ATƏT-də Rus-Qərb casus qalmaqalı - Rudenkonun arvadı Səltənət Sakambayeva Vyanadakı baş ofisdə nələr edib?
“Azadlıq radiosu” çox maraqlı araşdırma aparıb. Materialda söhbət Rusiya XİN müavini Sergey Rudenkonun həyat yoldaşı Səltənət Sakambayevadan gedir. Habelə ATƏT-dəki rus diplomatı Vuşkarnikdən və Putinin şəxsi tərcüməçisindən gedir.
2022-ci ilin fevralında Ukrayna müharibəsi başlanandan bir neçə gün qabaq Rudenko Dövlət Dumasında Rusiyanın qondarma “Donbas Respublikası” ilə imzaladığı müqavilənin ratifikasiyası barədə məruzə edirdi. Ukraynanı ittiham edirdi. Həmin vaxt Rudenkonun həyat yoldaşı qırğız qızı Səltənət ATƏT-in Vyanadakı baş ofisində siyasi məsələlər üzrə baş köməkçi işləyirdi. Bu vəzifədə 2022-ci ilin iyuluna qədər çalışıb.
ATƏT-in baş ofisində hesab edilir ki, düz 6 ay Səltənət ATƏT-in baş ofisində Rusiyanın xeyrinə casusluq edib. Hətta o da deyilir ki, Səltənət Sakambayeva ATƏT-də veto qərarlarının qəbul edilməsi üçün üzv ölkələrin rəyinə təsir edib.
2014-cü ildə o zaman ATƏT-in baş ofisində Rusiyanı təmsil edib, həmin il Səltənətlə evləniblər.
Tahir TAĞIYEV