Lavrov iki ildən sonra ilk dəfə NATO ölkəsinə gedir - Şimali Makedoniya Bolqarıstandan Lavrovun təyyarəsi üçün hava məkanını açmasını istədi...
Rusiya xarici işlər naziri Lavrov Rusiyanın Ukraynada genişmiqyaslı müharibəyə başlamasından sonra ilk dəfə NATO üzvü olan ölkəyə səfər edəcək. O, Şimali Makedoniyada keçiriləcək ATƏT-in nazirlər toplantısında iştirak etməyi planlaşdırır.
ATƏT-ə sədrlik edən Şimali Makedoniya ötən həftə Lavrovu nazirlərin görüşünə dəvət edib. Ukraynadakı müharibədən sonra NATO üzvləri Rusiyaya öz ölkələri üzərində uçuşlara qadağa qoyublar. Lakin bu dəfə Bolqarıstan Lavrovun təyyarəsinin Şimali Makedoniyaya enməsi üçün hava məkanını açıb.
Bolqarıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, sözügedən icazə Şimali Makedoniyanın Skopyedə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün müraciəti əsasında verilib. Lakin, bu icazə Avropa İttifaqının sanksiya tətbiq etdiyi şəxslər siyahısında olan Rusiya xarici işlər nazirinin nümayəndə heyətinin üzvlərinə istisna şamil edilmir.
TAHİR