Ukraynanın Kurskla bağlı planı rusların əlinə keçdi – AES ələ keçirmək, ardınca...
“Ahmat” xüsusi təyinatlı qüvvələrinin komandiri və Rusiya Müdafiə Nazirliyinin Hərbi-Siyasi İdarə rəisinin müavini Apti Alaudinov bildirib ki, Rusiya hərbi qüvvələri Ukraynanın Kursk vilayətində keçirilən əməliyyat planını ələ keçirib.
Alaudinov iddia edib ki, Ukrayna Silahlı Qüvvələri avqustun 11-də Kursk Atom Elektrik Stansiyasını ələ keçirməyi planlaşdırırırmış, bundan sonra isə Ukrayna Rusiyaya ultimatum verəcəkmiş.
Alaudinov vurğulayıb ki, Ukrayna bu məqsədə nail ola bilməyib və hücuma cəlb edilən hərbi texnikanın böyük bir hissəsi məhv edilib.
TAHİR