Türkiyə Suriya ərazisindən çıxmaq üçün Əsədin qarşısında 3 şərt qoydu - yalnız bundan sonra...
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib ki, lazımi şərtlər yerinə yetirildiyi təqdirdə Türkiyə və Suriya arasında nazirlər səviyyəsində görüş keçirilə bilər.
Gülər deyib ki, əvvəl Moskvada olduğu kimi, Suriya ilə razılaşdırılmış yerlərdə nazirlərin də olduğu heyətlərlə görüşlər keçirilə bilər.
Nazir Türkiyənin Suriya ərazisindən çıxması üçün şərtləri də açıqlayıb. Gülər deyib ki, bunun üçün yeni konstitusiya qəbul edilməli, seçkilər keçirilməlidir: "Türkiyə Suriyadan çəkilmənin koordinasiyasını ancaq yeni konstitusiya qəbul edildikdən, seçkilər keçirildikdən və sərhədlərin təhlükəsizliyi təmin edildikdən sonra müzakirə edə bilər".
TAHİR