KÖHNƏ VERSİYA            

ABŞ İran-İsrail müharibəsinə qərar verdi - bu həftə Şərq alova bürünəcək...

Image

Dünyanın diqqəti yenə də İsrail və İran arasında artan gərginliyə, tərəflərin savaşa haçan başlayacağına yönəlib. İran rəsmilərinin açıqlamalarından belə bəlli olur ki, İran İsrailə hərbi zərbə endirməkdə israrlıdır. ABŞ və digər Qərb qüvvələrinin xəbərdarlığı da İranı dayandırmaq üçün yetərli olmayıb. 

Elə bu fonda Birləşmiş Ştatlar bildirib ki, İran və yaxud onun Yaxın Şərqdəki proksiləri həftə ərzində İsrailə hücum edə bilərlər. Milli təhlükəsizlik sözçüsü Con Kirbi deyib ki, prezident Co Bayden Qərbdəki əsas müttəfiqlərlə vəziyyəti müzakirə edib. Onun sözlərinə görə, Vaşinqton İranın İsrailə tezliklə hücum edə biləcəyi barədə xəbərlərə ciddi yanaşır.

Xatırladaq ki, ABŞ və Avropa İttıfaqının terrorçu saydığı HƏMAS radikal qruplaşmasının siyasi lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda qətlində İran İsraili ittiham edir və buna görə cavab verəcəyini bildirib. Bu isə regionda daha böyük münaqişənin başlaya biləcəyi ilə bağlı qorxu yaradıb. Con Kirbi bu fonda bildirib: “Ciddi hücumlara hazır olmalıyıq. Bu səbəbdən son bir neçə gündə regiondakı qüvvələr nisbətimizi gücləndirmişik. Regionda əhəmiyyətli sayda qüvvəmiz var. Son bir neçə gündə onların nisbətini müəyyən qədər dəyişmişik. Prezident əmindir ki, İsrailin müdafiəsinə kömək göstərməyə qadirik”. Artan gərginlik fonunda Pentaqon Yaxın Şərqdə qüvvələrini gücləndirib. Vaşinqton müttəfiqi İsrailə dəstəyini dəfələrlə vurğulayıb. Britaniya, Fransa, Almaniya və İtaliya ilə birgə bəyanatda Ağ Ev bildirib: “İranın təcavüzünə və İranın dəstəklədiyi terrorçu qrupların hücumlarına qarşı İsrailin müdafiəsinə dəstəyimizi ifadə etdik”. Bəyanat müəllifləri həmçinin İranı İsrailə qarşı hərbi hücumla bağlı davam edən təhdidləri azaltmağa çağırırlar. Almaniya kansleri Olaf Şolts və Britaniyanın baş naziri Kir Starmer İran prezidenti Məsud Pezeşkiana ayrı-ayrılıqda telefon zənglərində regionda hərbi gərginliyi qızışdırmaqdan çəkinməyə çağırıb. Vaşinqtonun Tehranla diplomatik münasibətləri yoxdur. Şoltsla danışıqdan sonra İranın rəsmi IRNA xəbər agentliyi prezident Pezeşkiana istinadla yazıb ki, İran bütün ölkələrlə təmasların genişlənməsini alqışlayır, problemləri danışıqlar yolu ilə həll etməyin gərəkdiyini vurğulayır, amma təzyiqə, sanksiyalara, qorxutma və təcavüzə boyun əyməyəcək. Pezeşkian deyib: “İran təcavüzkarlara beynəlxalq qaydalara uyğun şəkildə cavab verməyi öz hüququ sayır”. Belə vəziyyətdə İsrail İrandan hücum risqinin artması səbəbindən kritik infrastrukturu gücləndirməyə başlayıb. “Bloomberg” bildirir ki, İran və ya onun regiondakı etibarlı qüvvələri tərəfindən artan hücum risqi ilə üzləşən İsrail kritik infrastrukturunu şaxələndirir və gücləndirir. Məlumata görə, İsrail rəsmiləri batareya ilə işləyən sirenləri əldə edib, xilasetmə xidmətləri isə, mobil rabitə ilə bağlı problemlər yaranması ehtimalına qarşılıq, peyk telefonları alıblar. Qeyd edək ki, daha əvvəl İsrailin müdafiə naziri Yoav Qalantın ABŞ-li həmkarı Lloyd Ostinlə söhbət apardığı söhbət zamanı İranın genişmiqyaslı hücuma hazırlaşdığı məlum olub.

“Axios” nəşri yazır ki, İran qoşunları indi apreldə İsrailə hücumdan əvvəlki aktivlik nümayiş etdirir: “İran raket və dronlarla təchiz olunmuş bölmələrdə mühüm hazırlıq işləri görüb, bu addımlar İranın apreldə İsrailə hücumundan əvvəl atdığı addımlara bənzəyir”. Eyni zamanda nəşrin həmsöhbətlərindən biri deyib: “İranlılar açıq şəkildə bu hücumun apreldə həyata keçirdikləri hücumdan daha böyük olacağına dair bəyanatlarına əlavə olaraq, ciddi bir hücum həyata keçirmək əzminin siqnalları göndərirlər. Yaxın Şərqdəki ekspertlər əmindirlər ki, hər şey kritik nöqtəyə doğru gedir". “The Wall Street Journal” da öz mənbəyinə istinadən yazır ki, İsrail İran və Livanın “Hizbullah” qruplaşmasının ölkəyə zərbə endirəcəyi qorxusu ilə öz qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətirib. Nəşrin məlumatına görə, İsrail qeyd edib ki, İran və “Hizbullah” hücumlar həyata keçirməyə hazırlaşır, lakin İsrail hakimiyyəti həqiqətən zərbənin həyata keçirilib-keçirilməyəcəyini bilmir. “The Wall Street Journal” qeyd edir ki, Pentaqon bölgəyə idarə olunan raket sualtı qayıq göndərdiyini və ikinci təyyarədaşıyan gəminin gəlişini sürətləndirdiyini bildirib. İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib ki, İsrail Müdafiə Qüvvələri İran və “Hizbullah”ın potensial hücumu üçün maksimum hazırlıq vəziyyətindədir, lakin hələlik ölkə əhalisi üçün yeni təlimat yoxdur. İsrail Hərbi Hava Qüvvələri təhdidləri aşkar etmək və qarşısını almaq üçün Livan üzərində patrulları gücləndirib. Daniel Hagari bildirib: “Biz düşmənlərimizin bəyanatlarını ciddi qəbul edirik və buna görə də müdafiə və hücuma ən yüksək səviyyədə hazırıq”. İsrailin müdafiə naziri Yoav Qalant isə qeyd edir: "İsrailə görünməmiş zərər vurmaqla hədələyən düşmənləri əvvəllər heç bir halda verilməmiş cavab gözləyə bilər. "İran və "Hizbullah"dan olan düşmənlərimiz bizə keçmişdə istifadə etmədikləri üsullarla zərər vurmaqla hədələyirlər. Bunu edən hər kəsi bizdən əvvəllər heç bir halda endirilməmiş zərbə gözləyə bilər". Qalantın sözlərinə görə, İsrailin əhəmiyyətli imkanları var: “Ümid edirəm ki, bu anı düşünəcək və bizi əhəmiyyətli zərər vurmağa məcbur edəcək nöqtəyə çatdırmayacaqlar. Biz bunu istəmirik, amma hazır olmalıyıq".

Tahir TAĞIYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

SON XƏBƏRLƏR

14.09.2024 | 23:11
Sahib Məmmıdov kadr islahatlarına başladı...

14.09.2024 | 23:04
İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

14.09.2024 | 19:53
FHN-in avtomobili Ağdərədə qəzaya düşdü - ölən və yaralananlar var...

14.09.2024 | 18:30
Ərdoğanın "Krım bəyanatından" sonra Rusiya hərəkətə keçdi....

14.09.2024 | 18:05
Erməni iqtisadçı Türkiyə ilə sərhədin açılışında 2 böyük məqsəd görür....

14.09.2024 | 17:20
Formula 1-də sıralama turunun qalibi bəlli oldu

14.09.2024 | 17:00
Duma deputatı Rusiyanın gücünü göstərmək üçün nüvə sınaqlarının keçirilməsini təklif etdi

14.09.2024 | 15:27
Azərbaycanda yeni “5-ci kolon” hazırlanır...

14.09.2024 | 14:43
AŞPA-nın bu qərarınadək Azərbaycan qurumu tərk edəcək...

14.09.2024 | 14:06
Mərakeşdə ermənilərin təxribat cəhdi baş tutmadı - film nümayişi ləğv edildi...

14.09.2024 | 13:50
MN-dəki 143 milyonluq mənimsəmə işi - "Pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib"

14.09.2024 | 13:45
Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşdü

14.09.2024 | 13:14
Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib

14.09.2024 | 13:07
İlon Mask mühafizəsinə milyonlar xərcləyir - tualetə də cangüdənsiz getmir...

14.09.2024 | 12:48
Blinken Azərbaycan-Ermənistan danışıqlarında irəliləyişi alqışlayır...

14.09.2024 | 12:25
TƏBİB-in tabeliyindəki xəstəxanalarda elektron sistem çökdü, növbələr yarandı...

14.09.2024 | 11:30
DYP yeni tədris ilinin başlanması ilə bağlı sürücü və piyadalara müraciət etdi...

14.09.2024 | 10:06
Bərdə-Xankəndi avtobus reysi fəaliyyətə başlayıb

14.09.2024 | 10:00
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib - nazir açıqladı

14.09.2024 | 09:45
Prezident İlham Əliyev “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - FOTO

14.09.2024 | 09:40
" Vikipediyada" şəhidlərimizə hörmətsizlik aktları cəzasız qala bilməz....

14.09.2024 | 09:35
Nikahdankənar uşaq doğumu kütləvi şəkildə artır...

14.09.2024 | 08:44
Sünnətdən daha vacib onkoloji xəstəlikləri tibbi sığortaya salmaq lazım idi...

13.09.2024 | 22:22
Fəlsəfə və Sosiologiya İnstitutunda vacib təyinat - Faiq Ələkbərli şöbə müdiri təyin edilib

13.09.2024 | 21:43
Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyhun Bayramovla görüşdü

13.09.2024 | 21:31
Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirildi

13.09.2024 | 21:27
Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

13.09.2024 | 21:12
Ermənistan yola gəldi, İran yoldan çıxmır…

13.09.2024 | 20:57
Gürcüstanı devirirlər - hakimiyyət acığını müxalifətdən çıxır...

13.09.2024 | 20:43
Paşinyan milli təhlükəsizlik strategiyasını məxfi şəraitdə hazırlatdırır...

13.09.2024 | 20:30
NATO Ukraynaya girir - dünya məhv olmaq üzrədir...

13.09.2024 | 20:16
Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

13.09.2024 | 20:03
Azərbaycan Avropa Şurasından çıxır...

13.09.2024 | 19:49
Bina mənzillərində biznes ofislərinə qarşı narazılıqlar böyüyür...

13.09.2024 | 19:36
İlginc Türk-Rus müzakirələri - Ermənistan-Türkiyə sərhədi hələ açıla bilməz...

13.09.2024 | 19:22
Azərbaycan dili lüğəti ətrafında çəkişmələr səngimir - 2015-ci il nəşrində nə var?..

13.09.2024 | 19:09
Erməni nazir Azərbaycanla bağlı suala cavab verə bilmədi...

13.09.2024 | 18:55
Azərbaycanın əhali artımında unikal vəziyyət yaranıb...

13.09.2024 | 18:33
3 min şəhidimizə qarşı uğursuz qəsd - Dövri mətbuatın və Xatirə Kitabının cavabını verə biləcəksinizmi?

13.09.2024 | 18:25
MSK deputatlığa namizədlərin müraciətlərini araşdırdı – bir neçə məntəqədə nəticələr ləğv edildi

13.09.2024 | 18:19
“Formula 1”ə hazırlıq işlərinin mühüm hissəsi polisin üzərinə düşdü...

13.09.2024 | 18:05
Azərbaycana qarşı üçtərəfli İran-Ermənistan-Hindistan görüşü - təşkilatçı İrandır...

13.09.2024 | 17:48
Azərbaycanın ənənəvi müxalifət partiyalarından istefalar başladı - bu dəfə rəhbərlər gedir...

13.09.2024 | 17:35
Azərbaycana 1,2 milyon "sovet ermənisini" qaytarmaq iddiası absurddur...

13.09.2024 | 17:21
Azərbaycan QHT-nin erməni "dağ-mədən cinayətlərinə" qarşı mübarizəsi fəallaşır…

13.09.2024 | 17:16
“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində

13.09.2024 | 17:07
ABŞ senatoru Bakının İrəvandan konstitusiya tələbinə qarşı çıxdı...

13.09.2024 | 16:52
AMEA-dan “Vikipediya”dan şəhidlərimizlə bağlı məqalələrin silinməsinə reaksiya - səhv addımdır...

13.09.2024 | 16:47
MSK Mustafa Hacılının müraciətini əsassız saydı

13.09.2024 | 16:34
Dünyanın 3-cü ən varlı adamı Bezos ev alarkən endirim istədi – milyarderin sövdələşmə üsulu başına bəla oldu...

13.09.2024 | 16:22
BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13.09.2024 | 16:20
Putin ABŞ və Avropanı müharibə ilə hədələdi - bu baş verərsə...

13.09.2024 | 16:05
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv etdi

13.09.2024 | 15:55
"Formula 1-lə bağlı bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, heç bir neqativ hal baş verməyib" - DİN rəsmisi

13.09.2024 | 15:42
Bakıda Formula 2 komandalarının sıralama turu keçirildi

13.09.2024 | 15:36
Yasamalda obyektdən 11 noutbuk oğurlandı

13.09.2024 | 15:29
Azərbaycan Dillər Universitetinin rəhbərliyi ilə 220 saylı məktəb-liseyin şagirdlərinə tərifnamə verib

13.09.2024 | 15:12
Ordumuz Naxçıvanda hərəkətə keçdi - şərti düşmən hədəfləri məhv edildi

13.09.2024 | 14:30
Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 14:28
Formula 1 Azərbaycan Qran-Prisi -“Ferrari”nin pilotu qəza törətdi

13.09.2024 | 14:15
Ermənistan rəsmilərinin Cənubi Koreyaya sıx səfərinin səbəbi bilindi - silah alırlar, sırada Yaponiya da var

13.09.2024 | 13:58
Prezident İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 13:42
Ukrayna Qərb tanklarını döyüşlərdə istifadə edə bilmir - 31 Amerika tankından 20-ni artıq itirib...

13.09.2024 | 13:35
İordan çayının qərb sahilində öldürülən türkiyəli aktivistin nəşi Bakıdan İstanbula aparıldı

13.09.2024 | 13:16
Oğuzda narkokuryerliyə görə 2 qardaş həbs edildi - FOTO

13.09.2024 | 13:03
Нездоровая логика армяноидного политолога - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.09.2024 | 12:47
Tələbələrə “onlayn” formada xaricdə təhsillə bağlı xəbərdarlıq edildi...

13.09.2024 | 12:13
Hesablama Palatasından QƏRAR - Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət ediləcək

13.09.2024 | 12:06
Sergey Şoyqu Kim Çen In ilə görüşüb

13.09.2024 | 12:00
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb - DİN açıqlama yaydı

13.09.2024 | 11:56
Formula 2 komandalarının sərbəst yürüşləri başa çatdı

13.09.2024 | 11:20
Maradonanın ölümü ilə bağlı məhkəmə iclası yenə təxirə salındı

13.09.2024 | 11:16
Rusiyadan QƏRAR - Polşa telekanalı “arzuolunmaz” elan edidi

13.09.2024 | 11:11
“Formula 1” ilə əlaqədar Bakı metropoliteninin iş rejimi 2 saat uzadılıb

13.09.2024 | 11:03
Paşinyanın "13+3" aferizmi təhlükəli bir oyundur - CANLI

13.09.2024 | 11:00
Bu gün “Araz-Naxçıvan” - “Kəpəz” matçı ilə VI tura start veriləcək

13.09.2024 | 10:53
Şahdağa qar yağıb - Faktiki hava şəraiti

13.09.2024 | 10:20
"Bu həftəsonu mənim üçün daha yaxşı olmalıdır" - "Red Bull" pilotu

13.09.2024 | 10:16
Türkiyədə silah qaçaqçılarına qarşı əməliyyat keçirilib

13.09.2024 | 10:06
“Biz tarix yazdıq – 1 milyard izləyici!" - Ronaldo sosial şəbəkədə də rekord vurdu

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30