KÖHNƏ VERSİYA            

İsrailə qarşı gözlənilməz cəbhə açılır - İran savaşa "stop" çağırışlarını rədd etdi...

Image

İsrail Müdafiə Qüvvələri komandanlığı İordaniya ilə sərhəd yaxınlığında yerləşdiriləcək yeni diviziya yaratmaq niyyətindədir. Yəhudi dövlətinin təhlükəsizlik aparatı ehtiyat edir ki, İran və ona sadiq qruplar ölkənin şərq sərhədlərindən hücum etmək üçün istifadə etmək istəyəcəklər. 

İraqda fəaliyyət göstərən şiə yaraqlıları artıq Haşimilər Krallığında fəal tərəfdarlarının olduğunu açıq şəkildə bəyan ediblər. Ekspertlər istisna etmir ki, İsrail İordaniya ilə İordan çayının qərb sahili arasındakı sərhəd hissəsinə tam nəzarəti ələ keçirmək istəyir.

İsrail Müdafiə Qüvvələri daxilində xüsusi diviziyanın yaradılması barədə “Ordu Radiosu” məlumat yayıb. Hazırda məsələyə Baş Qərargahda baxılır. Görünən odur ki, İsrail Qəzza zolağında davam edən döyüşlər və Livanla yaxınlaşan toqquşma fonunda İordaniya ilə sərhədin yeni cəbhəyə çevriləcəyindən ehtiyat edir. İrana yaxın şiə birləşmələri dəfələrlə Haşimilər Krallığının ərazisini təkcə raket buraxılış meydançasına deyil, həm də qonşu İordan çayının qərb sahilinə silah qaçaqmalçılığı üçün tranzit qovşağına çevirməyə cəhd ediblər. İsrailin hesab etdiyi kimi, məhz İordan çayının qərb sahilindən İran oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra modelləşdirilmiş yeni quru işğalı hazırlaya bilər. Bu ilin mart ayından baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət İordaniya ilə sərhəddə divarın yaradılmasını müzakirə etməyə başlayıb. Müzakirə fələstinli yaraqlıların terror aktı təşkil etmək üçün oradan sızmağa cəhd etməsindən sonra başlayıb. İsrailin xarici işlər naziri İsrael Katz hasarın tikintisini sürətləndirməyə çağırıb. Katz İranı Livandakı Fələstin hücrələri ilə əməkdaşlıqda ittiham edib, nazirin sözlərinə görə, İordaniyadakı vəziyyəti pozmağa çalışır. Bu yaxınlarda İordaniya rəhbərliyi diplomatik kanalları vasitəsilə İraqa şiə yaraqlılarının sərhəd yaxınlığında cəmləşməsindən narahatlığını bildirib. Rəsmi Əmman hesab edir ki, İranın maraqlarından çıxış edən qruplar onun ərazisindən istifadə edərək İsrailə birbaşa hücumlar etmək istəyəcəklər. Aprel ayında İraqın “Kətaib Hizbullah” qruplaşması artıq İordaniyada yəhudi dövlətinə hücum etməyə hazır olan 12 min tərəfdarının olduğunu bəyan etmişdi. Bununla belə, Əmman bu yaxınlarda ABŞ prezident administrasiyasına bildirmişdi ki, artıq İsrailə doğru istiqamətlənən raket və pilotsuz təyyarələrin tutulmasında iştirak etmək istəmir. Kral II Abdullah bu yaxınlarda məsələ ilə bağlı bildirib: “İordaniya heç vaxt müharibə səhnəsinə çevrilməyəcək və xalqının təhlükə altında olmasına imkan verməyəcək. Bölgədə hərtərəfli sakitliyə nail olmaq və eskalasiyanı azaltmaq üçün hər cür səy göstərilməlidir”. Onun sözlərinə görə, Yaxın Şərqdə sabitliyi yalnız İsrailin Qəzza zolağındakı əməliyyatının taleyi müəyyən edir: “İki dövlətli həll zorakılığa son qoymağın yeganə yoludur”. Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Anton Mardasov ehtimal edir ki, İsrail Müdafiə Qüvvələri indiyədək üç diviziya və ayrıca  briqadanın daxil olduğu Mərkəzi Hərbi Dairəni gücləndirməkdən danışa bilər: “O, “İordaniya Aslanları” və “Vadi Aslanları” qarışıq batalyonlarından ibarətdir. İordan çayının qərb sahilində fəaliyyət göstərən əsas bölmələr 877-ci Yəhudeya və Samariya Diviziyası və hələ də qəbul prosesində olan 417-ci Ərazi Briqadasıdır. Həmçinin, 2022-ci ilə qədər məşhur 97-ci “Netzach Yehuda” batalyonu burada tapşırıqları yerinə yetirib, sonradan Mərkəzi Hərbi Dairədən çıxarılaraq Qolanda yerləşdirilmək üçün Şimal Hərbi Dairəsinin tabeliyinə verilib. Çox güman ki, İsrail Müdafiə Qüvvələri komandanlığının planları mövcud sistemi yenidən təşkil etmək deyil, Qərb Sahilində Eylatdan Bethsana qədər yeni bir diviziya yaratmaq, və yerləşdirməklə Mərkəzi Hərbi Dairəni gücləndirməkdir. Bu, İordaniya ilə İordan çayının qərb sahili boyu bütün sərhədi əhatə edir. Bu məntiqlidir, çünki birincisi, Şimal və Cənub hərbi dairələrinin hər birinə dörd diviziya, yalnız Mərkəzə - üç diviziya daxildir”.

Ekspert hesab edir ki, “Müsəlman Qardaşlar”ın yerli bölmələrinin İsrailə qarşı təhdidlərini unutmaq olmaz. Bütün bunlar o fonda baş verir ki, İran İsrailə cavab hücumu təhdidini geri götürməklə bağlı Qərbin çağırışlarını rədd edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, belə bir xahişin siyasi məntiqi yoxdur, beynəlxalq hüququn prinsip və qaydalarına ziddir, İsrailə açıq və praktik dəstək deməkdir.   Bu durumda ABŞ İsrailə 20 milyard dollardan çox dəyərində döyüş təyyarələri və digər hərbi texnika satışını təsdiqləyib. ABŞ Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada dövlət katibi Antoni Blinkenin təxminən 19 milyard dollar dəyərində F-15 təyyarələri, 774 milyon dollar dəyərində tank mərmisi və 583 milyon dollar dəyərində hərbi maşın satışına icazə verdiyi bildirilib. Tank mərmiləri dərhal çatdırılmağa hazır olacaq. ABŞ İsrailə hərbi dəstəyini davam etdirərkən, Qəzzada atəşkəs danışıqlarına qayıtmaq üçün də səy göstərir. Bayden administrasiyası Qəzzada israilli girovların azad edilməsi ilə nəticələnən atəşkəsin bölgədəki gərginliyi azaltmağın ən yaxşı yolu olduğuna inanır. Bununla belə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bölgəyə ikinci təyyarədaşıyan gəmi və ballistik raket sualtı qayıq göndərib. Amerika Müdafiə Nazirliyi bəyan edib ki, bu qərar Birləşmiş Ştatların İsraili müdafiə etmək üçün bütün mümkün addımları atmağa sadiqliyini göstərir.

Tahir TAĞIYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

10.09.2024 | 17:40
Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edildi

10.09.2024 | 17:39
Dini tolerantlıq - bütün bölgələrə, bütün dinlərə, bütün ibadətgahlara eyni yanaşma...

10.09.2024 | 17:37
Prezident Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırdı

10.09.2024 | 17:30
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi bir ayda 352 kq narkotiki dövriyyədən çıxardı

10.09.2024 | 17:25
Bakı-İrəvan sazişi Astanada imzalana bilər - Ermənistan hələ cavab verməyib...

10.09.2024 | 17:15
Perinatal Mərkəzdəki dəhşətli yanğınla bağlı iş məhkəməyə göndərildi

10.09.2024 | 17:12
Xaricdə yaşayan alimlərimizin fəaliyyətinə ölkə içindən alim baxışları...

10.09.2024 | 16:58
Nazir Əmrullayevin fikrinə alimlərin yanaşması - elmdə "ürəkaçmayan" nələr var...

10.09.2024 | 16:45
"Şikayətiniz varsa, göndərin, sabah axırıncı gündür" - MSK sədri

10.09.2024 | 16:33
Azərbaycan Avropaya qaz ixracını 10 faizdən çox artırdı

10.09.2024 | 16:20
Xalq artisti Cavan Zeynallı ilə gənclərin görüşü keçirilib

10.09.2024 | 15:44
İsrailin Livana qarşı genişmiqyaslı hücum planı ABŞ generalına təqdim edildi - Yaxın Şərqdə yeni müharibə hər an başlaya bilər...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30