Erməni lobbisi Avropa Birliyinin Azərbaycanla strateji enerji Memorandumunu hədəfə aldı....
Erməni lobbisi Avropa Parlamentinin xarici siyasət komitəsinin iclasında "Avropanın ümumi xarici siyasəti və təhlükəsizlik" adlı hesabatı səsverməyə çıxardı.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
Politoloq bildirir ki, hesabatda Azərbaycanın "Dağlıq Qarabağa guya təcavüz etdiyi" iddia olunur, Azərbaycana sanksiyaların tətbiqi tələb edilir: “Xüsusilə maraqlı orasıdır ki, Azərbaycanla Avropa İttifaqı arasında 2022-ci ildə imzalanmış "Enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumundan" imtinaya çağırış edilir...
Bu məsələni ona görə, xüsusilə maraqlı sayırıq ki, Memorandum Ermənistanın və dostlarının əsas hədəfidir, onlar dəfələrlə bəyan ediblər ki, guya Azərbaycan Avropa ölkələrini bu Memorandumla özündən asılı vəziyyətə salıb. Əslində erməni lobbisi bununla həm də Avropanın özünü şantaj edir.
Avroparlamentin bir komitəsində qəbul edilmiş hesabat hələ qərar demək deyil və onun Avropa İttifaqının icra sənədinə çevrilməsi üçün hələ uzun bir prosedur keçməlidir.
Avroittifaqın icra, sənədinə çevrilsə belə, nə baş verərdi? Türklər demiş, " tırıs gələr , vız gedər"...”
Tahir TAĞIYEV