Cümə günü, 11 iyul 2025
     

Sorosun QHT-ləri Ermənistanı işğal edir...

Image

"Qərb QHT-lərinin Ermənistandakı fasadının arxasında nə dayandığını heç düşünmüsünüzmü? Onlar demokratiyadan, söz azadlığından, korrupsiyaya qarşı mübarizədən danışsalar da, əsl məqsədləri çox vaxt kölgədə qalır. 

Bu QHT-lər ölkəmizdə həyatın əsas sahələrinə müdaxilə etməklə, faktiki olaraq, erməni xalqının kimliyini məhv edir, milli adət-ənənələrə, təməllərə zərbə vururlar. Özünü az qala talelərin hakimi hesab edən məşhur maliyyəçi və iyrənc sima Corc Sorosun doğum günündə onun fondlarının və digər QHT-lərin təxribatçı fəaliyyətlərindən danışmağın vaxtı gəlib". Bu fikirlər Ermənistanın "Lurer" onlayn nəşrində yer alıb.

Nəşr yazır ki, Soros Fondunun Ermənistan şöbəsi 1997-ci ildən ölkədə vətəndaş cəmiyyətinə dəstək bəhanəsi ilə fəaliyyət göstərir: "Fond 200-dən çox təşkilatı maliyyələşdirib və Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsində mühüm rol oynayıb. "Məxməri" inqilabdan sonra Soros sosial şəbəkələrdə yazıb: "Ermənistanda vətəndaş cəmiyyətinə güclü dəstək ölkənin demokratik bugünü və gələcəyi üçün həyati əhəmiyyət kəsb edir". Qərb QHT-ləri ictimai rəyi manipulyasiya etməklə ölkənin hazırkı siyasi kursunun formalaşmasında əsas rol oynayıb və hələ də öz təsirlərini göstərməkdədirlər. 2022-ci ildə Ermənistandan rəsmən çıxdığını elan edən Soros Fondu digər kanallar vasitəsilə fəaliyyətini davam etdirir. 40-a yaxın QHT hər il ABŞ və Aİ-dən 33 milyon dollardan çox vəsait alır. Korrupsiyaya qarşı mübarizəni və demokratiyanın təşviqini bəyan edərək, əslində Ermənistanın Rusiya ilə əlaqələrini zəiflətməyə və qərbyönlü ideyaları təbliğ etməyə çalışırlar. Məsələn, 2017-ci ildə Milli Demokratiyaya Dəstək (NED) tərəfindən maliyyələşdirilən Məlumatlı Vətəndaşlar Birliyi Ermənistan parlamentinə Aİİ ilə inteqrasiyanın "mənfi nəticələri" ilə bağlı araşdırmalar təqdim edib. Digər nümunə Qloballaşma və Regional Əməkdaşlıq üzrə Beyin Mərkəzidir: o, Rusiya hərbi bazasının çıxarılmasını və Rusiya televiziya kanallarının bağlanmasını tələb edir. 2021-ci ildə mərkəzin direktoru Stepan Qriqoryan Türkiyə mediasına müsahibəsində Türkiyəni Ermənistan üçün Rusiya Federasiyasından daha etibarlı tərəfdaş adlandırıb. Vəqflər mediadan istifadə etməklə öz təsirlərini artırırlar. Onlar çox vaxt ənənəvi dəyərlərə zidd olan neoliberal ideyaları yayan media layihələrini təşviq etmək üçün əhəmiyyətli vəsait ayırırlar. Təkcə 2019-cu ildən 2023-cü ilə qədər media resurslarının təşviqi üçün 10 milyon dollara yaxın vəsait ayrılıb. Amma burada bir paradoks var: qrant almaq üçün əsas şərt Rusiya və onun himayəsi altında gedən inteqrasiya proseslərini sərt tənqid etməkdir.

Qərbyönlü QHT-lər Ermənistan siyasi prosesində mühüm oyunçuya çevrilib. Ölkə rəhbərliyində bir çox məmurlar, o cümlədən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, baş nazir Administrasiyasının rəhbəri Arayik Arutyunyan və müdafiə naziri Suren Papikyan da onlarla əlaqəlidir. Məlumdur ki, 2019-cu ildə İrəvan meri Tiqran Avinyan hələ Paşinyanın köməkçisi olarkən, Soros Fondunun 3 milyon dollardan artıq olan bütün layihələrini "xeyriyyə" fəaliyyəti kimi tanıyıb: nəticədə onlarla əməkdaşlıq edən təşkilatlar (media da daxil olmaqla) vergilərdən azad edilib. Təhsil naziri Janna Andreasyan LGBT gündəmini təbliğ etmək üçün Sorosdan qrant alan "Boone" təhsil fondu ilə əməkdaşlıq edib. Soros fondlarının Ermənistanı tərk etməsinə inansanız belə, bu gün onların burada xüsusi bir işi yoxdur: onların son 25 il ərzində yerinə yetirdiyi funksiyaları ölkə hökuməti öz üzərinə götürüb. Nikol Paşinyan və onun ətrafı Ermənistanda yad maraqların və idealların dirijorlarına çevrilib, əslində milli dəyərlərin məhv edilməsinin tərəfdarı olublar. Bu gün QHT-lərin ölkəmizin siyasətinə təsiri göz qabağında olanda belə bir sual yaranır: həqiqətən dövləti kim idarə edir?". Xatırladaq ki, Soros Fondunun Ermənistanda özünə yuva salması ilə bağlı uzun müddətdir mediada məlumatlar dolaşır. Hələ 2018-ci ildə Ermənistanda baş vermiş "məxməri inqilab" bu ölkədə "anti-rus əhval ruhiyyəsi"nin "anti-rus cəbhəsi"nə çevrilməsində "tətikləyici" rolunu oynamaqla rus sərmayəsinə və biznesinə yönəlik qəzəb dalğasına çevrildi. Eyni zamanda, "məxməri inqilab" nəticəsində Nikol Paşinyanın baş nazir postuna yiyələnməsi ilə sözügedən ölkədə Soros Fondunun mövqeləri sürətlə möhkəmlənməyə başladı. Hələ 1997-ci ildə Ermənistanda fəaliyyətə başlayan "Açıq Cəmiyyət Fondu - Ermənistan", demək olar ki, 2018-ci ildə qarşısına qoyduğu əsas məqsədə çataraq bu postsovet ölkəsində hakimiyyətə nəzarət imkanları qazandı. Artıq Ermənistan hakimiyyətinin Soros Fondunun təsir dairəsində olduğu tək bu ölkənin daxilində deyil, xaricində də heç kəsdə şübhə doğurmur. Ümumiyyətlə, Ermənistanda Soros Fondu insan hüquqlarının müdafiəsi, qadınların hüquqlarının müdafiəsi, antikorrupsiya kampaniyaları, seçki monitorinqi və digər sahələrdə çoxsaylı QHT-lərə dəstək verir. Məhz bu təşkilatlar illərlə fəaliyyət göstərərək Paşinyanın hakimiyyətə gəlişinə öz töhfələrini verdilər və bu təşkilatların rəhbərlərinin bir çoxu hazırda yeni hökumətdə yüksək vəzifələr tutur. Təsadüfi deyil ki, artıq "sorosçular" Ermənistanda hakimiyyətin bütün qollarında möhkəmlənirlər. 

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi....

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

11.07.2025 / 09:45
Pensiyaçılara şad xəbər

11.07.2025 / 09:32
Bu çanta Parisdə 7 milyona avroya satıldı

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

11.07.2025 / 09:12
"Rusiya ilə bağlı məyus oldum" - Trampdan mühüm açıqlama

11.07.2025 / 09:05
Avroliqada yeni mövsüm başladı - NƏTİCƏLƏR

11.07.2025 / 09:02
PKK bu gün silahı yerə qoyacaq - "Terrorsuz Türkiyə" dövrü başlayır

11.07.2025 / 08:41
DİM-in riyaziyyatla bağlı "hesabları" özünü doğrultmadı...

11.07.2025 / 08:40
Bakının bu yollarında tıxac var - MƏLUMAT

11.07.2025 / 00:03
"Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik" - ABŞ Departamenti

10.07.2025 / 22:34
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi zamanı əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə verdi - FOTO

10.07.2025 / 22:05
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərindən görüntülər paylaşıldı - VİDEO

10.07.2025 / 21:29
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı - FOTO

10.07.2025 / 21:24
Tramp bacarmadı - Qərblə Rusiyanın qarşıdurması daha da şiddətlənir...

10.07.2025 / 21:10
Bakı-İrəvan sazişi barədə ABŞ-dan dalbadal sual doğuran açıqlamalar gəlir...

10.07.2025 / 20:56
Ya Öcalan PKK ilə oynayır, ya da PKK Öcalanı oynadır - 11-də hər şey açılacaq...

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910