Əlcəzair də müharibəyə qoşulur - prezidentə İsrailə müharibə elan etmək səlahiyyəti verildi...
Oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı başlatdığı hücumlardan sonra İsrail müharibə vəziyyətinə düşüb və Qəzzanı blokadaya alıb. Qəzzanın gecə-gündüz bombalanması nəticəsində oktyabrın 7-dən bu yana 10 minə yaxın günahsız insan həlak olub.
Bölgədə gərginliyin artması fonunda Əlcəzairdə diqqətçəkən bir addım atılıb.
Belə ki, Əlcəzair parlamentində prezident Əbdülməcid Tebbuna İsrailə müharibə elan etmək səlahiyyəti verilib. Parlamentdə keçirilən səsvermədə bütün deputatların səsi ilə prezidentə İsrailə qarşı müharibə etmək səlahiyyəti verilib. Parlamentdə səsvermə zamanı Fələstin xalqını və müqavimət qruplarını dəstəkləyən şüarlar səsləndirilib.
Yəməndə İranın dəstəklədiyi husilər də keçən həftə İsrailə müharibə elan etdiklərini açıqlamışdılar. İsrail isə Qırmızı dənizə hərbi gəmilər göndərib.
TAHİR