Rusiya Vuçiçə xəbərdarlıq etdi - Serbiyada çevriliş hazırlanır...
Serbiyada litium hasilatı mədənlərinə qarşı etirazlar davam edir. Şənbə günü, avqustun 10-da paytaxt Belqradda çoxlu sayda insanın iştirakı ilə yeni etiraz aksiyası keçirilib.
Serbiya prezidenti Aleksandr Vuçiç Moskvadan Serbiya hökumətinə qarşı çevriliş cəhdi ilə bağlı kəşfiyyat məlumatı aldıqlarını və çevriliş cəhdinin litium mədəninə etirazlarla bağlı olduğunu bildirib.
Vucic, Rusiya mənbələrindən alınan kəşfiyyat məlumatlarına görə, hökuməti devirmək üçün böyük kütləvi üsyana hazırlıq görüldüyünü açıqlayıb: "Rusiya Federasiyasından rəsmi məlumat aldıq, məlumat rəsmi kanallar vasitəsilə çatdırıldı. Biz bununla məşğul oluruq. Təhlükəsizlik və İnformasiya Agentliyi (BİA) və ekspertlər bu mövzuda lazım olanı edirlər”.
Vuçiç deyib ki, “bir şey etməyi xəyal edənlər, buna nail ola bilməyəcəklər”.
TAHİR