Cümə günü, 30 may 2025
     

Ermənistan anklav kəndlərimizi qaytarmağa hazırlaşır

Image

Son dövrlərdə Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasında ritorikasının xeyli dərəcədə dəyişməsi müşahidə olunur. İrəvan, xarici qüvvələrin təhrikinə baxmayaraq, çətin vaxtda yenə yalnız qalacağını getdikcə daha yaxşı başa düşür. 

Bu fonda Ermənistan üçün yeganə xilas yolu Azərbaycanla sülh müqaviləsinin imzalanmasının tezləşməsi, əməkdaşlıq münasibətlərinin qurulmasıdır.

Qeyd edilənlər fonunda Ermənistan parlamentinin sədri Alen Simonyanın son açıqlamaları xüsusi diqqət cəlb etməkdədir. Onun sözlərinə görə, vaxt gələcək, ermənilərlə azərbaycanlılar yanaşı yaşamalı olacaq: "Biz buna ümid edirik və baş verməsi üçün hər şey edəcəyik. Ermənilərlə azərbaycanlılar ticarətlə məşğul olmalıdırlar, istisna etmirəm ki, bəzi ermənilər Azərbaycan ərazisində öz evlərinə qayıdacaqlar və bir müddət sonra azərbaycanlılar gəlib Ermənistanda məskunlaşacaqlar". Sülh müqaviləsində buna aid bəndin olub-olmaması ilə bağlı suala cavab verən Simonyan bildirib ki, orada belə bir bəndə rast gəlməyib: "Sülh müqaviləsi bütünlüklə beynəlxalq prinsiplərə - ərazi bütövlüyünə, kommunikasiyaların açılmasına və sairə əsaslanır". Erməni spiker onu da qeyd edib ki, 15 gün ərzində Bakı ilə sülh müqaviləsi bağlana bilər: "Deyə bilərəm ki, biz, demək olar, bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə zərər verməmək üçün bu barədə təfərrüatları açıqlamaq istəmirəm". Erməni hərbi ekspert Ayk Nahapetyan isə vurğulayır ki, hazırda sülh müqaviləsi mətninin faktiki müəllifi və moderatoru Azərbaycandır, başqa dövlət deyil: "Rəsmi Bakı sülh mətnini yaradır və şərhlər, qeydlər, təkliflər üçün Ermənistana göndərir. Lakin Paşinyanın fikrincə, mətnin mahiyyəti Mişelin vasitəçiliyi ilə Azərbaycanla razılaşdırılan prinsiplərə əsaslanır. Əslində bu məqamları Azərbaycan müəyyən edir. İrəvanın təkliflərinə baxmayaraq, Azərbaycan bir müəllim kimi pis şagird üçün düzəliş edir və ya silir, yenidən mətni Ermənistana geri göndərir. Burada əsas odur ki, Bakı bu prosesin moderatorudur. Nə vaxtsa Nikolun layihə hazırlayıb Bakıya göndərdiyini dediyini eşitmişikmi? Xeyr. Mətnin əsas müəllifi olanda və şərtləri diqtə edəndə vasitəçinin olması Bakıya sərf etmir. Azərbaycan Ermənistanın təkliflərini qəbul və ya rədd edə bilər. Ermənistan isə Azərbaycana heç demir ki, sizin təkliflərinizi bir kənara qoyub, yeni şərtlərimi təklif edirəm. Ermənistan yalnız mətndə müəyyən dəyişikliklər edir".

Ermənistanla sülh müqaviləsinin bağlanmasında maraqlı olan Azərbaycan üçün indi əsas məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və 8 anklav kəndin yenidən öz nəzarətinə qaytarılmasıdır. Əslində, Ermənistanda rəsmi səviyyədə də etiraflar artır ki, həmin anklav kəndlər onlara məxsus deyil. Ermənistan prezidenti Vaaqn Xaçaturyan separatçıların qondarma qurumlarının İrəvanda fəaliyyət göstərməsi haqda suala cavab verərkən yenidən bu mövzuya da toxunub. Öncə Xaçaturyan separatçıların qondarma qurumlarına ehtiyac olmadığını bildirib: "Artsax"ın qurumları fəaliyyət göstərərsə, nə edə bilərlər? Ermənistan Respublikası var, dövlət qurumları fəaliyyət göstərir. Onlar hansı funaksiyanı yerinə yetirəcəklər?". Daha sonra o, "Qarabağ erməniləri Ermənistanın onların torpağını düşmənə verdiyini düşünür" deyənlərə cavab verib: "Ermənistan belə bir şey etməyib. 1991-ci ildə Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Bura anklav kəndlər də daxildir". Ermənistan parlamentinin deputatı Tiqran Abramyan da bildirib ki, 8 kənd geri veriləcək: "Azərbaycanın tələb etdiyi 8 kəndin təhvil verilməsi ciddi təhlükələr yaradacaq. Paşinyan Bakının 8 kəndin qaytarılması tələbi ilə razıdır. Lakin məsələ təkcə bununla bitmir. Birincisi, Azərbaycan bunun qarşılığında Ermənistana heç bir güzəşt etməyəcək. İkincisi, Azərbaycan Başkəndi mübadilə etmək fikrində deyil. Üçüncüsü, 8 kəndin təhvil verilməsindən sonra Ermənistanın strateji kommunikasiyaları Azərbaycanın nəzarətinə keçəcək". Ermənistanın Şirak yeparxiyasının rəhbəri, yepiskop Mikael Acapaxyan da bildirib ki, Bakının 8 kəndlə bağlı tələbləri getdikcə sərtləşəcək: "Anklavların qaytarılması, dəhlizin açılması, azərbaycanlıların Qərbi Azərbaycana qayıtması və sair. Bütün bunlar Əliyevin Paşinyandan tələb etdiyi məsələlərdir". Erməni keşiş qeyd edib ki, bu vəziyyətdən çıxış yolu yoxdur: "İndi heç nə etmək mümkün deyil. Çıxış yolu nəzəri cəhətdən yalnız güclənmək, qonşulardan daha güclü orduya sahib olmaqdır. Bu mümkün görünə bilər, lakin real deyil". Qeyd edək ki, Ermənistanın nəzarətində qalan Naxçıvanın Kərki və Qazaxın 7 kəndi çox mühüm strateji bölgələri əhatə edir. Həmin kəndlər Ermənistan-İran və Ermənistan-Gürcüstan magistral xətlərinin üzərində yerləşir. Digər tərəfdən, həm də kommunikasiya xətlərinə nəzarət imkanını formalaşdıır. Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada keçirilən iclasda Azərbaycanın, o cümlədən Qarabağ daxil olmaqla, 86,6 min kvadratkilometr ərazisinin tanınması ilə bağlı bəyanat imzalayıb. Burada vurğulanıb ki, tərəflər Ermənistanın və Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar. Bu da o deməkdir ki, Paşinyan hələ də Azərbaycana qaytarılmayan Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndinin ölkəmizin ərazisi kimi tanındığını rəsmən elan etmiş olub.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

30.05.2025 / 11:26
Bir gündə bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

30.05.2025 / 11:23
Serj Sarkisyanın 3 milyon dollar rüşvət almasıyla bağlı iş məhkəməyə göndərildi

30.05.2025 / 11:21
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

30.05.2025 / 11:18
Katalikos Paşinyanın “şkaf” sözündən bərk qəzəbləndi

30.05.2025 / 11:14
" 92 milyon iş yerləri ləğv olunacaq, 170 milyon yeni iş yeri yaranacaq" -nazir müavini

30.05.2025 / 11:06
Milli Məclis iclas keçirir, 10 məsələ müzakirə olunacaq

30.05.2025 / 11:00
Ayan Məmmədli – Vətənimin musiqilərini dünyada tərənnüm etməkdən qürur duyuram!

30.05.2025 / 10:51
Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib - YENİLƏNƏCƏK

30.05.2025 / 10:18
Pentaqon ŞOKDA! - məxfi məlumatları xaricə ötürməyə cəhd etdilər

30.05.2025 / 10:14
Mingəçevir sakini Kürdə boğulub

30.05.2025 / 10:06
Tramp paylaşım edib, hakimlərə qəzəbləndi

30.05.2025 / 10:00
Bu gün Sabunçunun bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

30.05.2025 / 09:28
Ağsuda “Mercedes" aşıb, sürücü xəstəxanada ölüb

30.05.2025 / 09:25
Təhsil sistemində ömrü bir neçə gün çəkən düşünülməmiş qərarlar necə meydana çıxır? - Liseylər...

30.05.2025 / 09:20
Bu gün Mirzə Ələkbər Sabirin doğum günüdür

30.05.2025 / 09:18
Ceki Çan qara kəmər alıb

30.05.2025 / 09:13
Balakəndə narkotika satan qadın həbs edildi

30.05.2025 / 09:09
Millimiz bu gün yarımfinal oyununa çıxır

30.05.2025 / 09:02
Trampın bu addımı ABŞ-a 50 milyard dollar qazandırıb - Ağ Ev

30.05.2025 / 08:31
Tarix imtahanlarına görə DİM rəhbərinə qarşı sərt ittihamlar var - "tariximizə qarşı əks-təbliğat"?..

29.05.2025 / 22:31
Ceyhun Bayramov amerikalı senator Stiv Deynslə görüşüb

29.05.2025 / 22:18
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

29.05.2025 / 21:32
Azərbaycan-Türkiyə-Pakistan üçbucağında yeni regional güc mərkəzi formalaşır...

29.05.2025 / 21:17
Paşinyanın yeni alternativi tapıldı - Moskvaya "emissar səfərləri" başladı...

29.05.2025 / 21:04
Avropa Birliyi Macarıstandan müstəqil siyasətin qisasını alır...

29.05.2025 / 20:50
Azad edilmiş Laçından mesajların əsas istiqaməti - “lazımi ünvan”...

29.05.2025 / 20:44
Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda Azərbaycan ərazilərində mülki şəxslərə qarşı törətdiyi cinayətlərlə bağlı sənədlər tədqiq edilib - FOTO

29.05.2025 / 20:37
Əmiraslanov dedi və dəstək aldı - 65 tibb işçiləri üçün nə yaşdır ki...

29.05.2025 / 20:23
Tramp Əliyevin sülh, enerji və təhlükəsizlik kursunu tam dəstəklədi... Ziyanlı Bayden mərhələsi bitdi...

29.05.2025 / 20:10
Ukrayna sərbəst şəkildə Sibir şəhərlərini də vura bilər - dünya izn verdi...

29.05.2025 / 19:58
Hamı İrəvana nazirini göndərdi - Fiko özü gəldi...

29.05.2025 / 19:45
Laçın görüşü - Dehlidə İrəvanla gizli Zəngəzur müzakirələrinin üstü açıldı...

29.05.2025 / 19:32
Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır

29.05.2025 / 19:31
Dəyişən dünya düzəni Azərbaycanın diaspor siyasətində hansı yenilikləri tələb edir...(?)

29.05.2025 / 19:18
İbadət yerlərinin "rəislərini" QMİ yox, Komitə təyin edəcək - nə fərqi var?

29.05.2025 / 19:10
Vüqar Rəhimzadə: Azad Laçın Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz dostluğunun rəmzinə çevrildi

29.05.2025 / 19:05
Ermənistan delimitasiya danışıqlarının dalandan çıxmasına imkan vermir...

29.05.2025 / 18:51
Niyə məhz 28 Mayda, niyə məhz azad Laçından? - Bir proses başladı...

29.05.2025 / 18:44
Üç qardaş ölkənin strateji əməkdaşlıq modeli - Əhliman Əmiraslanov yazır...

29.05.2025 / 18:38
Bu həqiqətən böyük ədalətsizlik olub - erməni mediası İlham Əliyevdən sitatlar gətirir...

29.05.2025 / 18:31
"Ermənistan silahlı qüvvələrinin artilleriyası sanitar avtomobillərimizə və tibb işçilərinə atəş açırdı" - Zərərçəkmiş şəxs

29.05.2025 / 18:25
Üçtərəfli hərbi əməkdaşlıq böyük məkanda sülhü təmin edir - Laçında düstur müəyyən edildi...

29.05.2025 / 18:11
Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli müttəfiqlik və müdafiə sazişi... Proses başlanıb...

29.05.2025 / 17:57
Qərbi Zəngəzurda vəziyyət Müdafiə Nazirliyini xüsusi bəyanata məcbur etdi...

29.05.2025 / 17:56
Sadır Japarov Prezident İlham Əliyevi təbrik etdi

29.05.2025 / 17:49
Ermənistan parlamentinin sədri: "Müharibə olmayacaq, sülh olacaq”

29.05.2025 / 17:47
Uşaqları təhlükəli informasiyalardan qorumalıyıq!

29.05.2025 / 17:38
Azərbaycan, Türkiyə və Pakistan arasında 3 müasir mövzuda əməkdaşlıq başladı...

29.05.2025 / 17:25
Azad edilmiş rayonlarımızda dəfnə icazə verildi - Laçın ilk oldu...

29.05.2025 / 17:20
Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama - İrandan da dəstək gözləyirik...

29.05.2025 / 17:18
Kinematoqrafiya istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları hazırlanacaq - SƏRƏNCAM

29.05.2025 / 17:12
İsrail səfiri Holokostu təhqir edən ermənilərlə dostluq qurur... - VİDEO

29.05.2025 / 17:10
Daha 41 ailə Laçının Bəylik kəndinə köçürüldü

29.05.2025 / 17:05
Azərbaycan Xəzərin dayazlaşması ilə bağlı sammitin keçirilməsini təklif etdi

29.05.2025 / 17:02
Xorvatiyanın Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

29.05.2025 / 16:53
Xan Tanrı/Xan Tenqri dağı ətəklərində soyqırım faciələri...

29.05.2025 / 16:34
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda şəhid ailələrini və Culfada 100 yaşlı sakini evlərində ziyarət edib

29.05.2025 / 16:33
28 May Müstəqillik gününə həsr olunmuş konsert keçirilib

29.05.2025 / 16:29
Prezident Ərdoğan İranı Zəngəzur dəhlizini dəstəkləməyə çağırdı

29.05.2025 / 16:28
Suriyalı iş adamı Ukraynanı on minlərlə pilotsuz təyyarə ilə təmin edir

29.05.2025 / 16:21
Əbdülxaliq Hüseynovun “sən azadsan ” laylası

29.05.2025 / 16:07
Araz Musayevin Antalyada bıçaqlanması ilə əlaqədar 6 nəfər saxlandı

29.05.2025 / 15:50
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

29.05.2025 / 15:26
Oman Sultanı Prezident İlham Əliyevi təbrik etdi

29.05.2025 / 15:25
"Ermənistan silahlı qüvvələri qadağan olunmuş mərmilərdən istifadə edirdilər" - Aprel döyüşlərində yaralanmış hərbçi

29.05.2025 / 14:19
Polis həbsdə olan şəxsin 11 il əvvəl törətdiyi daha bir cinayətin üstünü açdı...

29.05.2025 / 14:04
İran Azərbaycana Biləsuvar gömrük məntəqəsinin iş saatının artırılmasını təklif etdi

29.05.2025 / 13:50
DİN narkotiklərin dövriyyəsinə qarşı əməliyyat keçirdi

29.05.2025 / 13:25
Prezident İlham Əliyev BƏƏ-nin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib - FOTO

29.05.2025 / 13:18
Hərbi qulluqçumuz Kəlbəcərdə minaya düşdü

29.05.2025 / 13:10
Азербайджан жестко ответил Лаврову! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

29.05.2025 / 12:53
İsrailin İrəvandakı səfiri İlham Əliyevdən nümunə götürsəydi, çox yaxşı olardı...

29.05.2025 / 12:45
Elgün İbrahimov hündürlükdən yıxılaraq ölüb - RƏSMİ AÇIQLAMA

29.05.2025 / 12:38
Müdafiə Nazirliyi Ermənistanın yalanını ifşa etdi - növbəti təxribatlarına zəmin yaratmağa cəhd edirlər

29.05.2025 / 12:26
“Lavrovun Ermənistana səfəri də Sünikdə konsulluğun açılması məsələsini həll etmədi”

29.05.2025 / 12:25
Moskva münaqişəyə son qoymaq planını ABŞ-la bölüşməkdən imtina etdi

29.05.2025 / 12:13
Laçından kimlərə tarixi mesajlar verildi?

29.05.2025 / 12:04
ABŞ və Almaniya Putini yeni sanksiyalarla hədələdi

29.05.2025 / 12:04
Ağdam sakini göbələk zəhərlənməsindən öldü

29.05.2025 / 12:00
Mask Trampın daxili xərclər haqqında qanun layihəsindən narazılığını bildirdi

29.05.2025 / 11:55
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

Dəyişən dünya düzəni Azərbaycanın diaspor siyasətində hansı yenilikləri tələb edir...(?)

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678