Blinkendən İsrailə çağırış: "Qəzzada atəşkəsə nail olmaq təcili zəruridir"
ABŞ dövlət katibi Entoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığında Qəzza zolağında təcili atəşkəsə nail olmağa çağırıb. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
"Dövlət katibi Qəzza zolağında girovların azad olunmasını təmin edəcək, humanitar yardımın həcmini artıracaq və daha geniş regional sabitliyə şərait yaradacaq atəşkəsə nail olmağın təcili zəruriliyini vurğuladı", - yazılı bəyanatda deyilir. Miller qeyd edib ki, Blinken Qalanta eskalasiyanın heç bir tərəfin maraqlarına cavab vermədiyini deyib.
Mətləb