Şənbə günü, 12 iyul 2025
     

Kamandar Şəriflinin beşcidliyi - bir insan ömrü...

Image

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, mətnşünas alim, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şəriflinin əsərlərinin daimi oxucusu olmuşam, bəzi kitabları haqqında yazılar da yazmışam. İndi də həmin əsərlərin toplu halında nəşri əlimdədir və həmin beşcildlik haqqında fikirlərimi oxucularla bölüşmək istəyirəm.

Beşcildliyin elmi redaktoru akademik Teymur Kərimlidir. 

"Elm və təhsil" nəşriyyatı tərəfindən çapdan buraxılan I cildə müəllifin XIX əsrin tanınmış alimi, görkəmli kitabşünas Əbdülqəni Nuxəvi Xalisəqarızadənin həyat və yaradıcılığına həsr olunmuş "Alim, pedaqoq və kitabşünas" adlı monoqrafiyası daxil edilmişdir. 

"Ön söz"ə Məhəmməd (s) peyğəmbərin "Alimlər ölsə də canlıdırlar" hədisi ilə başlayan tədqiqatçı "klassik mədəniyyətin ilkin qaynaqlarından tutmuş dövrümüzədək keçirdiyi inkişaf yollarının öyrənilməsi"məsələsini müasir elmin qarşısında duran ən ciddi problemlərdən biri olduğunu xüsusi vurğulayır, bu inkişafda mühüm rol oynayan bir çox dəyərli alimlərin adlarını çəkir və onların yaradıcılığının indiyədək öyrənilmədiyini təəssüflə qeyd edir. Bu alimlərdən birinin Əbdülqəni Nuxəvi olduğunu qeyd edərək yazır: "Bu tədqiqat işi alimin həyatının, elmi irsinin araşdırılması sahəsində atılmış ilk addındır. Əbdülqəni Nuxəvinin elmi irsi və kitabxanasının bir qismi bu tədqiqatın müəllifi tərəfindən 15 ilə yaxın bir müddət ərzində Azərbaycan Respublikasının ayrı-ayrı bölgələrində apardığı uzun axtarışlardan sonra, Şəki şəhərində alimin qohumlarından, ayrı-ayrı adamlardan, Mingəçevirdən və eləcə də Bakıda yaşayan şəkili ziyalılardan alınaraq, Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar institutunda toplanmışdır. Hal-hazırkı vaxtadək onun kitabxanasından 2000-dən çox adda material əldə edilmişdir".

Kitabdakı "Şəki XIX yüzillikdə" adlı yazıda Şəkinin o dönəmdəki tarixinə, mədəniyyətinə, maarifinə nəzər yetirilmişdir. "Ulu nənənin ulu nənəsi" adlı bölümdə alimin soyadının ulu babası Şeyx Məhəmmədin həyat yoldaşı Xalisə qarının adı ilə bağlı olduğunu bildirən tədqiqatçı Xalisə qarının savadlı müdrik, şair təbiətli ziyalılarından olduğunu diqqətə çatdırır. Burada Xalisə qarının topladığı "Xalisə qarının kitabı" adı ilə məşhur olan məcmuədən söz açılmışdır. "Ulu nənənin ulu nəvəsi" bölümündə Şəmsəddin Əbdülqəni Əfəndi Nuxəvi Məhəmməd oğlu Xalisəqarızadənin (1817-1879) həyatından bəhs edilmişdir. 

Kitabın "Elm və maarif carçısı" və "Mətnşünas alim" adlı bölümlərdə Əbdülqəni Nuxəvinin həm mətnşünas alim, həm də pedaqoq kimi elmi fəaliyyətindən danışan tədqiqatçı "Elm xəzinəsi" bölümündə alimin kitabxanasından bəhs etmiş, "Elm xəzinəsindən əldə edilmiş abidələr" bölümündə isə bu xəzinədəki əlyazmalardan söz açmışdır. "Xalisəqarı övladları" bölümündə də maraqlı məlumatlar vardır. Monoqrafiyanın sonunda zəngin ədəbiyyat siyahısı verilmişdir.

I cildə Əbdülqəni Nuxəvi Xalisəqarızadənin "Qazanxana dəftəri" adlı dəyərli mənbə daxil edilmişdir ki, burada Şəkinin coğrafiyası, kənd və şəhər adları, 826 nəfərin ölüm tarixi və ölüm səbəbi, 258 ailə quran cütlüyün kəbin kağızı açıqlanmışdır.

Professor Kamandar Şəriflinin beşcildliyinin II cildinə "Mətnşünaslığın əsasları" əsəri daxil edilmişdir. "Ön söz"də ümumi mətnşünaslıq elmindən söz açan müəllif " I fəsildə "Azərbaycan mətnşünaslığının təşəkkülü və inkişafı"ndan bəhs etmiş, Xətib Təbrizinin elmi fəaliyyətinə geniş yer ayırmış, bir sıra mətnşünasların yaradıcılığına nəzər yetirsə də ən çox Əbdülqəni Nuxəvinin fəaliyyətindən bəhs etmişdir. "Orta əsrlər Azərbaycan əlyazma kitabı  və kitabçıları" adlı II fəsildə Azərbaycan əlyazma kitabının yaranmasından, inkişafından, mövzu və məzmun zənginliyindən, əlyazma kitabının inkişafında rolu olan Təbriz, Marağa, İstanbul, Ərdəbil, Qəzvin, Bağdad, Herat, Şiraz, isfahan, Buxara, Səmərqənd və s. miniatür məktəblərinin yetirdiyi ustaların, katiblərin, xəttatların, cildçilərin fəaliyyətindən, kağız istehsalından, qələmlərdən söz açan tədqiqatçı yazır: "Azərbaycan əlyazma kitabının yazılmasında əsasən nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, rüqa, mühəqqiq, touqi və s. xətt nümunələrindən istifadə olunmuşdur. Elmi əsərlər əsasən nəsx xətti ilə yazılmışdır". 

Əsərdə katib səhvləri, təhriflər, onları doğuran səbəblərdən bəhs edən müəllif bəzi əsərlərdən nümunələr göstərmiş və təhriflərin 21 səbəbini açıqlamışdır.

Əsərdə "Mətnin əlyazma nüsxələrinin elmi təsviri", "Mətnin mənbələrinin tədqiqi", "Mətnin atribusiyası", "Tərcümə mətnlərinin tədqiqi", "Mətnin nəşrə hazırlanması" adlı fəsillərdə orta əsr kitabxanalarından, əlyazmaların təsvirindən, tədqiqindən, tarixinin, müəllifinin müəyyənləşdirilməsindən, tərcümələrin xüsusiyyətlərindən, mətnin tərtibindən və s. bəhs edilmişdir. Sonda nəticə və ədəbiyyat siyahısı verilmişdir.

II cildə müəllifin "Pedaqoji fikrin qaynaqları" adlı ön söz ilə birgə Əbdülqəni Nuxəvinin"Farsi təkəllüm risaləsi"nin ərəb əlifbasında mətni də daxil edilmişdir.

Kamandar Şəriflinin beşcildliyinin III cildində "Yaılı abidələri araşdırarkən" adı altında məqlələr toplanmışır ki, müəllif bunları 5 hissəyə ayırmışdır. "Görkəmli şəxsiyyətlər" adlanan I hissəyə 23 məqalə daxil edilmişdir ki, bunların arasında "Əbdülqəni Nuxəvi Xalisəqarızadə", "Pedaqoji fikrin qaynaqları", "Dövrün görkəmli təbibi", "Cəmaləddin Məhəmməd bin Əbdülqəni Ərdəbili", "Əhməd Həmdi Şirvani", "Əxlaqi-Möhtəşəmi", "Məhəmməd Əmin Şirvani", "Nadir ədəbiyyat incisi", Hicalı Aərbaycan alimləri" və s. dəyərli yazılar vardır. "Mətnşünaslıq" adlı II hissədə "Mətnşünaslığın ilkin qaynaqları", "Mətnşünaslığın təşəkkülü və inkişafı", "Klassik mətnlərdəki bəzi təhriflər haqqında", "Xətib Təbrizinin mətnşünaslıq fəaliyyəti", "Mirə Kaım bəyin mətnşünaslıq fəaliyyəti", "Firdovsinin adından yazılmış həcv haqqında" və s. diqqətçəkən yazılar toplanmışdır.

"Tərcümələr" adlı III hissədə "Əsirəddin Əbhəri əsərlərinin şərh və tərcümələri", "Əli bin Əbi Talibin "Divan"ının tərcüməsi", "Tantaraniyyə" qəsidəsinin tərcüməsi", "Nəsirəddin Tusinin tərcümələri" və s. məqalələr verilmişdir.

"Kitabxanalar" adlı IV hissədə "Orta əsr Azərbaycan əlyazma kitabı və kitabxanaları", Məhv edilmiş kitabxana", Misir kitabxanalarında saxlanılan Azərbaycan əlyazmaları", Məkkə kitabxanalarındakı Azərbaycan əlyazmaları", "Elm və mədəniyyət xəzinəsi" və s. məqalələr maraq doğurur.

"Müxtəlif mövzularda" adlı V hissədə 4 məqalə təqdim edilmişdir: "Məhəbbət dastanlarında multikultural dəyərlər", "Eçmiədzin kilsəsi və milli ədavət", "Ədəbi əlaqələrimizin tədqiqi", "Mahmud Teymur və Nizami".     

Kitaba daxil edilmiş hər məqalə özü-özlüyündə əhəmiyyət kəsb edir. Oxucular kitabda bir sıra yeniliklərlə tanış ola bilərlər. Kamandar Şəriflinin bir ömür sərf etdiyi elmi yaradıcılığının böyük bir hissəsini bu məqalələr təşkil edir. Bir mövzuda bir kitab yazmaq çətin iş deyil, amma müxtəlif mövzuları əhatə edən bir kitablıq məqalə yazmaq çox çətindir. Bu mənada müəllifin beşcildliyinin III cildi daha çox zəhmət tələb edən kitabdır. 

Kamandar Şəriflinin beşcildliyinin IV cildində 3 əsər yerləşdirilmişdir. Ümmi İsanın "Mehri və Vəfa" əsəri müəllifin "Nadir inci" adlı yazısı, məsnəvinin mətni, lüğət və məsnəvinin əlyazmasının fotokopyası ilə birlikdə verilmişdir. 

Mir Möhsün Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davasi" əsəri K.Şəriflinin "Tariximizin qanlı yaddaşı" adlı yazısı, əsərin mətni, əsərin əlyazmasından fraqmentlərlə birlikdə təqdim edilmişdir. 

Xacə Nəsirəddin Tusinin "Adabül-mütəəllimin (Tələbəlik mədəniyyəti)" əsəri, ərəb dilindən Kamandar Şəriflinin tərcüməsində, və "Nəsirəddin Tusi və ədəb ədəbiyyatı" adlı ön sözü ilə birlikdə kitaba daxil edilmişdir.

Professor Kamandar Şəriflinin beşcildliyinin beşinci cildində giriş və 5 fəsildən ibarət geniş həcmli "Mətnşünaslığın nəzəri əsasları" əsəri verilmişdir. Kitabın "Əlavələr" bölümündə isə "Misirin "Dərül-kutub vəl-vəsaiqül-qaumiyyə" kitabxanasındakı Azərbaycan əlyazmaları" adlı yazı ilə birlikdə əlyazmaların siyahısı, "İskəndəriyyə kitabxanasının əlyazmaları", "Qahirədəki Ərəb Əlyazmaları İnstitutunun əlyazmaları", "Tanta şəhərindəki "Dərül-kutub" kitabxanasının əlyazmaları" təqdim olunmuşdur.

Baxanda 5 kitabdır, amma düşünəndə bir insan ömrüdür. Elmə həsr olunmuş ömürlər çox dəyər kəsb edir. Mətnşünaslıq işi iynə ilə gor qazmaq kimi bir şeydir. Səfərlər, uzaq kitabxanalar, tozlu arxivlər, bir ömür çalışmaq, səy göstərmək, zəhmət çəkmək, gecəni gündüzə qatıb işləmək, yeni kitablar tapmaq, keçmişi bu günə çevirmək; -  budur mətnşünas həyatı...

Kamandar Şəriflini ömrünün ən gözəl bəhəri olan bu beşcildliyin nəşri münasibətilə təbrik edir, ona uzun və mənalıı ömür, cansağlığı, yeni uğurlar arzulayırıq.

Sona XƏYAL
Əlyazmalar İnstitutunun böyük elmi işçisi



VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

11.07.2025 / 09:45
Pensiyaçılara şad xəbər

11.07.2025 / 09:32
Bu çanta Parisdə 7 milyona avroya satıldı

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910