Bazar günü, 13 iyul 2025
     

Bakı zindanındakı erməni canilərlə bağlı İrəvanda yeni kampaniya başlayıb...

Image

Mübariz Göyüşlü: "Erməni mediasının irəli sürdüyü iddiaların heç bir əsası yoxdur"

Erməni mətbuatı öz səhv ənənəsini davam etdirərək cinayətkarları, separatçıları, əli Azərbaycan xalqının qanına batmış şəxsləri, ərazilərimizdə bölücülüklə, separatizmlə məşğul olanları "qəhrəman", "günahsız" kimi qələmə verir. 

Vaxtilə Qarabağda mövcud olmuş separatçı dəstənin başçılarının, "rəhbərliyinin", Arayik Arutyunyan, sabiq "dövlət naziri" Ruben Vardanyan və qondarma "özünümüdafiə ordusu"nun keçmiş komandiri Levon Mnatsakanyanın Bakıda həbsdə saxlanılmasına min cür saxta don geydirməyə çalışırlar. 

Erməni mətbu orqanı "Joqovurd" iddia edir ki, guya  sözügedən separatçıların səhhəti ağırlaşıb. Guya Levon Mnatsakanyanın şəkər xəstəliyi ilə bağlı ciddi problemləri var və həbsxana şəraitində xəstəlik daha da ağırlaşıb, Bako Saakyanın da qan təzyiqi və ürək-damar sistemində ciddi problemləri mövcuddur. "Ruben Vardanyanın ailəsi aprel ayında onun aclıq aksiyası keçirdiyini elan edərək, bütün erməni məhbusların dərhal azad edilməsini tələb edib. Onun da səhhəti aclıq aksiyası və saxlanma şəraitinin pis olması səbəbindən pisləşib".

Erməni nəşrinin yazdığından belə çıxır ki, guya R.Vardanyan apreldən indiyədək "aclıq aksiyası" keçirir. Nəşr yazır ki, A. Arutyunyan isə qohumları ilə söhbəti zamanı açıq şəkildə bildirib ki, onların qayıdışlarından ümidlərini kəsməli və onlarsız yaşamalıdırlar. 

Bu da yeni erməni ssenarisidir. Onları həbsxanadan, ədalət məhkəməsinin qarşısına çıxmaqdan xilas etmək üçün hər cür hiyləgərliyə, uydurmalara əl atırlar. Necə olur, həbsə girənə qədər bunlar hər cür separatçı bəyanatlar verirdilər, yüz cür cinayət törədirdilər, onda qan təzyiqləri, şəkərləri "kəlləçarxa qalxmırdı" indi onlarda bu xəstəliklər peyda olub? Bir məqamı da xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin nümayəndələri separatçılara baş çəkir və onlar dəfələrlə bəyan ediblər ki, sözügedən şəxslərin nə saxlanma şəraitlərindən, nə də başqa məsələlər barədə şikayətləri var. Amma indi erməni mediası faciəvi obraz yaratmaqla məşğuldur ki, guya onlar Bakıda pis vəziyyətdədirlər, guya onlar burada "qanunsuz" saxlanılır. Bəs onların törətdikləri cinayətləri erməni mediası niyə bir dəfə dilə gətirmir, nə üçün yazmır ki, bu adamlar insanlıq əleyhinə müharibə cinayətlərinin iştirakçıları, təşkilatçıları olublar, Azərbaycanın ərazi bütövlüyünə qarşı cinayət törədiblər? 

"...Müharibə canilərinin, separatçıların azadlığa buraxılmasına, Azərbaycandan çıxarılmasına nail olmaq istəyirlər" 

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü "Bakı-Xəbər"ə şərhində bildirdi ki, erməni mətbuatı yalnız həbsdə olan separatçılarla bağlı deyil, könüllü şəkildə Qarabağdan köçüb getmiş ermənilərin yenidən ora qaytarılması ilə bağlı da absurd fikirlərlə çıxış edir. "Ermənilər və onların havadarları tez-tez bu iddialarla çıxış edirlər. Əslində, bu şəxslər müharibə caniləridir, Azərbaycan xalqına və dövlətinə qarşı hərbi cinayətlər törədiblər. Bunlar dövləti və müharibə cinayətində iştirak etmiş şəxslərdir. Azərbaycan onlara münasibətdə çox humanist davranır, onların məhkəməsinin keçirilməsini həyata keçirir. Bu separatçıların vəziyyəti, saxlanma şəraiti yaxşıdır. Onlara qarşı insan ləyaqətini alçaldan hər hansı məsələ yoxdur. Amma biz bunu ermənilərdə görməmişik, onlar azərbaycanlılara qarşı çox qəddar davranışlar göstəriblər, amansız münasibətlər sərgiləyiblər. 

Erməni mediasının irəli sürdüyü iddiaların heç bir əsası yoxdur. Bunlar əslində Azərbaycan xalqının, Azərbaycan dövlətinin beynəlxalq imicinə qarşı təbliğatdır. Bu cür absurd məsələləri gündəmə gətirməklə müharibə canilərinin, separatçıların azadlığa buraxılmasına, Azərbaycandan çıxarılmasına nail olmaq istəyirlər. Məqsədləri odur ki, onlar azad olunsunlar və törətdikləri cinayətlərə görə ədalət məhkəməsi qarşısında cavab verməsinlər. Amma bu mümkünsüzdür, cinayətkarlar hər şeyə görə cavab verəcəklər"-deyə M.Göyüşlü bildirdi. 

M.Göyüşlü hesab edir ki, separatçılar mütləq şəkildə öz layiqli cəzalarını alacaqlar, bütün bu iddialar da, aparılan kampaniyalar da iflasa uğrayacaq. "Onların səsləndirdikləri fikirlərin hamısı yalandır, gerçəklikdən uzaqdır. Əgər o canilərin hər hansı bir xəstəlikləri varsa, onlara lazımı səviyyədə diqqət göstərlir. Şəxsən mən bu canilərin çox ağır bir şəkildə cəzalandırılmanı haqq etdiklərini düşünürəm. Bunlar azərbaycanlılara qarşı o qədər qəddar, amansız cinayətlər törədiblər ki, bəlkə də dünyada bunun bənzəri yoxdur. Törətdikləri cinayətlər əsas verir ki, ümumiyyətlə onlar sorğu-sualsız, məhkəməsiz edam edilsinlər. Azərbaycan xalqı onlardan o qədər zülmlər görüb ki, bu separatçı "liderlərin" güllənməsinə belə narazılıq etməz. Amma Azərbaycan dövləti çox humanist davranıb məhkəmə qaydası ilə onları yarğılayır. Hesab edirəm ki, ədalət qələbə çalacaq, onlar layiqli cəzalarına çatacaqlar"-deyə M.Göyüşlü vurğuladı. 

İradə SARIYEVA  




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910