"Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr edirəm"
"Təəssüratlarım çox yaxşıdır. Təbii ki, qızıl medal qazanmaq istəyirdim. Amma gümüş mükafat da pis nəticə deyil". Bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Qaşım Maqomedov jurnalistlərə açıqlamasında deyib.
58 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxmış idmançı bildirib ki, yüksək nəticələr qazanmaq üçün hər il əzmlə çalışır: "Federasiya bu idman növünün inkişafı üçün əlindən gələni edir. İnanıram ki, taekvondo Azərbaycanda ən populyar idman növlərindən bir olacaq".
"İdman mənim həyatımdır. Çoxdandır taekvondoda Olimpiya medalımız yox idi. Şükürlər olsun ki, bunu məhz mən bacardım. 10 ilə yaxındır buradayam. Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırdığım üçün fəxr edirəm", - Q.Maqomedov əlavə edib.
Mətləb