Ekologiya və təbii sərvətlər nazirinə birinci müavini təyin olunub
Rəşad Sahil oğlu İsmayılov Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
Trend xəbər verir ki, Rəşad İsmayılov bu gün nazirliyin kollektivinə təqdim edilib.
O, bu təyinata qədər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.