Narkobaronun oğlu könüllü olaraq ABŞ-a təslim oldu
Meksikalı narkobaron Xoakin Qusman Loeranın oğlu Xoakin Qusman Lopes könüllü olaraq Amerika hakimiyyətinə təslim olub, eyni zamanda “Sinaloa” narkokartelinin yaradıcılarından biri, “El Mayo” ləqəbli İsmael Zambada da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb. Bu barədə ABŞ-nin Meksikadakı səfiri Ken Salazar "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Xoakin Qusman Lopes könüllü təslim olub. Sübutlar El Mayonun iradəsinə zidd olaraq ələ keçirildiyini göstərir", - diplomat bildirib. “Sinaloa” kartelinin yaradıcılarından biri olan İsmael Zambada iyulun 26-da Meksikadan yüngül təyyarə ilə gəldiyi Amerikanın El Paso hava limanında saxlanılıb. Onunla yanaşı, ABŞ rəsmiləri ömürlük həbs cəzası çəkən “El Çapo” (ispan dilində "qısa boylu") ləqəbli kartelin qurucusu Xoakin Qusman Loeranın oğullarından biri olan Xoakin Quzman Lopesi də həbs ediblər.
Mətləb