Çərşənbə günü, 16 iyul 2025
     

Avropa Birliyi Ermənistanı öz içinə götürməkdən dönür - həssas bəyanat...

Image

Bəhruz Quliyev: "Avropa özünə Ermənistan timsalında əlavə yükün olmasını istəmir"

Ermənistanla Avropa İttifaqı arasında danışıqların üzvlük namizədliyi imkanları ilə heç bir əlaqəsi yoxdur. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano "Azadlıq Radiosu"nun Ermənistan bürosuna müsahibəsində deyib.

Avroittifaq rəsmisi əlavə edib ki, bu münasibətlərin üzvlük danışıqlarının başlaması ilə heç bir əlaqəsi yoxdur: "Bunun potensial üzvlük namizədliyi prosesi ilə heç bir əlaqəsi yoxdur. Aİ-Ermənistan tərəfdaşlığı gündəliyi üzrə danışıqlar hər iki tərəfin birgə daha çox işlər görmək üçün qarşılıqlı istək və iradəsini əks etdirir, mövcud münasibətlərə əsaslanır. Hazırkı əlaqələr isə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi ilə müəyyən edilir. Bu danışıqların potensial üzvlüyə namizədlik imkanları ilə heç bir əlaqəsi yoxdur, bunlar iki fərqli şeydir, bizim artıq Ermənistanla Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişimiz var və indi biz bu baza əsasında hansı sahələrdə daha sıx əməkdaşlıq edə biləcəyimizi müəyyən edirik".

İlk dövrlərdə vəziyyət fərqli idi və Ermənistanın Aİ-dən gözləntiləri fərqli idi. Ermənistanın perspektivdə Aİ-yə üzv olmaq ümidi böyük idi. Ancaq P.Stanonun açıqlaması bu ümidlərin üzərindən xətt çəkdi. Maraqlıdır, nə baş verir? Aİ Ermənistanla bağlı siyasətindən geri çəkilir?

"Ermənilər sevinməsinlər, üzvlüyə namizədlik heç üfüqdə də görünmür" 

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən "SƏS" Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev bütün bunlara bir neçə prizmadan yanaşdı: "Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyi, arzusu yeni xəbər deyil. Hətta bu ölkənin siyasi zümrəsinin bir az daha uzağa gedərək Avropa Birliyinə üzv olmaq qaydalarını, prosedurunu bir kənara qoyub məsələyə öz kontekstindən yanaşması bəzən rəsmi İrəvan üçün də başağrısı olub. Məsələyə daha dəqiq şərh vermək üçün bir az əvvələ gedək, 2019-cu ildə Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramının 10 illik yubiley tədbirlərində Ermənistanın baş naziri Nikol Paşinyan Aİ ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Bu hadisəyə Ermənistanda elə tələsik reaksiya vermişdilər ki, sanki erməni dövləti sabahdan Avropa ailəsinin üzvünə çevriləcək. Halbuki, Avropa İttifaqına üzv qəbul olmaq istəyən ölkə bu təşkilatın, birliyin bütün normalarına, tələblərinə, prinsiplərinə ən azından 70-80 faiz cavab verməlidir. Burada nə xristian qardaşlığı, nə dostluq, nə yoldaşlıq keçir, ancaq və ancaq konkret şərtlərə cavab vermək lazımdır. Bəs Ermənistanda bu şərtlər, standartlar nə qədərdir?".

Politoloq hesab edir ki, Avropa özünə Ermənistan timsaında əlavə yükün olmasını istəmir: "2020-ci ilə qədər Ermənistan Azərbaycan torpaqlarının 20 fazini işğal etmiş ölkə sayılırdı. BMT qətnamələrində də bu fakt təsbit olunub. İşğalçı statusunda olan bir ölkəni Avropa İttifaqı öz tərkibinə daxil etsə, avtomatik olaraq özü də işğalçı təşkilata, birliyə çevriləcəkdi. Digər bir məsələ, Gürcüstan xeyli müddət idi ki, Avropa İttifaqına qoşulmaq üçün bəzi islahatlar aparırdı. Sonunda nə oldu? İttifaq Gürcüstanın üzvlük prosedurunu "xarici agent haqqında qanun" bəhanəsi ilə dayandırdı. Niyə? Məgər təkcə bu fakt qəbul üçün əngəl ola bilərdimi? Əsla yox, məsələ Gürcüstan konstitusiyasında təsdiq olunmuş ərazisinin əhəmiyyətli bir hissəsinin Tbilisinin təzarətindən kənarda olması idi. Avropa özünə problem yaratmaq həvəsində deyil. İndi soruşa bilərsiniz ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi deyə, Avropa İttifaqına qəbul edilmirdi, bu gün artıq "status-kvo" dəyişib, Bakı İrəvanın işğalında olan torpaqları geri qaytarıb, bəs üzvlük məsələsinə daha nə mane olur? Burada, dediyimiz kimi, şərtlər var, Brüssel, ya da Avropa İttifaqına üzv olan ölkələr yeni üzv olacaq ölkənin hansı imkanlara sahib olduğunu daha çox düşünürlər. Ermənistanda isə iqtisadiyyat tənəzzüldə, büdcə kasıblıq həddindədir, insan haqları hər addımda pozulur, vergi və məhkəmə islahatları aparılmayıb, korrupsiya ilə mübarizə hələ də başlamayıb. Bundan daha önəmlisi, Ermənistan əvvəlcə Rusiyadan qurtulmalıdır, buna isə imkan yoxdur, çünki ölkənin aparıcı müəssisələri hələ də rusların əlindədir. Rusiya hərbi bazasının və Sərhəd Xidmətinin Ermənistanda qalma müddətinin bitməsinə ən azından 25 il var. Bu sənədə birtərəfli xitam verilməsi Ermənistan üçün çətinlik yaradacaq. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stanonun "Ermənistanla Avropa İttifaqı arasında danışıqların üzvlük namizədliyi imkanları ilə heç bir əlaqəsi yoxdur", deməsi əsl həqiqəti ortaya qoyur. Avropa Ermənistana milyardlarla pul vəsaiti, maliyyə ayırır, amma bu o demək deyil ki, üzvlüyə namizədlik məsələsi artıq həll olunub. Ermənilər sevinməsinlər, üzvlüyə namizədlik heç üfüqdə də görünmür".

Vidadi ORDAHALLI



VİDEO

SON XƏBƏRLƏR

17.07.2025 / 01:14
Suriyada nə baş verir... İsrail prezident iqamətgahını, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurdu... ölü sayısı 300-ü keçdi... - VİDEO

16.07.2025 / 23:18
Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqladı - geri qayıtmaq niyyətində deyilik...

16.07.2025 / 22:41
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlük üçün müraciət edib

16.07.2025 / 22:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər

16.07.2025 / 21:43
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlu həbs edildi

16.07.2025 / 21:21
Zəngəzur dəhlizi ABŞ-a verilsə, bölgəmizdə nə baş verər?

16.07.2025 / 21:04
Paşinyan Bakıda mühakimə olunan şəxslə bağlı məktubdan imtina etdi...

16.07.2025 / 20:49
Tramp neçənci dəfədir Rusiya barədə 180 dərəcə mövqe dəyişir - taktika, ya xamlıq...

16.07.2025 / 20:45
Şamaxıda dini ibadətgahlara media-tur təşkil olunub

16.07.2025 / 20:35
12 günlük müharibə Rusiya-İran münasibətlərini xeyli zədələdi...

16.07.2025 / 20:22
Ermənistan təlaşda: Qərbi Zəngəzur mübahisəli ərazilər kimi dünyada tanınmağa başlayır...

16.07.2025 / 20:20
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - FOTO

16.07.2025 / 20:03
Tramp bir sözü ilə dolları elə möhkəmləndirdi ki, təsiri manata da dəyə bilər...

16.07.2025 / 19:48
Azərbaycan-Suriya münasibətlərinin normallaşması İran mediasında böyük vəlvələ yaratdı...

16.07.2025 / 19:34
26 illik geosiyasi tələ qırılır, kəmər işə düşür - Azərbaycanın planı işlədi...

16.07.2025 / 19:20
Zirədə zibil dizə çıxır...

16.07.2025 / 19:07
Cənubi Qafqazın geosiyasəti yenidən şəkillənir - Azərbaycan işin başındadır...

16.07.2025 / 18:52
Dəhliz ABŞ-a verilsə Rusiya bu addımları atacaq...

16.07.2025 / 18:37
Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

16.07.2025 / 18:23
Keçmiş nazir Zəngəzura qarşı ABŞ-da hansı dairələrdən sifariş alıb?..

16.07.2025 / 18:15
Paşinyan Zəngəzur dəhlizilə bağlı ABŞ-dan təklifin daxil olduğunu təsdiqlədi

16.07.2025 / 18:10
Pakistanlı nazir Azərbaycan haqda niyə bu sözləri eşitməli idi? - Dini liderin ətrafında çirkin intriqa...

16.07.2025 / 17:56
70 illik problem ancaq 2 dövlət prinsipi ilə həll oluna bilər - prezident ABŞ-a mövqe göstərdi...

16.07.2025 / 17:43
Vardanyan Bakıda məhkəmədə istədiyi vəsatəti qəbul etdirə bilir...

16.07.2025 / 17:30
Azərbaycanın ixracı ilin sonunadək azalmaqda davam edə bilər - pis proqnoz...

16.07.2025 / 17:23
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdü...

16.07.2025 / 17:18
Bakıda kişi arvadını güllələdi

16.07.2025 / 17:05
Kukla Teatrı “Bakı-Xəbər”in əməkdaşını “Teatrın dostu” mükafatı ilə təltif etdi...

16.07.2025 / 17:02
Dövlət Komitəsinin 2025-ci ilin ilk yarımilində fəaliyyəti müzakirə edilib

16.07.2025 / 16:52
DİN-dən əməliyyat - narkoşəbəkənin daha iki üzvü 67 kq narkotiklə yaxalandı

16.07.2025 / 16:39
"Əkinçi" qəzeti - maarifçilik, inkişaf, milli özünüdərk məktəbi

16.07.2025 / 16:27
Sovet dövründə tikilən evlərin sənədləşdirilməsi qaydaları dəyişdi

16.07.2025 / 16:23
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır

16.07.2025 / 16:20
Azad edilmiş ərazilərdə güzəştli ipoteka krediti ilə bağlı şərtlərdə dəyişiklik edildi

16.07.2025 / 16:16
Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Heydər Əliyev Mərkəzində olub - FOTO

16.07.2025 / 15:49
"Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq" - Paşinyan

16.07.2025 / 15:41
Cəlilabadda doğuldu, Füzulidə şəhadətə qovuşdu – şəhid Elvin Bayramov...

16.07.2025 / 15:24
Paşinyan Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü barədə danışdı

16.07.2025 / 15:09
“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi

16.07.2025 / 15:01
BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16.07.2025 / 14:38
Makron Fransanı borc bataqlığında batırır - hər saniyədə 5 min avro borc... hökumət devrilə bilər...

16.07.2025 / 14:05
Paşinyan Zəngəzura “HƏ” dedi, - Rusiya tətikdədir...

16.07.2025 / 13:45
Magistraturaya qəbul imtahanında esseyə minimal tələb qoyula bilər...

16.07.2025 / 13:21
Leyla Əliyeva Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb - FOTO

16.07.2025 / 13:06
Россия обязана возместить ущерб, нанесённый Азербайджану за 200 лет оккупации - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.07.2025 / 12:57
“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib*

16.07.2025 / 12:21
"Azərbaycan və Türkmən xalqlarını dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi" - Prezident

16.07.2025 / 12:09
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla görüşü olub - FOTO

16.07.2025 / 12:05
Avropa İttifaqından Ukrayna SÜRPRİZİ - 88 milyard avroluq yardım...

16.07.2025 / 11:29
Bir gündə ölkə ərazisində 46 cinayətin üstü açılıb- polis

16.07.2025 / 11:13
Paşinyan bu erməni naziri işdən qovdurdu

16.07.2025 / 11:06
I Qarabağ müharibəsinin daha bir şəhidi Xaçmazda dəfn olunacaq

16.07.2025 / 11:03
Paşinyanı devirmək üçün Rusiyanın yeni planı ortaya çıxdı - CANLI

16.07.2025 / 11:00
Altı ayda motosiklet sürücülərinin təqsiri üzündən 17 yol qəzası olub, 4 nəfər ölüb

16.07.2025 / 10:41
“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

16.07.2025 / 10:34
Azərbaycanın ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

16.07.2025 / 10:32
Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb

16.07.2025 / 10:28
Tramp bu dəfə tələbələrin etirazı ilə qarşılaşdı

16.07.2025 / 10:21
Azərbaycanda bu kredit təşkilatı bağlandı

16.07.2025 / 10:17
Sabirabadda arvad ərini bıçaqlayıb

16.07.2025 / 10:12
MMA döyüşçüsü Mahaçqalada güllələndi

16.07.2025 / 10:05
Goranboyda kütləvi dava olub

16.07.2025 / 10:00
İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

16.07.2025 / 09:51
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:11
Xaçmazda "Kamaz" divara çırpılıb, sürücü ölüb

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

Xarici siyasətimizdə yeni istiqamət - Şaraanı Bakıya gətirən nə idi...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910