsizlikdən qaynanamın sözü ilə bətnimdəki körpəni təlaf etdim. Öldürülən uşağıma görə çəkdiyim əzablar hələ də yadımdan çıxmır, özümü təqsirli hiss edirəm. Hər dəfə öz-özümə deyirəm ki, kaş mübarizəyə vaxtında başlayardım. Ancaq nə həyat yoldaşım, nə də ailəmə mənə dəstək oldu". 

Bu sözləri Şəlalə Qənbərova "Bakı-Xəbər"ə açıqlamasında deyib. 

Qeyd edək ki, bu gün ölkəmizə Şəlalə xanımın həyatını yaşayan çoxlu sayda qadın var. O qadınlar oğlan dünyaya gətirməsə selektiv aborta məcbur edilir, əks halda ailəsi dağılır.

Selektiv abortların günü-gündən artması ölkə rəsmilərini də narahat edir. Milli Məclisin Səhiyyə komitəsinin iclası zamanı da məlum məsələ müzakirə edilib. Komitə sədri  Əhliman Əmiraslanov çıxışı zamanı bildirib ki, Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, hamilə vaxtı ən xırda patologiyanı belə aşkara çıxarır. Selektiv abortların qarşısının alınması üçün maarifləndirmə işləri gücləndirilməlidir.

Aynur Qəribova: "Cinsiyyətə görə aparılan abortları ailədə daha çox kişilər tələb edir"

Ginekoloq Aynur Qəribova "Bakı-Xəbər"ə açıqlamasında dedi ki, hamiləlik planlaşdırılan zaman dölün cinsiyyətini öncədən təyin etmək üçün dəqiq yol yoxdur. Müəyyən təqvimlərdən istifadə olunsa da, onların heç bir tibbi əsası yoxdur. Qız övladı istəməyən ailələr də "çıxış yolu"nu abortda görürlər: "12-ci həftədən sonra dölün cinsiyyətini təyin etmək üçün ultrasəs aparatına müraciət edilir və daha sonra abortlar həyata keçirilir. Bu, qadın üçün olduqca təhlükəli məqam, risqli prosedurdur. Selektiv abortların ana üçün ilkin mənfi təsiri psixoloji stressdir. Cinsiyyətə görə aparılan abortları ailədə daha çox kişilər tələb edir. Düzdür, bəzən qadınların özlərinin də bu cür istəyi olur. Amma bu, əsasən kişilərin təsiri ilə olur. Təsəvvür edin ki, 3 ay ərzində özünü hamiləliyə hazırlamış bir qadının bu qərarı verməsi nə qədər çətindir. O, psixoloji travma yaşaya bilər. Digər tərəfdən, abort, xüsusən, selektiv abortlar (12-ci həftədən sonra aparıldığı üçün) qadın həyatına bir çox problemlər gətirir. İlk növbədə, baş verən qanaxmalardan danışaq. O, qadının ölümünə də səbəb ola bilər. İnfeksiyalar, xüsusən çanaq orqanlarının irinli iltihabı kimi xəstəliklər gələcəkdə qadınlara ana olmaq üçün ciddi problemlər yarada bilər. Hətta daxili orqanların zədələnməsi, uşaqlığın cırılması da baş verə bilər. Belə halların nəticəsində gələcəkdə sonsuzluq yaşanması qaçılmaz olur".

Ginekoloq hesab edir ki, abortlar tam qadağan olunmamalıdır. Çünki bəzi hallarda abortlar göstəriş üzərinə aparılır: "Ananın həyatı üçün risq yaradan xəstəliklər və ya döldə hər hansı inkişaf qüsurları olduqda abortlar reallaşdırılır. Bunun inzibati yolla qarşısını almaq da çox çətindir. Burada həkimlərin üzərinə düşən iş qadınları, onların ailələrini maarifləndirməkdir. Qız uşaqlarına olan münasibəti dəyişməyin həlli yolu qadın hüquqlarının müdafiəsini gücləndirməkdir".

Elçin Bayramlı: "Ana bətnindəki uşağı öldürməklə, küçədəki hər hansı bir şəxsi öldürmək arasında heç bir fərq yoxdur" 

Sosioloq Elçin Bayramlı bildirdi ki, selektiv abortlar faktiki olaraq qətl hadisəsidir: "Bu, hələ doğulmağa imkan tapmamış körpələrə qarşı fiziki terror, analara qarşı isə həm psixoloji, həm bioloji terrordur. Abortlar, xüsusən də selektiv abortlar bir cəmiyyəti xəstə vəziyyətə salır, demoqrafik vəziyyəti ağırlaşdırır, milli genofondu məhv edir, cinslərin təbii balansını pozur. Qısaca desək, abort ən qorxunc və ən dəhşətli bəladır. ÜST-ün hesabatlarına görə, hər il dünyada 50 milyondan çox qadın abort olunur. Onların 20 milyonu qeyri-leqal abortlardır, bu hal qadın ölümü hallarının artmasına yol açır.

Abortların 78 faizi inkişaf etmiş ölkələrin, 22 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Abortların sayına görə ən aşağı göstərici dinin hakim olduğu ölkələrdədir. Belə ölkələrdə il ərzində 1000 qadına 10 abort düşür. Digər ölkələrdə bu göstərici hər 1000 qadına 10-80 abort arasında dəyişir. Azərbaycanda 2022-ci ildə ölkədə 58 min abort qeydə alınıb. 2021-ci ildə isə bu göstərici 47 minə yaxın olmuşdu. 2020-ci ildə isə bu rəqəm 35 mindən də az idi. Göründüyü kimi, kəskin artım var. Hələ bu rəsmi rəqəmlərdir. Hesab edilir ki, real rəqəmlər rəsmi statistikadan dəfələrlə çoxdur.

Həm rəsmi, həm qeyri-rəsmi statistika göstərir ki, Azərbaycanda abortların sayının artması son dərəcədə acınacaqlı haldır. Xüsusən də, selektiv abortlar daha təhlükəlidir. Selektiv abortlara görə biz dünyada ilk yerlədən birini tuturuq. Son 20-30 ildə bu sahədə vəziyyət daha da pisləşib. Bəzi bu işlə məşğul olan həkimlər etiraf edirlər ki, son vaxtlar müraciətlər daha çox kütləviləşib. Aydındır ki, bunların çoxu rəsmiləşmir və  statistikaya daxil olmur".

E.Bayramlı hesab edir ki, ana bətnindəki uşağı öldürməklə, küçədəki hər hansı bir şəxsi öldürmək arasında heç bir fərq yoxdur: "Açıq şəkildə ölkədə hər gün yüzlərlə qətl törədilir. Faktiki olaraq, milli genofonda qarşı kütləvi terror törədilir. Buna görə cinayət məsuliyyəti olmadığından, kim necə istəyir, eləcə də hələ doğulmamış körpəsini öldürür. Bəzi ölkələrdə abortların edilməsinə qarşı daha mühafizəkar qanunlar var. Hətta bəzi Avropa ölkələrində belə, abort etmək qadağandır və abort edən şəxs sərt cəzalandırılır. Azərbaycan qanunvericiliyində aborta məcbur və təhrik etməyə görə 115-ci maddənin 2-ci və 3-cü hissələrinə görə islah-əmək koloniyalarında cəza verilir. Lakin könüllü aborta görə cinayət məsuliyyəti yoxdur. Bunun qarşısını almaq üçün nə dövlət, nə də cəmiyyət heç bir tədbir görmür".

Həmsöhbətimiz onu da əlavə etdi ki, demoqrafik cinsi disbalansın yaranması gələcəkdə ağır fəsadlar verəcək. Bu milli fəlakətdən xilas olmaq üçün təcili şəkildə dövlət bu məsələ ilə bağlı ya xüsusi proqram qəbul etməlidir, ya da bu sahə üzrə geniş səlahiyyətlərə malik xüsusi dövlət orqanı yaradılmalıdır. Bu sahəyə çox ciddi nəzarət olunmalıdır və çox sərt cəzalar qoyulmalıdır.

Könül İsmayılova: "Belə halların qarşısını qadağalarla almaq olmaz, çünki insan bir şeyə qərar veribsə, onu…"

Psixoloq Könül İsmayılova qəzetimizə açıqlamasında bildirdi ki, problemin həlli yolu maariflənmədədir: "Belə halların qarşısını qadağalarla almaq olmaz. Çünki insan bir şeyə qərar veribsə, onu gizlində və ya aşkarda edəcək. Yuxarı sinif şagirdlərindən başlayaraq, ali təhsil ocaqlarında da bu yöndə maarifləndirmə aparılmalıdır. Təəssüf ki, maariflənmə çox vaxt qadınlar, qızlar arasında aparılır. Bunu heç doğru hesab etmirəm. Nəzərə alsaq ki, abortları çox zaman kişilər xanımlara məcbur etdirir, deməli, maariflənmə hər iki tərəflə aparılmalıdır. Bundan başqa, yeni ailə qurmuş gənclərə qadın məsləhətxanalarında planlı hamiləlik, hamiləlikdən qorunmağın yolları haqqında müəyyən informasiyalar verilməlidir".

Günel CƏLİLOVA



VİDEO

SON XƏBƏRLƏR

20.05.2025 / 18:02
4-5 min maaş alıb “dolana bilməyən” rəsmilərin çıxışları kəskin qınanır...

20.05.2025 / 17:48
ABŞ-İran nüvə danışıqları iflasa uğradı - ABŞ elə şərt qoydu ki...

20.05.2025 / 17:32
Şamaxıda 10 kq qızıl talayıb qaçan dəstə üzvləri bataqlıqda yaxalandı

20.05.2025 / 17:28
Moskvada Stalinə abidə qoyuldu - Kremlin örtülü mesajları...

20.05.2025 / 17:15
Xarici ticarət dövriyyəmizdə böyük inkişaf var - 17 milyard dollara yaxın...

20.05.2025 / 17:03
Qələbə paradı ərəfəsində Moskvanın mərkəzində terror aktlarının qarşısı alınıb...

20.05.2025 / 16:50
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi

20.05.2025 / 16:10
Trampdan qudasına jest - Çarlz Kuşner ABŞ-ın Parisdəki səfiri təyin edildi

20.05.2025 / 16:07
"Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub" - Orban

20.05.2025 / 15:52
DİN silsilə əməliyyatlar keçirdi - 10 nəfər saxlandı, 75 kiloqram narkotik dövriyyədən çıxarıldı...

20.05.2025 / 15:50
Bloomberg: “Tramp “əllərini sallayıb” danışıqlardan uzaqlaşır, Putin qalib gəlir”

20.05.2025 / 15:48
Yəmən husiləri İsrailin Hayfa limanını blokadaya aldıqlarını açıqladı

20.05.2025 / 15:47
Tramp günahı yenə Zelenskinin üstünə atdı: - “Onunla məşğul olmaq asan deyil”

20.05.2025 / 15:40
Prezident: "Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir"

20.05.2025 / 15:37
Xamenei ABŞ-la danışıqların uğurlu olacağına şübhə edir - bu böyük səhvdir...

20.05.2025 / 15:35
"Macarıstanla energetika sahəsində uğurlu əməkdaşlıq edirik" - Prezident

20.05.2025 / 15:29
Prezident İlham Əliyev Budapeştdə Ermənistan-Azərbaycan sülh prosesi barədə danışdı

20.05.2025 / 15:21
"Macarıstanla Azərbaycan dost ölkələr, strateji tərəfdaşlardır" - Prezident İlham Əliyev

20.05.2025 / 15:18
“İçərişəhər” qoruğunda İntiqam Babayevin yerinə aparat rəhbəri təyin olundu

20.05.2025 / 15:03
Prezident İlham Əliyev və Macarıstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

20.05.2025 / 15:02
Prezident İlham Əliyevin Orbanla geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

20.05.2025 / 14:46
İsveç Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:43
Petr Pavel Prezident İlham Əliyevi təbrik etdi

20.05.2025 / 14:40
Prezident İlham Əliyevin Orbanla məhdud tərkibdə görüşü olub - FOTO

20.05.2025 / 14:36
Macarıstan parlamenti təsdiqlədi - ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı...

20.05.2025 / 14:36
Avstriya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:32
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

20.05.2025 / 14:27
III Çarlz Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.05.2025 / 14:22
Qadın məhkum ərinə ayaqqabısının içində telefon keçirməyə cəhd etdi...

20.05.2025 / 14:10
Bank kartı məlumatlarının paylaşılması əmanətlər üçün təhlükə doğurur - DİN-dən növbəti xəbərdarlıq...

20.05.2025 / 13:46
Bakıda iki məktəb direktoruna şiddətli töhmət verildi

20.05.2025 / 13:36
Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gəlib - FOTO

20.05.2025 / 13:23
Məktəblərdə "Son zəng" tədbirləri bu tarixdə keçiriləcək

20.05.2025 / 13:10
Врачи, ставшие палачами. Карательная медицина в СССР - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

20.05.2025 / 12:18
“MTK-lara dövlət nəzarəti gücləndirilməlidir”

20.05.2025 / 12:16
Ermənistana casusluq edən İqbal Əbilova hökm oxunub

20.05.2025 / 12:10
Sahibə Qafarova Madriddə Prado muzeyində olub

20.05.2025 / 12:05
Rusiyadan qaçırlar, aclıq başlayıb, ərzaq talonu sisteminə keçdilər

20.05.2025 / 11:40
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

20.05.2025 / 11:25
Hindistanda cəsus qalmaqalı -11 Pakistan "cəsusu" həbs edildi!

20.05.2025 / 11:19
Hamilə Rihanna "Cənnət və cəhənnəm"in qala gecəsində...

20.05.2025 / 11:12
Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq - Dövlət Xidməti

20.05.2025 / 11:06
Bakı məktəblərində monitorinqlər başlayıb - 2 məktəb direktoru işdən çıxarılıb

20.05.2025 / 11:03
Paşinyan Azərbaycana rəsmən yalvarır . Dərdi nədir? - CANLI

20.05.2025 / 11:00
Kukla teatrında kuklalar sərgisi

20.05.2025 / 10:50
30 şübhəli saxlanılıb - Polis

20.05.2025 / 10:38
CNN:-“Putinin ABŞ-ın mövqeyinə ehtiyacı yoxdur”

20.05.2025 / 10:35
Prezident İlham Əliyev “GlobE Network” plenar iclasının iştirakçılarına müraciət ünvanlayıb

20.05.2025 / 10:25
4 günlük Hindistan-Pakistan müharibəsi Fransanın reputasiyasını yerlə bir etdi - İndoneziya Fransa qırıcılarından rəsmən imtina etdi

20.05.2025 / 10:12
"Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli prioritet kimi qəbul edib"

20.05.2025 / 10:04
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır - Baş prokuror

20.05.2025 / 10:00
Xoşqədəmin kartından 50 avro oğurlayıblar- İtaliyada...

20.05.2025 / 09:28
Bakıda "GlobE Network"un altıncı plenar iclası başlayıb

20.05.2025 / 09:25
Naftalanda yanğın olub, ana və oğul xəstəxanaya yerləşdirilib

20.05.2025 / 09:25
"Avroviziya"da Azərbaycanın reytinqi inanılmaz dərəcədə azalıb - 400 xal hara, 7 xal hara....

20.05.2025 / 09:18
Moskva və Kiyev arasında birbaşa əlaqə yaradılıb - Peskovdan AÇIQLAMA

20.05.2025 / 09:12
Sumqayıtda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var

20.05.2025 / 09:06
"Liverpul"dan antirekord...

20.05.2025 / 09:01
Daha 50 ailə Kəngərli kəndinə köçürüldü

20.05.2025 / 08:31
Ekspertlər 4-cü siniflərdə monitorinqi "artıq yük" sayırlar - "mənasızdır"...

19.05.2025 / 23:27
Tramp Putinə Senatda yeni sanksiyaların hazırlandığı mesajını verdi...

19.05.2025 / 23:10
"Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi" - Kunq-Fu Federasiyasının prezidenti

19.05.2025 / 22:42
Trampla Putinin telefon danışığı iki saatdan çox davam edib

19.05.2025 / 21:43
Məhkəmədə Ermənistanda və vaxtilə Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videomateriallar nümayiş olunub - FOTO

19.05.2025 / 21:20
Ermənilərin “Yeni Naxçıvan” adlı yeparxiyası bu təxribatçı adı haradan götürüb?..

19.05.2025 / 21:04
Zəngəzur dəhlizi yaxın 3-4 ilə açılacaq - Ermənistan daha dərin geosiyasi dalana yuvarlanır…

19.05.2025 / 20:49
Erməni siyasilər Minskdə "çiçəklənən faşizmdən" danışdılar - İrəvanda faşist heykəlini isə...

19.05.2025 / 20:35
Bakı-İrəvan sülhü yenidən təhdid altına düşdü - İrəvandan 2027-ci il mesajları gəlir...

19.05.2025 / 20:32
Məhkəmədə Davit İşxanyanın vaxtilə işğalda olmuş ərazilərdəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş etdirilib

19.05.2025 / 20:21
Fövqəladə halların işçisi Masazırda 7 mərtəbəli qanunsuz tikinti aparır - Fazil Qafarlı nazir Kəmaləddin Heydərova müraciət etdi...

19.05.2025 / 20:18
İran üzərindən Naxçıvana avto və dəmiryolu məsələsi gündəmdə...

19.05.2025 / 20:06
Ermənistan Qafqazda Avropa Birliyinin sağ əli ola bilmədi - Əliyev planı pozdu...

19.05.2025 / 19:51
Ermənilər İsraildən də ərazi iddialarına başladılar - Qüdsdə erməni icmasının 1700 il yaşı var?

19.05.2025 / 19:37
Tramp Rusiya ilə bağlı Konqresdən vaxt istəyib - 2 aylıq iş nəticə vermədi...

19.05.2025 / 19:24
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham etdi - Mənə əməkdaşlıq təklif etdilər...

19.05.2025 / 19:10
Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

19.05.2025 / 18:57
Roma Papasının Türkiyədə həll edəcəyi(?) vacib işlər var...

19.05.2025 / 18:43
İran-Azərbaycan hərbi təlimlərinin əsas bir hədəfi var, o da alınsa...

19.05.2025 / 18:29
Ermənistan Müdafiə Nazirliyində faşizmin tərənnümçüləri açıq təbliğata keçiblər - Rusiyadan gecikmiş etiraz...

19.05.2025 / 18:22
Zakir Həsənov İsrailin müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşdü

19.05.2025 / 18:19
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678