Ağdaşda yaşlı qadın sirkə turşusundan ölüb
Ağdaşda 76 yaşlı qadın sirkə turşusundan ölüb. Belə ki, rayon sakini, 1948-ci il təvəllüdlü Vəzifə Nəbiyeva dünən günorta saatlarında yaşadığı evdə sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən qadın orada vəfat edib.
Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mətləb