Cümə axşamı günü, 13 mart 2025
     

Naxçıvanda Ali Məclis sədrliyinə bu 2 şəxsin adı hallanır...

Image

Nəhayət, Naxçıvan Mərkəzi Seçki Komissiyası (MSK) Naxçıvan Muxtar Respublikasının (NMR) Ali Məclisinə 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilərdə qeydə alınmış namizədlərin siyahısını öz saytına (nmsk.gov.az) yerləşdirib. 45 yerlik Ali Məclisə seçkilərdə Muxtar Respublikanın ali hakimiyyət orqanı formalaşacaq. 

Seçiləcək yeni tərkib yeni sədr və müavinlərini seçəcək. Əksəriyyəti bitərəf olan namizədlər arasında fəaliyyət sahəsi kimi anbardar, bərbər, fərdi təsərrüfat işçisi, müəllim, sahibkar, maşinist, pensiyaçı, sürücü, elektrik mütəxəssisi, operator, gözətçi, tibb bacısı, işsizlər üstünlük təşkil edir.

Siyahıya göz gəzdirdikdə "parlaq" fiqurlar gözə dəymir. Fakt budur ki, bu namizədlər siyahısında öz nüfuzu, təcrübəsi, tərcümeyi-halı ilə Naxçıvana rəhbərlik etməyə layiq bilinəcək, ümumilikdə Naxçıvan camaatının yaxşı tanıdığı bircə nəfər belə yoxdur.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisə seçkilərdən fərqli olaraq Ali Məclisə namizədlər irəli sürməyib. İqtidar partiyasından dairələr üzrə qeydə alınmış namizədlərin hamısı öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Bütün seçki dairələrində YAP-ın namizədləri var, 3 dairədə isə iqtidar partiyasının 2, 34 saylı Şahbuz şəhər seçki dairəsində isə nə az- nə çox, 4 namizədi bir-biri ilə yarışacaq.

Bəs onda Ali Məclisin yeni sədri kim ola bilər?

Siyahıda adı olanlarda diqqəti bir nəfərin adı cəlb edir. YAP üzvü, Badamlı seçki dairəsindən namizədliyini irəli sürmüş NMR Ali Məclis sədrinin köməkçisi Ramiz Məmmədov 30 saylı Naxçıvan şəhər seçki dairəsindən namizəddir. Bu şəxs uzun müddət Vasif Talıbovun köməkçisi olsa da, Fuad Nəcəflinin dönəmində də öz postunu qoruyub saxlaya bilib. Onun adı sədrliyə iddialılar sırasında çəkilir.

Ali Məclis sədrliyinə potensial namizədlərdən biri kimi adı hallananlardan biri də Naxçıvan MR MSK-nın sabiq sədri Əjdər Əliyevdir. O, seçki öncəsi maraqlı gediş edib.

22 iyul 2024-cü il tarixdə keçirilmiş MSK-nın iclasında komissiyanın sədri Əjdər Zahid oğlu Əliyev öz ərizəsi əsasında sədr vəzifəsindən azad edilib.

Onun addımı bununla əsaslandırılıb ki, Əjdər Əliyev 1 sentyabr 2024-cü il tarixdə Ali Məclisə keçiriləcək növbədənkənar seçkidə deputatlığa namizədliyini irəli sürüb. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddəsinə əsasən, Ali Məclisin deputatlığına namizəd olduqda seçki komissiyası üzvünün səlahiyyətlərinə xitam verilir. 

Ancaq Naxçıvandakı proseslərə yaxından bələd olan, adının çəkilməsini istəməyən  bir mənbəmiz Ali Məclisin sədri ola biləcək ən potensiallı adamın adını bizə dedi. Onun sözlərinə görə, bu posta ən real namizəd kimi Naxçıvan Müəllimlər İnstitunun rektoru, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Novruzov Azad Sevindik oğlunun adı hallanır. İş burasındadır ki, bu şəxsin vəzifəyə seçilməsinə səlahiyyətli nümayəndə Fuad Nəcəfli də loyal yanaşır. Rektor 1965-ci il 01 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olub.

Ən maraqlısı budur ki,  Vasif Talıbov  və Azər Zeynalovdan sonra Ali Məclisə rəhbərlik edən Anar İbrahimovun adı heç deputatlığa namizədlərin siyahısında belə yoxdur. İstənilən halda, Ali Məclisə rəhbər seçiləcək şəxs vaxtilə bu postu tutmuş sələflərindən daha çox tanınan şəxs olmayacaq…

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Küçə və səkilərə qanunsuz qırmızı lent çəkən mağaza sahibləri cəzalanacaq... - VİDEO

Trampın 44 günlük müharibəsinin nəticələri... - VİDEO

Azərbaycanda siyasi partiyalar niyə bu günə qaldı... - VİDEO

Beynəlxalq İtkinlər üzrə Komissiyanın Azərbaycan hesabatında nələr var...

Rəfail Xələfova qarşı “7 milyonu mənimsəyib, azadlıqda gəzir” ittihamı səsləndi - nazirlikdə maliyyə qalmaqalı uzanır...

Məhkəmədə Vardanyanın yeni cinayətləri açılır - “şəxsi ordular”...

SON XƏBƏRLƏR

12.03.2025 / 23:05
Naxçıvanda icra başçısına yeni müavin təyin edildi

12.03.2025 / 22:24
ABŞ senatoru Rusiyanı sərt sanksiyalarla hədələdi - Amerikanın təklifini qəbul etməsələr...

12.03.2025 / 21:56
Ukrayna Türkiyəyə ümid bəsləyir

12.03.2025 / 21:26
Albaniya Prezidenti Bakıya gəldi - FOTO

12.03.2025 / 21:20
Beynəlxalq İtkinlər üzrə Komissiyanın Azərbaycan hesabatında nələr var...

12.03.2025 / 21:04
Rəfail Xələfova qarşı “7 milyonu mənimsəyib, azadlıqda gəzir” ittihamı səsləndi - nazirlikdə maliyyə qalmaqalı uzanır...

12.03.2025 / 20:49
Ukrayna müharibəsində 30 günlük atəşkəs baş tutsa kimə faydalıdır...

12.03.2025 / 20:35
Avroittifaq missiyası Ermənistanı aktiv şəkildə Azərbaycana qarşı müharibəyə hazırlaşdırır...

12.03.2025 / 20:20
Azərbaycan İbrahim sazişlərində - Ermənistan böyük xofa düşüb...

12.03.2025 / 20:07
“Sazişdən əvvəl Köçəryan və Sarkisyan Bakıya verilsin” tələbi qoyuldu...

12.03.2025 / 19:53
Tramp Si Çinpinin ayağına gedəcək?..

12.03.2025 / 19:39
Bakı, Moskva, Astana və Daşkənd enerji kvarteti yaradıldı...

12.03.2025 / 19:33
BDU ilk dəfə QS reytinqində iki müxtəlif ixtisas üzrə yer alıb

12.03.2025 / 19:25
İsveçrə parlamenti 6 ayda 2-ci “Dağlıq Qarabağ qətnaməsi” qəbul etdi...

12.03.2025 / 19:12
Azərbaycan-Şimali Makedoniya əlaqələri ölkəmizin Balkan yarımadasında mövqelərini gücləndirir

12.03.2025 / 18:58
Suriyada olanlara görə Türkiyəyə açıq ittihamlar başladı - həm də hansı dövlətdən?

12.03.2025 / 18:45
Bakıda 6 minə yaxın iş yeri bağlanıb - maraqlı səbəblər var...

12.03.2025 / 18:37
Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə etdi

12.03.2025 / 18:31
Tramp “dünya sülhünə” görə 16-cı yeri tutdu - Fələstin sülhü “dünya sülhünə” aid deyil?...

12.03.2025 / 18:17
Ərdoğan Avropaya yeni tezislə yanaşmağa başlayır - "dəyişən dünya və Türkiyənin rolu"...

12.03.2025 / 18:03
Universitetlərdə ixtisas islahatları başladı - komissiya işləyir...

12.03.2025 / 18:01
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNDİ

12.03.2025 / 17:50
Məhkəmədə Vardanyanın yeni cinayətləri açılır - “şəxsi ordular”...

12.03.2025 / 17:40
Milli dəb sənayesinin inkişafına həsr olunan dəyirmi masa keçirilib

12.03.2025 / 17:38
Azərbaycan ədliyyəsinə "minus" gələ bilər...(?) - Hakim Xaxaleva Rusiyaya təslim edilmədi...

12.03.2025 / 17:33
"Çətin anlarımızda Azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut etdi" - Rosen Plevneliyev

12.03.2025 / 17:25
Ermənistanın Avropa ilə “balıq ticarətində” böyük sual yaranıb - dənizi, okeanı olmayan ölkə...

12.03.2025 / 17:19
Xankəndidə erməni separatçılarının qondarma "hökumət evi" də sökülür - VİDEO

12.03.2025 / 17:10
Əfv Komissiyasının növbəti iclası keçirilib, 100-ə yaxın müraciətə baxılıb

12.03.2025 / 17:06
“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub

12.03.2025 / 16:55
Putinlə Tramp martın 14-də görüşəcək - Kremlə yaxın mənbə açıqladı…

12.03.2025 / 16:50
"Azərbaycan üzərinə cəsarətli öhdəlik götürərək COP29 tədbirinə ev sahibliyi edib" - Eka Tkeşelaşvili

12.03.2025 / 16:44
Daxili Qoşunların yaranmasının növbəti ildönümü qeyd edildi - FOTO

12.03.2025 / 16:40
"Xll Bakı Qlobal Forumu iştirakçıların Azərbaycanı tanıması üçün gözəl fürsətdir" - Latviyanın sabiq Prezidenti

12.03.2025 / 16:36
"Builki forum xüsusilə əhəmiyyətli olacaq, çünki dünya genişmiqyaslı dəyişikliklərlə üzləşib" - İsmail Serageldin

12.03.2025 / 16:21
“Ermənistanın ABŞ üçün heç bir dəyəri yoxdur”

12.03.2025 / 15:47
Bakı və İrəvan bir-birinə qarşı beynəlxalq müstəvidə qaldırılan iddiaları geri götürməyi müzakirə edir - Mirzoyan açıqladı

12.03.2025 / 15:30
"Balkan yarımadası dövlətləri ilə əlaqələrin genişlənməsi əsas hədəflərdəndir" - Vüqar Rəhimzadə

12.03.2025 / 15:20
Rusiya Kurskda sürətlə irəliləyir - Suca şəhərini də geri aldılar…

12.03.2025 / 15:04
Nəsimidə ev və mağaza soyuldu - saxlananlar var...

12.03.2025 / 14:52
Küçə və səkilərə qanunsuz qırmızı lent çəkən mağaza sahibləri cəzalanacaq... - VİDEO

12.03.2025 / 14:48
Məhkəmə Saakaşviliyə 9 il iş kəsdi...

12.03.2025 / 14:35
"Azərbaycanda nikahdankənar doğumların artması cəmiyyəti narahat etməlidir" - Komitə rəsmisi

12.03.2025 / 14:26
Bakıda oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb

12.03.2025 / 14:10
Boşanmaların təşəbbüskarlarının 70 faizi qadınlardır – Dövlət Komitəsi açıqladı...

12.03.2025 / 13:56
“Razılaşma ABŞ-ın şərtləri ilə deyil, bizim şərtlərimizlə olacaq”

12.03.2025 / 13:55
“ABŞ Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcək”

12.03.2025 / 13:51
ABŞ PUA-ların yaradılmasında kömək üçün Ukraynaya müraciət etdi

12.03.2025 / 13:48
Lavrov fon der Leyeni "fürer Ursula" adlandırdı

12.03.2025 / 13:47
Putin yenə cığallıq edir

12.03.2025 / 13:46
İstədiyinizi edin: İran danışıqları rədd edir

12.03.2025 / 13:10
Неужели перепалка Трампа и Зеленского была постановкой? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

12.03.2025 / 12:51
"DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı təsdiqləndi

12.03.2025 / 12:48
Prezident Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramını təsdiqləyib

12.03.2025 / 12:28
Abşeronda 2 nəfərdən narkotik vasitə aşkar edildi, saxlananlar var

12.03.2025 / 12:16
“ABŞ Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcək”

12.03.2025 / 12:00
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - YENİLƏNDİ

12.03.2025 / 11:55
Balet ustası Tamilla Şirəliyeva vəfat edib

12.03.2025 / 11:45
Tusk Ankaraya rəsmi səfər gedir

12.03.2025 / 11:43
Prezident İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib

12.03.2025 / 11:43
Sergey Narışkinlə Con Ratkliff arasında telefon danışığı olub

12.03.2025 / 11:42
USAID rəhbərliyi quruma aid bütün sənədləri məhv edir

12.03.2025 / 11:39
Rusiya atəşkəsə “naz” eləməyə başladı

12.03.2025 / 11:37
Azərbaycan və Şimali Makedoniya diplomatik pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında saziş imzalayıb

12.03.2025 / 11:14
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib - FOTO

12.03.2025 / 11:12
Rusiya yenidən Odessaya hücum etdi

12.03.2025 / 11:08
ABŞ - Ukrayna danışıqları o demək deyil ki, Tramp Zelenskiyə münasibətini tam dəyişib

12.03.2025 / 11:04
Moskvanın Ruben Vardanyan biabırçılığının üstü açılır - CANLI

12.03.2025 / 11:04
Dağlıq Qarabağ münaqişəsi indiyədək həll olunmamış qalsaydı, bilirsiniz nələr olardı?!..... Dağlıq Qarabağ modeli və Ukrayna modeli....

12.03.2025 / 10:32
Baş nazirdən uşaq müəssisələri ilə bağlı mühüm QƏRAR

12.03.2025 / 10:28
Tramp Zelenskini “yola salır” – Avropa liderləri də Ağ Ev sahibinin qarşısında ağ bayraq qaldırdılar...

12.03.2025 / 10:20
"Atletiko" "Real"a, "Arsenal" PSV-yə qarşı

12.03.2025 / 10:14
Pakistanda əməliyyat - 155 sərnişin azad edildi, 30 ekstremist öldürüldü

12.03.2025 / 10:06
Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunan "Cənnət yuxusu" filminin premyerası keçirilib

12.03.2025 / 10:01
Bu gün Lökbatan ərazisində qaz olmayacaq

12.03.2025 / 09:35
Tərtərdə 2 "Jiquli" toqquşub, sürücü hadisə yerində ölüb

12.03.2025 / 09:26
İlon Maskdan Donald Trampa 100 milyon dollarlıq sürpriz..

12.03.2025 / 09:17
Daxili Qoşunların yaradılmasından 33 il ötür

12.03.2025 / 09:11
"Həqiqətin vaxtı çatıb” - Zelenskidən sülh və müharibə açıqlaması

12.03.2025 / 09:06
"Barselona", "İnter", PSJ və Bavariya" 1/4 finalda

12.03.2025 / 08:59
“Dərnəgül” taxta bazarında güclü yanğın olub - FHN məlumat yaydı

Azərbaycan-Şimali Makedoniya əlaqələri ölkəmizin Balkan yarımadasında mövqelərini gücləndirir

XƏBƏR ARXİVİ