ABŞ-dan sonra Britaniya da Zelenskinin istəyini geri çevirdi...
ABŞ-dan sonra Böyük Britaniya da Ukraynaya Rusiyanın dərinliklərində Britaniyanın “Storm Shadow” tipli raketlərindən istifadə etməyə icazə verməyib. “Telegraph” yazır ki, Ukraynanın Prezidenti Zelenskinin cəhdlərinə baxmayaraq, Britaniya hökuməti fikrini dəyişmək niyyətində deyil.
Zelenski digər qərbli həmkarlarına da müraciət edərək, Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyanın dərinliklərində uzaqmənzilli raketlərin istifadəsinə icazə verməyə çağırıb. Britaniya hökumətindəki mənbə “Telegraph”a deyib ki, ancaq çağırışın heç bir nəticəsi olmayıb.
Nəşrin yazdığına görə, uzaqmənzilli raketlərin istifadəsi ilə bağlı Britaniya təkbaşına qərar verə bilməz, çünki “Storm Shadow” Fransada hazırlanır, bu da o, deməkdir ki, Paris də buna razı olmalıdır.
Bundan əvvəl Kiyev Kursk vilayətinə hücum zamanı uzaqmənzilli “ATACAMS” raketlərindən istifadə etmək üçün Vaşinqtondan icazə istəyib, ancaq yox cavabı alıb.
TAHİR