Ukrayna qorxuya düşdü, Putinin Kursk qisası çox sərt olacaq - hökumət binaları, parlament, komanda mərkəzləri təhlükədə...
Avqustun 6-da Kursk bölgəsinə irimiqyaslı hücumlara başlayan Ukrayna buna görə Rusiyanın reaksiyasının çox sərt olacağından ehtiyatlanır.
“Times” qəzeti yazır ki, Ukrayna rəsmiləri Kursk bölgəsinə hücumlara Rusiyanın sərt cavab verəcəyini gözləyir və artıq ölkədə buna qarşı hazırlıqlar gedir. Qeyd edilir ki, Rusiya Kiyevdə hökumət binalarını, xüsusən də parlamenti hədəfə ala bilər.
Yüksək rütbəli Ukrayna rəsmisinin sözlərinə görə, Rusiya tərəfi “Kiyevin hərəkətlərinin cəzasız qalmayacağını göstərmək üçün böyük bir şey edə bilər”. Rəsmi bəyan edib ki, bu vəziyyət Ukraynanın hava hücumundan müdafiəsi üçün böyük problem yarada bilər. Başqa bir Ukrayna rəsmisi isə AFP-yə bildirib ki, ölkə Rusiyanın komanda mərkəzlərinə irimiqyaslı raket hücumu ilə cavab verməsinə hazırlaşır.
“The Wall Street Journal” yazır ki, bəzi Amerika rəsmiləri də Rusiyanın Kursk hücumuna sərt şəkildə cavab verə biləcəyindən narahatdır.
TAHİR