Qüdsdə silahlı şəxslər dayanacaqda insanlara atəş açdı - ölən və yaralananlar var...
Qüdsün girişində naməlum şəxslərin atəş açması nəticəsində ən azı 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Yaralılardan 5-nin vəziyyəti ağırdır, 3 nəfər isə orta və yüngül dərəcəli xəsarətlər alıb.
Atışma şəhərə girişin yaxınlığındakı avtobus dayanacağında baş verib. Təhlükəsizlik qüvvələri ən azı iki fələstinlini zərərsizləşdirib.
Xatırladaq ki, HƏMAS oktyabrın 7-də İsrailə hücum edib. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. Bunun ardınca İsrail genişmiqyaslı əməliyyatlara başlayıb.
TAHİR