DİN kibertalamaya və kiberdələduzluğa qarşı maarifləndirici sosial videoçarx yaydı
Daxili İşlər Nazirliyi kibertalamaya və kiberdələduzluğa qarşı maarifləndirici sosial videoçarx hazırlayıb.
DİN-nin sosial şəbəkə hesbalarında edilən paylaşımda deyilir:
"Dələduzların qurbanı olmayın. Kartın 16 rəqəmini, bitmə tarixini, CVV və 3D kodunu heç kimə verməyin. Dələduzla keçirilmiş ən gözəl şahmat partiyası baş tutmamış partiyadır".