İran XİN rəhbəri KTMT-yə niyə müraciət etdi? - səbəbi açıqlandı...
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetə məktub göndərərək Qəzza zolağının blokadasını tamamilə aradan qaldırmaq üçün daha təsirli tədbirlərin görülməsi ilə bağlı müraciət edib. Məlumatı Rusiya mətbuatı yayıb.
Məktubda KTMT-nin baş katibindən İsrailin Qəzza zolağına hücumlarını dayandırması, blokadanın tamamilə aradan qaldırması və müharibəyə son qoyulması üçün daha təsirli tədbirlər görməsi xahiş olunub.
Mətləb