"Fitch" İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yüksəldib
“Fitch” beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib. Fonun məlumatında deyilir ki, bu, Azərbaycanın suveren reytinqinin yüksəlməsindən sonra baş verib. Reytinq üzrə proqnoz "Sabit"dir.
“Fitch”in mövqeyi Fondla dövlət arasında möhkəm əlaqənin olması, onun əlverişli mənzil təminatı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini asanlaşdırmaqla biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyətindən irəli gəlir.
Mətləb