Rusiya Almaniyanı hədələdi - tankları yenidən Berlinə göndərərik
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Almaniyanın “Bild” qəzetində "Alman tankları Rusiya ərazisinə qayıtdı" yazısına sərt cavab verib.
Medvedev “Bild”in “Alman tankları Rusiya ərazisinə qayıtdı” yazısına cavab olaraq, Berlindəki Federal Məclisin (Reyxstaq) qarşısındakı meydana ən yaxşı rus tanklarını göndərməklə hədələyib.
"Almaniyanın "Bild" qəzeti alman tanklarının Rusiya ərazisinə qayıtdığını qürurla elan edən revanşist məqalə dərc edib. Buna cavab olaraq, ən yeni rus tanklarının Platz d.Republik-ə (Berlin parlamenti qarşısındakı meydan) gətirilməsi üçün hər şeyi edəcəyik" - deyə Medvedev bildirib.
Qeyd edək ki, "Bild" sözügedən məqalədə “alman tanklarının Rusiya ərazisinə qayıtdığını” bildirərək, Ukrayna ordusunun Kursk bölgəsində Almaniyaya məxsus ən azı 3 “Marder” tipli zirehli döyüş maşınından istifadə etdiyini yazıb.
TAHİR