Cavanşir Feyziyev seçicilərlə növbəti görüşünü keçirdi
1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə deputatlığa namizəd Cavanşir Feyziyev növbəti görüşlərini keçirib. Globalinfo.az bildirir ki, deputatlığa namizəd Cavanşir Feyziyev bu dəfə 115 saylı Seçki Dairəsi ərazisində yerləşən Şəkikənd və Cəyirli kəndlərində seçicilərlə görüşüb.
Cavanşir Feyziyev seçicilərin problemləri ilə maraqlanıb, onların təklif və şikayətlərini dinləyib. Cavanşir Feyziyev seçicilərini əmin edib ki, qaldırdıqları problemlər tezliklə öz həllini tapacaq. Cavanşir Feyziyev seçicilərinə öz təşəkkürünü bildirib.