Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti Bakıdan dünyaya səsləndi - dəstəyinizə ehtiyacımız var...
Bizim missiyamız üçün vacib olan amil insanların öz müqəddəratını təyin etmək, mədəni kimliyini qorumaq və etik inkişaf hüquqlarıdır. Lakin bu hüquqlar ayrılıqda tam həyata keçirilə bilməz. Biz səsimizi gücləndirmək, eyni zamanda, ədalətin, sadəcə, ideal deyil, hamı üçün reallıq olmasını təmin etmək üçün qlobal ictimaiyyətin dəstəyinə və anlayışına inanırıq.
Bu fikirləri Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti Davika Bissessar söyləyib.
Məqsədlərinə çatmaqda onlara kömək üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacları olduğunu söyləyən Davika Bissessar qeyd edib: “Bu gün biz bütün dünyaya çox vacib bir mesaj veririk ki, kiçik icmaların hüquqları da böyük xalqların hüquqları qədər həyati əhəmiyyət kəsb edir”.
ZÜMRÜD