Rusiya Kiyevi bombaladı - ölənlər və yaralananlar var...
Rusiyanın Kiyev vilayətinə raket hücumu nəticəsində biri azyaşlı olmaqla iki nəfər həlak olub. Mərhum raket qəlpələri ilə vurulan Brovarı rayonunda fərdi evdə yaşayıb. Daha 3 nəfər, o cümlədən 13 yaşlı qız ağır yaralanıb.
Məlumatlara görə, hücum gecə saatlarında ballistik raketlər və hücum pilotsuz təyyarələri qrupları ilə həyata keçirilib.
Partlayışlar Kiyevdə, Poltava icmasında, Xmelnitski vilayətində və hava hücumundan müdafiə qüvvələrinin fəaliyyət göstərdiyi Kiyev vilayətinin Bila Tserkv bölgəsində baş verib. Zaporojye vilayətində Rusiyanın raket zərbəsi nəticəsində bir mülki şəxs həlak olub.
Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popkonun sözlərinə görə, bu, avqustda Kiyevə ardıcıl ikinci hücumdur.
TAHİR