Kafedə qumarxana aşkarlandı, cinayət işi başlanılıb
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Məhəmmədi qəsəbəsi ərazisində yerləşən kafelərin birində qumar oyunlarının təşkili aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, özünə məxsus kafedə qumar oyunları təşkil etməkdə şübhəli bilinən paytaxtın akini F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Mətləb