Cümə axşamı günü, 13 mart 2025
     

Kremlin Zəngəzur gedişi Ermənistanı şoka saldı

Image

Hələ Vladimir Putinin Bakıya səfərindən əvvəl Rusiya tərəfi Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlarda əsas məsələlərindən birinin Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı olacağını artıq qeyd etmişdi. 

Bu fonda ikigünlük səfər çərçivəsində Rusiyanın bəyanatları göstərir ki, bu məsələ, xüsusən də Zəngəzurdan keçəcək mümkün yol məsələsi, kommunikasiyaların açılması diqqət mərkəzində olub. Bu fikirləri erməni azərbaycanşünas Tatev Ayrapetyan Rusiya prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan yolların açılması məsələsinin sülh müqaviləsinin müzakirəsi çərçivəsindən çıxarıldığını bəyan edib: "Bu o deməkdir ki, məsələ başqa sahəyə keçib. Əliyevlə Putinin görüşündə əsas müzakirə mövzularından biri də bu olub. Əliyev məhz buna toxundu və Putinin Nikol Paşinyana səfərin nəticələri və müzakirələr barədə məlumat verəcəyini vurğulaması da bunu göstərir. Ən mühüm mesaj ondan ibarətdir ki, Azərbaycan və Rusiya başqa dövlətlərin Ermənistanla münasibətlərin tənzimlənməsində rol oynamasına imkan vermək niyyətində deyillər. Azərbaycan özünü regionda başqa dövlətlərin Cənubi Qafqaz proseslərinə qarışmasına imkan verməyən, Rusiya ilə heç vaxt problem yaşamayacaq bir dövlət kimi göstərir. Rusiya tərəfi Hindistan və İranı birləşdirən Şimal-Cənub dəhlizindən çox danışır, Azərbaycan isə əsasən Zəngəzurdan keçən yola diqqət yetirir. Azərbaycan tərəfi Ermənistanı regionda kommunikasiyaların açılmasına qarşı çıxan dağıdıcı tərəf kimi göstərə bilib. Rəsmi Bakının digər əsas məqsədi Ermənistan tərəfinin Moskvanın danışıqlar platformasını rədd etdiyini, Azərbaycanın isə Rusiya platformasında erməni tərəfi ilə görüşməyə hazır olduğunu göstərməyə nail olmaqdır". Ayrapetyanın fikrincə, təkcə Rusiya Federasiyasının deyil, həm də müxtəlif güc mərkəzlərinin Azərbaycana təsiri Bakı tərəfindən uğurla neytrallaşdırılıb. Siyasi müşahidəçi Akop Badalyan isə hesab edir ki, Rusiya prezidentinin səfəri Ermənistan üçün müəyyən təhlükə yaradır. Onun fikrincə, təhdidlər beynəlxalq vəziyyət, xüsusən də Yaxın Şərqdə eskalasiya və Qərblə Rusiya arasında qarşıdurma fonunda mövcuddur: "Rusiya-Azərbaycan yaxınlaşması fonunda Ermənistanın necə mövqe tutacağı mühümdür. Şübhəsiz ki, Bakının, vəziyyətdən istifadə edərək, Kreml üçün prioritet olan geosiyasi əhəmiyyətli razılaşmaların həyata keçirilməsi üçün maksimum qiymət tələb etməsi də istisna olunmur. Ola bilsin ki, Bakı Ermənistanla bağlı Rusiyaya faktura, o cümlədən kommunikasiyaların açılması ilə bağlı faktura versin". Onun fikrincə, Sergey Lavrovun Bakıya səfəri fonunda kommunikasiyaların bloklanmasını sabotaj etmək barədə bəyanatı da bunun təsdiqidir: "Rusiyanın mövqeyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində öz əksini tapıb. Lavrovun dedikləri sadəcə olaraq Rusiyanın məsuliyyəti Ermənistanın üzərinə atmaq cəhdidir".  Politoloq Armen Vardanyan hesab edir ki, Rusiya-Azərbaycan görüşlərində Ermənistan üçün risqlər var. Vardanyan Lavrovun Putinin Bakıya səfəri fonunda verdiyi bəyanatı xatırladıb: "Rusiya və Azərbaycan üçtərəfli bəyanatın 9-cu bəndini həyata keçirməyə çalışırlar. Bundan əlavə, Moskva və Bakı Ermənistanın Qərblə münasibətlərinin dərinləşməsini pozmağa çalışır".

Politoloq Andrias Qukasyan hesab edir ki, Bakıda əsas razılaşmalar pərdə arxasında əldə olunub: "Hökumətlərarası səviyyədə memorandumlar və sazişlər imzalanıb. Və Putin şəxsən getdiyindən, belə çıxır ki, əsas mövzu ictimai məkandan kənarda qalıb. Rusiyanın baş naziri də sənədləri imzalamağa gələ bilərdi". Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə ayrıca imzalanmış sənədi qeyd etməyi deyil, yeni sənədləri Azərbaycanla Rusiya arasında əvvəllər imzalanmış 400-ə yaxın razılaşma kontekstində qiymətləndirməyi zəruri hesab edir:  "Yalnız bu səfər zamanı əvvəllər olmayan sənədlər imzalandı, belə demək mümkünsə, boşluqlar dolduruldu". Onun fikrincə, Putinin səfəri Rusiyanın Azərbaycanla müttəfiqlik əlaqələrini təsdiqləyir və Lavrovun Zəngəzur dəhlizi ilə bağlı dedikləri Azərbaycan üçün də önəmlidir: "Putin dolayı yolla Zəngəzur dəhlizinin əhəmiyyətindən, regionda kommunikasiyaların açılmasının vacibliyindən danışıb". Diplomat həmçinin Rusiyanın Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi kimi yox, iki ölkə arasında danışıqlar platforması kimi iştirak etməyə hazır olduğunu vurğulayıb. Digər ekspertlərin fikrincə, Zəngəzur dəhlizinin açılması Rusiyadan Ermənistana quru yolunun olmaması kontekstində Moskva üçün yeni imkanlar açır. Kreml bilir ki, Zəngəzur dəhlizinin açılması Rusiya üçün Azərbaycan üzərindən Ermənistana kommunikasiya imkanları yaradır. Ermənistanın "Qraparak" nəşri bunlar fonunda qeyd edir: "Cənubi Qafqazda böyük partlayışlar, kritik hadisələr baş verir, Ermənistanın baş naziri Nikol Paşinyan isə növbəti konsertə hazırlaşır. Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri, Azərbaycan prezidenti ilə sülh prosesini Ermənistan olmadan müzakirə etməsi fonunda İrəvan hökuməti heç bir ciddi addım atmır. Hətta baş nazir Nikol Paşinyan ölkədə yeni böyük musiqi festivalına hazırlaşır. Məlumata görə, Gümrü və İcevandan sonra bu dəfə də Vayots Dzor vilayətinin Yegeqnadzor bölgəsində konsertlər təşkil olunacaq. Hazırda Paşinyanın əsas diqqəti bu məsələnin üzərindədir və başqa heç nəyə baxmır. Avqustun 24-də Yegeqnadzorda keçiriləcək konsertdə Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan şəxsən iştirak edəcəklər. Hətta konsertdə Ermənistanı "Avroviziya-2024" mahnı müsabiqəsində təmsil edən "Ladaniva" qrupunun çıxışı da nəzərdə tutulub".

Nahid SALAYEV



VİDEO

Küçə və səkilərə qanunsuz qırmızı lent çəkən mağaza sahibləri cəzalanacaq... - VİDEO

Trampın 44 günlük müharibəsinin nəticələri... - VİDEO

Azərbaycanda siyasi partiyalar niyə bu günə qaldı... - VİDEO

Beynəlxalq İtkinlər üzrə Komissiyanın Azərbaycan hesabatında nələr var...

Rəfail Xələfova qarşı “7 milyonu mənimsəyib, azadlıqda gəzir” ittihamı səsləndi - nazirlikdə maliyyə qalmaqalı uzanır...

Məhkəmədə Vardanyanın yeni cinayətləri açılır - “şəxsi ordular”...

SON XƏBƏRLƏR

12.03.2025 / 23:05
Naxçıvanda icra başçısına yeni müavin təyin edildi

12.03.2025 / 22:24
ABŞ senatoru Rusiyanı sərt sanksiyalarla hədələdi - Amerikanın təklifini qəbul etməsələr...

12.03.2025 / 21:56
Ukrayna Türkiyəyə ümid bəsləyir

12.03.2025 / 21:26
Albaniya Prezidenti Bakıya gəldi - FOTO

12.03.2025 / 21:20
Beynəlxalq İtkinlər üzrə Komissiyanın Azərbaycan hesabatında nələr var...

12.03.2025 / 21:04
Rəfail Xələfova qarşı “7 milyonu mənimsəyib, azadlıqda gəzir” ittihamı səsləndi - nazirlikdə maliyyə qalmaqalı uzanır...

12.03.2025 / 20:49
Ukrayna müharibəsində 30 günlük atəşkəs baş tutsa kimə faydalıdır...

12.03.2025 / 20:35
Avroittifaq missiyası Ermənistanı aktiv şəkildə Azərbaycana qarşı müharibəyə hazırlaşdırır...

12.03.2025 / 20:20
Azərbaycan İbrahim sazişlərində - Ermənistan böyük xofa düşüb...

12.03.2025 / 20:07
“Sazişdən əvvəl Köçəryan və Sarkisyan Bakıya verilsin” tələbi qoyuldu...

12.03.2025 / 19:53
Tramp Si Çinpinin ayağına gedəcək?..

12.03.2025 / 19:39
Bakı, Moskva, Astana və Daşkənd enerji kvarteti yaradıldı...

12.03.2025 / 19:33
BDU ilk dəfə QS reytinqində iki müxtəlif ixtisas üzrə yer alıb

12.03.2025 / 19:25
İsveçrə parlamenti 6 ayda 2-ci “Dağlıq Qarabağ qətnaməsi” qəbul etdi...

12.03.2025 / 19:12
Azərbaycan-Şimali Makedoniya əlaqələri ölkəmizin Balkan yarımadasında mövqelərini gücləndirir

12.03.2025 / 18:58
Suriyada olanlara görə Türkiyəyə açıq ittihamlar başladı - həm də hansı dövlətdən?

12.03.2025 / 18:45
Bakıda 6 minə yaxın iş yeri bağlanıb - maraqlı səbəblər var...

12.03.2025 / 18:37
Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə etdi

12.03.2025 / 18:31
Tramp “dünya sülhünə” görə 16-cı yeri tutdu - Fələstin sülhü “dünya sülhünə” aid deyil?...

12.03.2025 / 18:17
Ərdoğan Avropaya yeni tezislə yanaşmağa başlayır - "dəyişən dünya və Türkiyənin rolu"...

12.03.2025 / 18:03
Universitetlərdə ixtisas islahatları başladı - komissiya işləyir...

12.03.2025 / 18:01
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNDİ

12.03.2025 / 17:50
Məhkəmədə Vardanyanın yeni cinayətləri açılır - “şəxsi ordular”...

12.03.2025 / 17:40
Milli dəb sənayesinin inkişafına həsr olunan dəyirmi masa keçirilib

12.03.2025 / 17:38
Azərbaycan ədliyyəsinə "minus" gələ bilər...(?) - Hakim Xaxaleva Rusiyaya təslim edilmədi...

12.03.2025 / 17:33
"Çətin anlarımızda Azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut etdi" - Rosen Plevneliyev

12.03.2025 / 17:25
Ermənistanın Avropa ilə “balıq ticarətində” böyük sual yaranıb - dənizi, okeanı olmayan ölkə...

12.03.2025 / 17:19
Xankəndidə erməni separatçılarının qondarma "hökumət evi" də sökülür - VİDEO

12.03.2025 / 17:10
Əfv Komissiyasının növbəti iclası keçirilib, 100-ə yaxın müraciətə baxılıb

12.03.2025 / 17:06
“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub

12.03.2025 / 16:55
Putinlə Tramp martın 14-də görüşəcək - Kremlə yaxın mənbə açıqladı…

12.03.2025 / 16:50
"Azərbaycan üzərinə cəsarətli öhdəlik götürərək COP29 tədbirinə ev sahibliyi edib" - Eka Tkeşelaşvili

12.03.2025 / 16:44
Daxili Qoşunların yaranmasının növbəti ildönümü qeyd edildi - FOTO

12.03.2025 / 16:40
"Xll Bakı Qlobal Forumu iştirakçıların Azərbaycanı tanıması üçün gözəl fürsətdir" - Latviyanın sabiq Prezidenti

12.03.2025 / 16:36
"Builki forum xüsusilə əhəmiyyətli olacaq, çünki dünya genişmiqyaslı dəyişikliklərlə üzləşib" - İsmail Serageldin

12.03.2025 / 16:21
“Ermənistanın ABŞ üçün heç bir dəyəri yoxdur”

12.03.2025 / 15:47
Bakı və İrəvan bir-birinə qarşı beynəlxalq müstəvidə qaldırılan iddiaları geri götürməyi müzakirə edir - Mirzoyan açıqladı

12.03.2025 / 15:30
"Balkan yarımadası dövlətləri ilə əlaqələrin genişlənməsi əsas hədəflərdəndir" - Vüqar Rəhimzadə

12.03.2025 / 15:20
Rusiya Kurskda sürətlə irəliləyir - Suca şəhərini də geri aldılar…

12.03.2025 / 15:04
Nəsimidə ev və mağaza soyuldu - saxlananlar var...

12.03.2025 / 14:52
Küçə və səkilərə qanunsuz qırmızı lent çəkən mağaza sahibləri cəzalanacaq... - VİDEO

12.03.2025 / 14:48
Məhkəmə Saakaşviliyə 9 il iş kəsdi...

12.03.2025 / 14:35
"Azərbaycanda nikahdankənar doğumların artması cəmiyyəti narahat etməlidir" - Komitə rəsmisi

12.03.2025 / 14:26
Bakıda oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb

12.03.2025 / 14:10
Boşanmaların təşəbbüskarlarının 70 faizi qadınlardır – Dövlət Komitəsi açıqladı...

12.03.2025 / 13:56
“Razılaşma ABŞ-ın şərtləri ilə deyil, bizim şərtlərimizlə olacaq”

12.03.2025 / 13:55
“ABŞ Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcək”

12.03.2025 / 13:51
ABŞ PUA-ların yaradılmasında kömək üçün Ukraynaya müraciət etdi

12.03.2025 / 13:48
Lavrov fon der Leyeni "fürer Ursula" adlandırdı

12.03.2025 / 13:47
Putin yenə cığallıq edir

12.03.2025 / 13:46
İstədiyinizi edin: İran danışıqları rədd edir

12.03.2025 / 13:10
Неужели перепалка Трампа и Зеленского была постановкой? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

12.03.2025 / 12:51
"DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı təsdiqləndi

12.03.2025 / 12:48
Prezident Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramını təsdiqləyib

12.03.2025 / 12:28
Abşeronda 2 nəfərdən narkotik vasitə aşkar edildi, saxlananlar var

12.03.2025 / 12:16
“ABŞ Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcək”

12.03.2025 / 12:00
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - YENİLƏNDİ

12.03.2025 / 11:55
Balet ustası Tamilla Şirəliyeva vəfat edib

12.03.2025 / 11:45
Tusk Ankaraya rəsmi səfər gedir

12.03.2025 / 11:43
Prezident İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib

12.03.2025 / 11:43
Sergey Narışkinlə Con Ratkliff arasında telefon danışığı olub

12.03.2025 / 11:42
USAID rəhbərliyi quruma aid bütün sənədləri məhv edir

12.03.2025 / 11:39
Rusiya atəşkəsə “naz” eləməyə başladı

12.03.2025 / 11:37
Azərbaycan və Şimali Makedoniya diplomatik pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında saziş imzalayıb

12.03.2025 / 11:14
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib - FOTO

12.03.2025 / 11:12
Rusiya yenidən Odessaya hücum etdi

12.03.2025 / 11:08
ABŞ - Ukrayna danışıqları o demək deyil ki, Tramp Zelenskiyə münasibətini tam dəyişib

12.03.2025 / 11:04
Moskvanın Ruben Vardanyan biabırçılığının üstü açılır - CANLI

12.03.2025 / 11:04
Dağlıq Qarabağ münaqişəsi indiyədək həll olunmamış qalsaydı, bilirsiniz nələr olardı?!..... Dağlıq Qarabağ modeli və Ukrayna modeli....

12.03.2025 / 10:32
Baş nazirdən uşaq müəssisələri ilə bağlı mühüm QƏRAR

12.03.2025 / 10:28
Tramp Zelenskini “yola salır” – Avropa liderləri də Ağ Ev sahibinin qarşısında ağ bayraq qaldırdılar...

12.03.2025 / 10:20
"Atletiko" "Real"a, "Arsenal" PSV-yə qarşı

12.03.2025 / 10:14
Pakistanda əməliyyat - 155 sərnişin azad edildi, 30 ekstremist öldürüldü

12.03.2025 / 10:06
Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunan "Cənnət yuxusu" filminin premyerası keçirilib

12.03.2025 / 10:01
Bu gün Lökbatan ərazisində qaz olmayacaq

12.03.2025 / 09:35
Tərtərdə 2 "Jiquli" toqquşub, sürücü hadisə yerində ölüb

12.03.2025 / 09:26
İlon Maskdan Donald Trampa 100 milyon dollarlıq sürpriz..

12.03.2025 / 09:17
Daxili Qoşunların yaradılmasından 33 il ötür

12.03.2025 / 09:11
"Həqiqətin vaxtı çatıb” - Zelenskidən sülh və müharibə açıqlaması

12.03.2025 / 09:06
"Barselona", "İnter", PSJ və Bavariya" 1/4 finalda

12.03.2025 / 08:59
“Dərnəgül” taxta bazarında güclü yanğın olub - FHN məlumat yaydı

Azərbaycan-Şimali Makedoniya əlaqələri ölkəmizin Balkan yarımadasında mövqelərini gücləndirir

XƏBƏR ARXİVİ