"Bu gün xalq bizdən narazıdır, günahkarıq" - İran prezidenti
İran parlamentinin plenar iclasının əvvəlində 14-cü hökumətin başçısı Məsud Pezeşkian təklif etdiyi Nazirlər Kabinetini müdafiə etmək üçün tribuna qarşısına keçib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məsud Pezeşkian çıxışında ölkədə insanlara qarşı ədalətsiz rəftar edildiyini deyib: “Bütün söhbət ədalətdən gedir. İnsanlar bu gün narazıdırlar və bu, Amerikanın deyil, bizim günahımızdır. Bununla belə, xalqa xidmət etmək lazımdır. Heyvan kimi insanlara hücum edib onları parçalamaq olmaz”.
ZÜMRÜD