Sanksiyalara baxmayaraq, Rusiyanın xaricdən ölkəyə nağd şəkildə milyardlarla dollar və avro gətirdiyi ortaya çıxdı...
2022-ci ilin mart ayından etibarən Rusiyaya nağd şəkildə təxminən 2,3 milyard dollar və avro gətirilib. Bu bardə “Reuters” gömrük məlumatlarına istinadən məlumat yayıb.
Qeyd edilir ki, rəsmi olaraq Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarına başlamasından sonra ABŞ və Aİ Rusiyaya əskinasların ixracına qadağa qoyub. Ancaq “Reuters”in məlumatına görə, Rusiya nağd pulu ticarət məhdudiyyətləri tətbiq etməyən ölkələrdən, xüsusilə Türkiyə və BƏƏ-dən idxal edib.
TAHİR