Bərdədə məhsulunu sata bilməyən sahibkar bir qoşqu qarpızı kanala tökdü - VİDEO
Bərdə rayonunda fermer sahədən yığdığı qarpızları su kanalına boşaldıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyəti münasibət bildirib. Qurum rəsmisi Oxu.Az-a açıqlamasında, sahibkarın bu cür addım atmasına səbəb kimi məhsulun bazar qiymətinin maya dəyərindən aşağı olmasını göstərib: "Məhsulun dəyəri bazar qiymətindən yuxarı olduğu üçün sahibkarlar məhsullarını bazara çıxara bilmirlər. Ona görə bu yolla tələf edirlər".