Kremldən Ermənistan-Britaniya hərbi əməkdaşlığına reaksiya - İrəvanı hələ də müttəfiq sayırlar...
"Moskva İrəvanı müttəfiq hesab edir və Rusiya Ermənistanla münasibətlərini bundan sonra da inkişaf etdirəcək".
Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Ermənistan və Böyük Britaniyanın 2023-2024-cü illər üçün müdafiə sahəsində əməkdaşlıq proqramını imzalamasına belə münasibət bildirib:
"Ermənistan suveren ölkədir və məqsədəuyğun hesab etdiyi dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirir. Bizim Ermənistanla öz münasibətlərimiz var. Təbii ki, Ermənistan dost ölkədir, bizim müttəfiqimizdir".
TAHİR