Belqorodda federal fövqəladə vəziyyət elan edildi
Rusiyanın Belqorod vilayətində federal fövqəladə vəziyyət elan edilib. Bu haqda məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi fövqəladə halların qarşısının alınması və reaksiya üzrə hökumət komissiyasının növbədənkənar iclasından sonra yayıb.
Rusiya hökumətinin qərarına görə, Belqorod vilayətində federal reaksiya səviyyəsi qüvvəyə minəcək. Bu, fövqəladə vəziyyətin ən yüksək səviyyəsidir.
TAHİR