Prezident Ruanda ilə imzalanmış sazişi təsdiqlədi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında imzalanmış sazişi təsdiqləyib.
Trend xəbər verir ki, sənədə əsasən, 2023-cü il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.