Rusiya Belqorodun Krasnoyaruzski rayonuna girişi tam bağladı - vəziyyəti gərgindir...
Belqorod vilayətinin Krasnoyaruzski rayonuna giriş tamamilə bağlanıb. Bu barədə vilayət administrasiyasının rəhbəri Andrey Miskov açıqlama verib.
"Rayonumuzda əməliyyat vəziyyəti gərgin olaraq qalır. Ona görə də bu gündən etibarən bələdiyyəyə giriş tamamilə bağlanıb. Bu, vətəndaşlarımızın həyat və sağlamlığının qorunması üçün zəruri olan məcburi müvəqqəti tədbirdir", - deyə Miskov məsələ ilə bağlı Telegram kanalında bildirib.
Krasnoyaruzsk vilayəti qərbdən Ukraynanın Sumı vilayəti, şimaldan isə Kursk vilayətinin Belovski rayonu ilə həmsərhəddir. Avqustun 12-də səhər saatlarından bölgədə insanların təxliyəsinə başlanıb.
TAHİR