Şənbə günü, 12 iyul 2025
     

Azərbaycan bacardı - Zəngəzur dəhlizinə görə Qərb Ermənistana təzyiqi artırdı...

Image

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarından Zəngəzur dəhlizi məsələsinin çıxarılması və sonrakı mərhələyə saxlanılması hələ də ekspert dairələrində əsas müzakirə predmetlərindən birini təşkil edir. 

Bu fonda erməni politoloq Stepan Danielyan maraqlı bir məqama diqqət çəkərək bildirir: "Bütün problem ondadır ki, niyə indi Azərbaycan özlərinin əsas tələbi olmadan Naxçıvana doğru Ermənistanın nəzarəti olmadan Azərbaycanla yolun fəaliyyət göstərməsi üçün hansısa müqavilənin imzalanmasına razı oldu?". Onun sözlərinə görə, indi Ermənistan sakinlərini nəyin dəyişdiyi əsas sualı maraqlandırmalıdır: "Hesab edirəm ki, kommunikasiyaların açılması üçün əsas tələb Qərbin tələbi idi, Qərb Şimal-Cənub yolunu da pis qəbul edib, Türkiyə də bunu pis qəbul edib, çünki Azərbaycan vasitəsilə İrandan Rusiyaya gedən Şimal-Cənub yolu Türkiyənin də planlarına zərbə vurur".
 Danielyan bildirib ki, Ermənistan qərarsızdır, Azərbaycan isə qərar verib. O qeyd edir ki, Azərbaycan kənara çəkilsə də, indi Qərb Ermənistandan Zəngəzur dəhlizinin açılmasını istəyir. Bununla da Azərbaycan uğurlu manevr edərək, Ermənistanı Zəngəzur dəhlizi məsələsində Qərblə üz-üzə qoyub. Məsələ burasındadır ki, müasir dövrün dəyişən tələbləri Zəngəzur dəhlizinin regional layihədən beynəlxalq əhəmiyyətli layihəyə çevrilməsinə səbəb olub. Layihənin həyata keçirilməsi regional siyasi konfiqurasiya çərçivəsində böyük önəm kəsb edən Naxçıvan Muxtar Respublikası ilə alternativ keçidin də yaradılmasına imkan verəcək. Eyni zamanda Zəngəzur dəhlizinin Rusiya və Türkiyə arasında yerləşməklə Gürcüstandan yan keçən yeni yolu layihənin qlobal müstəvidəki əhəmiyyətini daha da artırır. Zəngəzur dəhlizi, həmçinin, Çindən gələn məhsulların birbaşa Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazı vasitəsilə Avropaya daşınmasına da şərait yaradacaq. Bununla layihə yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiyada Avropa və Asiya qitələri arasında mühüm əhəmiyyət kəsb edən ticarət marşrutu kimi formalaşacaq. O səbəbdən dəhlizə nəzarət müstəsna önəm kəsb edir. Qərb Ermənistanın şıltaqlığı üzündən dəhlzin açılmasının ləngiməsini istəmir. Burada hesab olunur ki, Rusiya Ukrayna məsələsini həll etdikdən sonra Cənubi Qafqaza diqqəti artıracaq. O zaman Zəngəzur dəhlizinə nəzarət etmək istəyəcək. Bunu da Qərb istəmir. Erməni analitik Vahe Davtyan bildirir ki, baş verənlər fonunda Orta dəhlizin formalaşdırılması ilə bağlı Avropa İttifaqı – Azərbaycan dialoqu da dərinləşir: "Orta Dəhliz layihəsi artıq bir neçə dəfə Avropa İttifaqının müxtəlif rəsmiləri tərəfindən, xüsusən də 2022-ci ildə Türkiyə, Azərbaycan və Özbəkistan tərəfindən Daşkənd bəyannaməsinin qəbulundan sonra müsbət qarşılanıb. Orta dəhliz və ya Şərq-Qərb-Orta Transxəzər dəhlizinin məqsədi Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən Çin-Avropa multimodal nəqliyyat əlaqəsini təmin etməkdir".

Davtyan hesab edir ki, Orta dəhliz Avropanın nəqliyyat strategiyasına səmərəli şəkildə inteqrasiya olunub: "Ən vacib məqam budur: həmin Daşkənd bəyannaməsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında quru nəqliyyat əlaqəsinin yaradılmasına xüsusi diqqət yetirilir. Bəyannamənin 11-ci bəndində qeyd olunur ki, tərəflər beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün Şərqi Zəngəzur və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılmasını vurğulayırlar. Avropa İttifaqı nəqliyyat dəhlizini Avropa-Qafqaz-Asiya nəqliyyat strategiyasının bir hissəsi kimi nəzərdən keçirməkdə davam edir. İndi bunu Orta Dəhliz layihəsində yerləşdirməyə çalışır. Məqsəd sadədir: Xəzər dənizi və Mərkəzi Asiyaya əlavə çıxış əldə etmək, karbohidrogen idxal marşrutlarının şaxələndirilməsi, Transxəzər qaz kəmərinin tikintisi. Bu məsələdə Avropa İttifaqı ilə Ankaranın maraqları daha çox üst-üstə düşür, xüsusən də sonuncunun beynəlxalq enerji nəqliyyatı mərkəzi olmaq ambisiyalarını nəzərə alsaq. Görünən budur ki, Azərbaycan həm də Şimal-Cənub və Şərq-Qərb meqalayihələrini birləşdirməyi bacaran mühüm nəqliyyat qovşağıdır. Beləliklə, Zəngəzur dəhlizindən faydalananlar çevrəsində Qərbin marağı getdikcə daha aydın şəkildə görünməyə başlayır". Belə bir vaxtda diqqət çəkən məqamlardan biri də odur ki, ermənilər Zəngəzur bölgəsini kütləvi şəkildə tərk edir. "Qraparak" nəşri Ermənistan Statistika Komitəsinə istinadən Zəngəzur bölgəsindəki əhalinin sayının sürətlə azaldığını yazır: "Statistik məlumatlara görə, ötən ilin iyul ayından bu ilin iyul ayının 1-nə qədərki dövrdə Zəngəzur bölgəsinin əhalisi 18 min nəfər azalıb. Bunun 12 mini şəhər, 6 mini isə kənd əhalisidir. Təkcə Teğ kəndini min sakin tərk edib, bu kəndin əhalisinin sayı cəmi 6 mindir".
 Nəşr qeyd edir ki, ermənilər sərhəd bölgələrini sürətlə tərk edir. Bu halda Ermənistan üçün dəhlizə nəzarət daha da çətinləşir. Bunu Qərbdə də görürlər. Onlar hesab edir ki, belə şəraitdə Ermənistan mütləq Azərbaycanla razılaşıb dəhlizin açılmasını tezləşdirməlidir. Ona nəzarət məsələsi də Azərbaycanla razılaşdırıla bilər.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

11.07.2025 / 09:45
Pensiyaçılara şad xəbər

11.07.2025 / 09:32
Bu çanta Parisdə 7 milyona avroya satıldı

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

11.07.2025 / 09:12
"Rusiya ilə bağlı məyus oldum" - Trampdan mühüm açıqlama

11.07.2025 / 09:05
Avroliqada yeni mövsüm başladı - NƏTİCƏLƏR

11.07.2025 / 09:02
PKK bu gün silahı yerə qoyacaq - "Terrorsuz Türkiyə" dövrü başlayır

11.07.2025 / 08:41
DİM-in riyaziyyatla bağlı "hesabları" özünü doğrultmadı...

11.07.2025 / 08:40
Bakının bu yollarında tıxac var - MƏLUMAT

11.07.2025 / 00:03
"Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik" - ABŞ Departamenti

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910