çərşənbə axşamı günü, 21 aprel 2026
     

Bakı şəhəri ilk dəfə olaraq İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

Image


Azərbaycanın noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda paytaxt Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı ərəfəsində cəmiyyəti maarifləndirərək səfərbər etmək məqsədilə ilk İqlim Fəaliyyəti Həftəsinə hazırlıq görür.

Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidməti məlumat yayıb.
COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarainin təşəbbüsü ilə təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi 30 sentyabr bazar ertəsindən 4 oktyabr cümə gününə qədər keçiriləcək. Hazırda dünyanın şəhər səviyyəli ən böyük ictimai iqlim tədbiri - London İqlim Fəaliyyəti Həftəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsində yüksək səviyyəli beynəlxalq konfransların, eləcə də çoxtərəfli yerli və icma yönümlü tədbirlərin keçirilməsi planlaşdırılır.
COP29 Sədrliyinin sıx qrafiki fonunda keçiriləcək Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim dəyişmələri ilə mübarizə sahəsində həm Bakı şəhəri, həm də ümumilikdə Azərbaycan tərəfindən görülən genişmiqyaslı işləri, habelə iqlim fəaliyyətinə dəstək olmaq üçün beynəlxalq əməkdaşlığın təşviqini ön plana çəkəcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycanda iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərini sürətləndirmək üçün dövlət səviyyəsində aparılan müzakirələrin genişləndirilməsi baxımından növbəti əhəmiyyətli mərhələdir. İqlim Fəaliyyəti Həftəsi siyasi lider və şirkət rəhbərlərindən tutmuş yerli icma və gənclərə qədər hər kəsi cəlb etməklə yanaşı, Azərbaycanın iqlim dəyişmələrindən irəli gələn cari problemlərini həll etmək və "yaşıl" keçidin təklif etdiyi imkanları araşdırmaq üçün maarifləndirici və stimullaşdırıcı platforma olacaqdır.
Bakı İqlim Fəaliyyəti Həftəsinə start veriləcəyini elan edən COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai qeyd etmişdir ki: "Azərbaycan cari ilin noyabrında COP29 konfransına ev sahibliyi etməkdən şərəf duyur və COP29 Sədrliyi iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək üçün bu tədbirin uğurlu olmasına çalışır. Bizə məlumdur ki, həm şəhərlər, həm də özəl sektor iqlim həllərinin inkişaf etdirilməsi və beynəlxalq diplomatiyaya dəstək göstərilməsində əsas rol oynayır. Məhz buna görə də, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu olaraq mən və COP29 Sədrliyi ilk Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi etməkdən qürur duyuruq."
COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bildirmişdir ki: "Azərbaycan üçün bu qədər önəmli bir ildə Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi ölkəmizdə iqlim dəyişmələrinə qarşı mübarizəni sürətləndirmək məqsədilə dövlət səviyyəsində aparılan müzakirələrin genişləndirilməsi baxımından növbəti mühüm mərhələdir. Azərbaycan örnək olmaq istəyir və COP29-un ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək məramı üçün həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üzərilərinə düşən rolu layiqincə yerinə yetirməlidir. Cari ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransında dünya ölkələrini qarşılamaq üçün hazırlıq gördüyümüz bir ərəfədə Bakı İqlim Fəaliyyəti Həftəsi kimi tədbirlər siyasi lider və şirkət rəhbərlərindən tutmuş yerli icma və gənclərə qədər hər kəsi bir arada toplayaraq maarifləndirici və stimullaşdırıcı platformanı təmin edir, biz isə Azərbaycanın iqlim dəyişmələrindən irəli gələn cari problemlərinin həllini və "yaşıl" keçidin təklif etdiyi imkanların araşdırılmasını davam etdiririk. Azərbaycanın strateji konsepsiyasına uyğun olaraq, paytaxt Bakı şəhəri də bərpa olunan enerji texnologiyalarının araşdırılmasını və tətbiqini davam etdirir. Həmçinin, "yaşıl" keçidin faydaları barədə məlumatlılığı həm yerli, həm də beynəlxalq səviyyədə artırmaq üçün insanları bir araya gətirmək müsbət bir təşəbbüsdür. Ümidvarıq ki, Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-a doğru böyük bir addım olmaqla yanaşı, cəmiyyətdə iqlim fəaliyyətini səfərbər etmək əzmimizi də əyani şəkildə sərgiləyəcək."
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə bunları əlavə etmişdir: "Həm Bakı şəhəri, həm də ümumilikdə Azərbaycan üçün maraqlı və önəmli bir ildə bu cür genişmiqyaslı və yüksək profilli tədbiri təşkil və idarə etmək bizim üçün qürurverici vəzifədir. Noyabr üçün hazırlıqlar davam edir və biz COP29 konfransını dünya səviyyəli tədbirlərdən biri kimi təşkil etmək üçün hazırlıq işlərini qrafikə uyğun davam etdiririk. Artıq Bakı şəhəri qlobal konfranslara ev sahibliyi sahəsində təcrübəlidir və bu il də belə olacaq, yəni Bakı İqlim Fəaliyyəti Həftəsi bu ənənənin yeni davamına çevriləcəkdir. Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk tədbiri üçün nəzərdə tutulmuş məkanlar Bakının zəngin mədəni irsinin müxtəlif aspektlərini vurğulamaqla yanaşı, qədim bir şəhər ilə keçid dövründə olan bir ölkənin hekayəsini anlatmağa kömək etmək məqsədilə seçilib."
London İqlim Fəaliyyəti Həftəsi ilə Bakı İqlim Fəaliyyəti Həftəsi arasında əməkdaşlıqla bağlı London İqlim Fəaliyyəti Həftəsinin təsisçisi və sədri, iqlim dəyişmələri sahəsində göstərdiyi səylərə və COP26 (BB) Sədrliyinə göstərdiyi dəstəyə görə Britaniya İmperiyası Ordeninə (OBE) layiq görülmüş Nik Mabey bildirmişdir ki: "Biz COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu və onun komandasını 22-30 iyun 2024-cü il tarixlərində Londonda keçirilmiş İqlim Fəaliyyəti Həftəsində qəbul etdiyimiz üçün çox məmnunuq. Londonda cəmiyyətin bütün təbəqələrini səfərbər edən bu unikal model Oklend, Sidney və Dublin kimi şəhərlərdə də bənzər həftələrin keçirilməsinə stimul verib. İndi isə Bakıda bu layihə üzərində işləmək bizim üçün qürurverici haldır."
Bakı İqlim Fəaliyyəti Həftəsinin proqram direktoru Malini Mehri isə qeyd etmişdir ki: "Dünya ictimaiyyətinin də görəcəyi kimi, Bakı qeyri-adi gözəlliyi olan və "yaşıl" keçid tarixində mühüm rol oynayacaq bir şəhərdir. Biz COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu, COP29 Sədrliyi, Bakı şəhəri, əsas maraqlı tərəflər və yerli icmalarla birlikdə Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk tədbirini həyata keçirməkdən çox məmnunuq. Bu, COP29 ərəfəsində Bakı ilə tərəfdaşlıq üçün əlamətdar bir hadisə olacaq!"
Builki tədbirin əsas mövzuları "Enerji keçidi", "Şəhərlər/Urbanizasiya olunmuş mühitlər", "Su təhlükəsizliyi", "Qida və Kənd təsərrüfatı", "Kiçik və Orta biznes müəssisələri" və "Yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısında tədbirdə dövlət qurumları, elmi dairələr və özəl sektor nümayəndələri iştirak edəcək, ikinci yarısında isə incəsənət və mədəniyyət tədbirləri təşkil olunacaqdır.
Daha ətraflı məlumat və Bakı İqlim Fəaliyyəti Həftəsinin proqramı tezliklə www.bakuclimateactionweek.az veb-saytında yerləşdiriləcək.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Rusiyanın vurduğu AZAL təyyarəsinin bütün mübhəmləri açıldımı?

Avropa Birliyi Ermənistana 2-ci “xüsusi missiya” göndərdi...

Türkiyədə “terror olmayan” məktəb qətliamları-ailənin, təhsilin,ya cəmiyyətin problemi...

SON XƏBƏRLƏR

21.04.2026 / 11:40
ABŞ-İran savaşı TRIPP-ə 2 ağır problem yaradıb...

21.04.2026 / 11:11
ABŞ Cənubi Qafqazda Rusiya və Çinlə sərt mübarizəyə başladı - döyüş meydanı Gürcüstandır...

21.04.2026 / 10:57
Ticarət dövriyyəmizdə, nə yaxşı ki, Çin var imiş... Rusiyanı üstələdi...

21.04.2026 / 10:53
Zelenski Aİ üzvlüyünə alternativ yeni hərbi ittifaqın yaradılmasını təklif etdi – 4 ölkə…

21.04.2026 / 10:52
İranın danışıqları niyə uzatdığı bəlli oldu - "Müctəba Xameneidən icazə gözlənirdi"...

21.04.2026 / 10:30
Şahdağda 1 metrə yaxın qar yağıb

21.04.2026 / 10:25
Azərbaycan nefti yenidən bahalaşdı...

21.04.2026 / 10:11
Avrokomissiya sədri Türkiyəni Rusiya və Çinlə bir sıraya qoydu – bölgəni onlara buraxmaq olmaz...

21.04.2026 / 09:38
Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək...

21.04.2026 / 08:49
Daha 92 ailə Ağdam şəhərinə yola salındı

21.04.2026 / 08:17
Almaniyadan Kiyevə üzücü xəbərdarlıq - "Artıq ABŞ-a güvənmə..."

21.04.2026 / 08:09
Netanyahu həbs olunacaq - Macarıstana səfər edərsə...

21.04.2026 / 07:40
KTMT-nin eks baş katibi Xaçaturovun oğlu axtarışa verildi

21.04.2026 / 06:56
Rusiyanın Berlindəki səfiri Almaniya XİN-ə çağırıldı

21.04.2026 / 06:37
ABŞ-da müharibəyə etirazlar başladı - "…Amerikanın maraqları üçün həlledici ola bilər…”

21.04.2026 / 06:30
Paşinyan müxalifəti “it sürüsü” adlandırdı, Ombudsman etiraz etdi

21.04.2026 / 06:18
ABŞ-İran danışıqları davam edəcək? - Tramp təsdiq, İran təkzib edir…

20.04.2026 / 23:09
Trampdan ŞOK ETİRAF – İrana təyyarə ilə milyardlarla dollar nağd pul göndərildi…

20.04.2026 / 21:18
Paşinyan Zəngəzur dəhlizi planını dəyişdi - yalnız İran müharibəsindən sonra...

20.04.2026 / 20:50
ABŞ erməni lobbisi TRIPP dəhlizinə qarşı mübarizəyə başladı...

20.04.2026 / 20:23
ABŞ mediası Trampın “kürkünə birə saldı” - İranla bağlı özünü aldatma...

20.04.2026 / 19:47
Nikahlarla boşanmaların statistikasında bu nə biabırçılıqdır?...

20.04.2026 / 19:20
Tramp İranla bu gün razılaşma imzalanacağını deyir, ancaq İran İslamabada getmir…

20.04.2026 / 18:41
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini qınadı

20.04.2026 / 18:10
“Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur” - Vüqar Rəhimzadə

20.04.2026 / 17:59
Türkiyənin Mədəniyyət Marşrutu Festivalları 26 şəhərlə yeni mərhələyə qədəm qoyur

20.04.2026 / 17:40
Vaşinqtonda gizli görüş – dollar çatışmazlığı ilə üzləşən BƏƏ Trampı Çinlə təhdid etdi…

20.04.2026 / 17:35
Əli Əsədov İqtisadi Şuranın iclasını keçirdi - FOTO

20.04.2026 / 17:26
Bəzi qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi

20.04.2026 / 17:23
Gömrük Komitəsinə yeni səlahiyyət verildi - FƏRMAN

20.04.2026 / 17:06
Bakıda 100 min bina sökülək? - RƏSMİ AÇIQLAMA...

20.04.2026 / 16:54
Belçika və Niderland parlamentlərində Azərbaycana qarşı təxribat - səfirlər XİN-ə çağırıldı...

20.04.2026 / 16:41
Türkiyədə məhkəmə Özgür Özəlin sədrliyini ləğv edərək Kılıcdaroğlunu yenidən CHP-nin başına gətirəcək...(?)

20.04.2026 / 16:22
Roma papası Trampı lağa qoydu -“get İstanbulu da tut”...

20.04.2026 / 16:10
İran razı olmasa, "Hizbullah" tərksilah edilə bilməz...

20.04.2026 / 16:07
İrandan ABŞ-a mesaj – Hörmüzdə yeni tranzit sistemini qəbul edin…

20.04.2026 / 15:48
İran müharibəsi Şimal-Cənub marşrutunun gücünü təsdiqlədi...

20.04.2026 / 15:47
"İrandan sonra İsrailin hədəfi Türkiyə olacaq?" - NATO sualı rəsmən cavabsız buraxdı...

20.04.2026 / 15:23
Pakistanlı general Trampdan Hörmüzdə blokadanı qaldırmasını istədi…

20.04.2026 / 15:15
Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdışı məsələsini bağlamağa çağırdı...

20.04.2026 / 15:08
NATO İstanbul zirvəsi Türkiyənin Rusiya ilə dostluğuna qiymət verəcək...

20.04.2026 / 14:48
Rusiya Azərbaycanı beynəlxalq rus dili təşkilatına dəvət etdi.

20.04.2026 / 14:35
Hərbi vəzifəlilərin təlim toplanışı başladı

20.04.2026 / 14:23
Bakıda avtoyuma məntəqəsindən “Range Rover” qaçırıldı

20.04.2026 / 14:10
Bakıda məktəbdə şagird sinif yoldaşını yandırdı...

20.04.2026 / 13:53
Pyatiqorskda əcnəbi qadın əldəqayırma bomba ilə saxlandı

20.04.2026 / 13:38
Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək

20.04.2026 / 13:24
AzTV-də dəyişikliklər - bəzi şöbələr birləşdirilir, islahatlar başlayır....

20.04.2026 / 13:14
Tramp Putinin Ukrayna müharibəsinə 9 milyard dollar kömək etdi...

20.04.2026 / 12:19
İranın ucuz dronları Avropada müdafiə şirkətlərini çökdürür...

20.04.2026 / 12:17
İran İslamabadda ABŞ-la danışıqlardan rəsmən imtina etdi…

20.04.2026 / 11:54
Türkiyə-Ermənistan sərhədi açılır, Orta Dəhlizlə bağlı maraqlı proseslər başlanır

20.04.2026 / 11:41
"AtaSığorta"nın lisenziyası ləğv edildi

20.04.2026 / 11:35
İrəvan Bakının geosiyasi uğurlarına qibtə edir, Azərbaycan Ermənistana nümunə göstərilir...

20.04.2026 / 11:28
Dünya tarixin ən böyük enerji böhranına daxil olur…

20.04.2026 / 11:21
Ermənistanda yeni "1 Mart" qırğını olacaq - Rusiyadan təxribatçı qruplar gəlir...

20.04.2026 / 11:10
Leyla Əliyevanın təşəbbüsü ilə sosial xidmət müəssisələrinin uşaqları üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir - FOTO

20.04.2026 / 11:02
ABŞ və İran yenidən savaş ritorikasına qayıtdılar, yeni müharibə an məsələsidir...

20.04.2026 / 10:49
Artan enerji böhranı yanacaq qiymətlərini kəskin şəkildə artırdı - Avropadan ilginc təklif gəldi…

20.04.2026 / 10:30
"Azərpoçt"a yeni rəhbər təyin olundu

20.04.2026 / 10:10
İran ABŞ hərbi gəmilərini vurdu - hücumlarımız davam edəcək...

20.04.2026 / 09:43
Türkiyə məktəblərində törədilən qətliamlara elmi-lədun baxış

20.04.2026 / 09:20
Prezident İlham Əliyev: "Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir"

20.04.2026 / 09:07
"Yüksələn geosiyasi gərginlik onilliklər ərzində əldə olunmuş inkişaf nailiyyətlərinin kövrəkliyini üzə çıxarır" - Prezident

20.04.2026 / 08:53
Prezident BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət ünvanladı

20.04.2026 / 08:00
İran uğursuzluğu Pentaqonda panika yaratdı - Tramp özündən çıxdı

20.04.2026 / 07:36
ABŞ blokadanı yarmağa çalışan İran gəmisini vurdu

20.04.2026 / 07:36
ABŞ blokadanı yarmağa çalışan İran gəmisini vurdu

19.04.2026 / 23:42
Hörmüz boğazında gərgin anlar - ABŞ İran gəmisini vurdu…

19.04.2026 / 23:18
İtaliya Avropa Birliyini Rusiyadan neft-qaz alışını bərpa etməyə çağırdı…

19.04.2026 / 22:52
İran ABŞ-a meydan oxudu… Trampın təhdidlərinə sərt cavab – “O kimdir ki…”

19.04.2026 / 22:15
İran ABŞ-la danışıqların ikinci mərhələsini rədd etdi - blokadanı qaldırın sonra…

19.04.2026 / 21:58
Avropada enerji böhranı gərgin həddə çatdı - 20 günlük yanacaq qaldı, uçuşlar ləğv edilir…

19.04.2026 / 21:22
Husilərdən Trampa Bab əl-Məndəb təhdidi - “… bağlaya bilərik”

19.04.2026 / 18:20
Avropada İsrailə qarşı sanksiya hazırlığı – 5 ölkə hərəkətə keçdi…

19.04.2026 / 17:34
"Türkiyə, Azərbaycan və Pakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar" - Hakan Fidan

19.04.2026 / 17:12
İran aprelin 30-da ABŞ və İsraili vura bilər - ABŞ-dan gizli əməliyyat… Milyardlarla dollarlıq sistemlər İordaniyaya daşınır…

19.04.2026 / 16:55
İranda ABŞ-İsrail hücumlarında ölənlərin sayı 3468-ə çatdı…

19.04.2026 / 16:29
Latviya və Litva Moskvaya gedən Fitsonun təyyarəsinə hava məkanını bağladı…

19.04.2026 / 16:14
Vuçiç Prezident İlham Əliyevə zəng etdi

19.04.2026 / 16:10
Lukaşenkodan Trampa xəbərdarlıq – yanılırsız, xidmətçi-imperator görüşü heç vaxt olmayacaq…

İctimai maraqlar beynəlxalq münasibətlərdə...

XƏBƏR ARXİVİ