Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Laçın-Şuşa yolunu zibilləmək üçün şəhid qanları verdik? - VİDEO

Image

Təbiəti qorumaq hər bir vətəndaşın əsas borcu olsa da, çox təəssüflər olsun ki, biz bir sıra hallarda təbiətə etinasız münasibət, vicdandan uzaq yanaşma görürük. Təbiəti zibilləyən, tör-töküntüləri hara gəldi atan, su axtarlarını polietilen torbalarla, plastik butulkalarla və sairlə dolduran bəzi Azərbaycan vətəndaşlarıdır. Biz bu mədəniyyətsizliyə, mənəvi kasadlığa, hər cür tənqidi münasibətə layiq olan neqativliklərə ölkəmizin çox yerində rast gəlirik, bu acı mənzərəni ürək ağrısı ilə müşahidə edirik. 

Biz uzun illər torpaqlarımızın işğaldan azad ediləcəyi günü həsrətlə gözləmişik, "Şuşa, Laçın" deyib fəryad etmişik. Amma görək Ordumuzun şücaəti, qazilərimizin canı, şəhidlərimizin qanı hesabına düşmən tapdağından azad etdiyimiz ərazilərin təmizliyinə riayət edirikmi? Təəssüf ki, edə bilmirik. Çünki bəzilərimizdə ictimai mədəniyyət hələ elə də yüksək səviyyədə inkişaf etmədiyi üçün təbiət qoynuna gedəndə oranı mütləq şəkildə zibilliyə çeviririk. Müəyyən adamlar var ki, onların təmizləməklə, yerə zibil atmamaqla qətiyyən arası yoxdur, onlar yalnız zibilləməklə məşğul olurlar. Buna misal kimi onlarla fakt göstərmək olar. Amma biz onlardan biri haqda danışacağıq. 

Sosial şəbəkələrdə  Şuşa-Laçın yolunda (videoda Laçın yolu, "peraval" qeyd edilir - İ.S.) "pereval"da bizim bəzi "mədəni" vətəndaşlarımızın yaratdığı zibillik təsvir olunan video yayılıb. Bu videoya baxmaqla bəzi insanların səviyyəsizliyini, mədəniyyətsizliyini, təbiətə, özünə laqeydliyini dərhal hiss edirsən. Videoda Şuşadan Laçına gedən yolda baş verənlərdən bəhs olunur. Videonu çəkib paylaşan vətəndaş deyir ki, dağ boyu yol gedərkən döngələrin birində bir bulaq görüb və ailələr butulkalara su doldururmuş, maşınlar isə yol kənarında dayanıbmış. Deyir ki, o zaman zibilliyə fikir verməyib, amma geri qayıdanda mənzərəni yaxından izləyib və çəkib, sonra da ictimailəşdirib.    

"Deviçya Başniya" Telegram kanalında yayılan və diqqət çəkən, eyni zamanda da utanc gətirən  bu videoda vətəndaşın Laçın yolunda, "perevalda" gördüyü dəhşətli mənzərə öz əksini tapıb. Ona görə, dəhşətli deyirik ki, Şuşaya, Laçına gedənlərin əksəriyyəti oraları da zibilləyirlər. Videoda əks olunub ki, "perevala" gələn bulaq suyundan istifadə etmək üçün insanlar maşınları saxlayıb su götürürlər. Su götürürlər, "piknik" edirlər, yeyib içirlər, amma gedərkən də həmin yerə tökdükləri zibilləri, plastik butulkaları, polietilen torbaları təmizləməyib oradaca qoyub gedirlər. Çeşmədən gələn kiçik su axarının içi, ətrafı rəsmi bir zibilxanaya bənzəyir. Videoda ucu-bucağı   görünməyən zibillik əks olunub, adam baxanda deməyə söz tapmır. Doğrudan da, bu insan vicdanının, təbiətə aşınmış münasibətinin təzahürüdür. Təbiət sənə qucaq açsın, sən də ona minnətdarlıq əvəzinə, bu cür mədəniyyətsiz münasibət göstər. Videonu paylaşan vətəndaşın da dediyi kimi, Laçın yolundakı "pereval" əməlli-başli zibilxanaya çevrilib, daha doğrusu, bəzi insanlarımız oranı zibilxanaya çeviriblər. Orada yeyib içən, keyf çəkən vətəndaşlarımız görün, o ərazini nə kökə salıblar, nə günə qoyublar. Təəssüf ki, orada hər cür zibil növü var, bir sözlə, hər tərəf zibillənib. Təbiətin qoynunu zibilxanaya çevirən insanlar təbiəti, onun gözəlliklərini zibilxanaya çevirməklə, zibil içində boğmaqla öz səviyyəsizliklərini göstərirlər. Bu əlbəttə, o torpaqları bizə qaytarmaq üçün canını fəda edən şəhidlərimizin ruhuna çox böyük hörmətsizlikdir. O torpağın hər qarşına şəhid qanı tökülüb. Ö yerləri zibilləyənlər heç olmasa şəhid qanından utanıb çəkinəydilər. 

Qarabağda, azad olunmuş ərazilərdə tikinti-quruculuq işi gedir, bu gün Prezident İlham Əliyev o torpaqları cənnətə çevirir, bütün gücümüz, potensialımız o ərazilərin nümunəvi bərpasına yönəlib. Dünyanın da diqqəti bizim azad ərazilərdədir. Hər bir vətəndaş da azad ərazilərin inkişafına töhfə verməli olduğu halda, təbiət düşmənləri öz neqativ əməllərindən qalmırlar, şəhidlərin qanı ilə azad edilən torpaqları zibilləyirlər. 

Sanki bunlar hər yeri zibilləməyi natəmizlik yaratmağı öz qarşılarına məqsəd qoyublar. Belə olmasaydı ölkəmizin hər yerini, azad əraziləri, Xəzər sahillərindəki çimərlikləri, dağlarımızı, meşələrimizi, istirahət və turizm zonalarımızı zibilləməkdən əl çəkərdilər. Bir qrup adam var ki, hara gedirsə getsin mütləq oranı zibilləməli, natəmizlik yaratmalıdır. 

Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşır, ölkənin hər yerində bu mühüm tədbirə hazırlıq gedir, geniş bir proses başladılıb, amma bəzi vətəndaşlar tamam başqa yol tuturlar, təbiəti qorumaq əvəzinə onu iflic vəziyyətə salırlar, zibilləyirlər. 

Bir para insanın bu cür mədəniyyətsiz davranışının əziyyətini xalq və cəmiyyət olaraq həmişə çəkmişik, belə hallardan çox utanmışıq. Əlbəttə, bunun qarşısının alınması üçün ictimaiyyət olaraq təşəbbüslər göstərməliyik, ciddi ictimai qınaq yolu ilə o insanları islah etməliyik. Bu biabırçı mənzərələrin, neqativ halların aradan qalxması üçün maarifçilik işlərinə də böyük ehtiyac var. 

Bundan başqa, təbiəti zibilləyənləri, natəmizlik yaradanları, Şuşadan Laçına gedən yolu zibilliyə çevirənləri ictimaiyyət olaraq qınamalıyıq. Onların şəhidlərin qanı ilə suvarılan torpaqlarda bu cür mədəniyyətsiz, səviyyəsiz, biabırçı hərəkətə yol verməsi hər kəs tərəfindən ciddi tənqid edilməlidir. Bəyəm şəhidlər ona görə canlarından keçdilər ki, mədəniyyətdən uzaq bir para insan azad əraziləri zibilxanaya, natəmizlik yuvasına çevirsinlər? Bu ciddi bir məsələdir və cəmiyyət, xalq olaraq bu barədə ciddi düşünməliyik və səssiz qalmamalıyıq. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910