Kir Starmer Məsud Pezeşkian ilə telefonda nəyi müzakirə edib? -detalalr açıqlandı
Böyük Britaniyanın Baş naziri Kir Starmer Yaxın Şərqdə gərginliyi azaltmaq üçün beynəlxalq səylər çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Bu barədə Britaniya baş nazirliyinin ofisi məlumat yayıb. Bildirilib ki, telefon danışığı 30 dəqiqə çəkib. Kir Starmer İranı İsrailə hücum etməkdən çəkinməyə çağırıb və əlavə edib ki, müharibə heç kimin xeyrinə deyil. Baş nazir regiondakı vəziyyətdən dərindən narahat olduğunu bildirib və bütün tərəfləri gərginliyi azaltmağa, gələcək regional qarşıdurmadan qaçmağa çağırıb.
Mətləb Salahov