Cümə axşamı günü, 24 iyul 2025
     

Azad olunmuş rayonlarda liberal iqtisadiyyat - nələr var, nələr olmalıdır...

Image

İşğaldan azad edilmiş rayonların bərpası, yenidən qurulması, orada sahibkarlığın inkişafı ilə bağlı sistemli işlər görülür. Dövlət işğaldan azad olunan ərazilərdə öz vəsaiti hesabına, heç bir beynəlxalq maliyyə institutundan borclanmadan genişmiqyaslı bərpa-tikinti layihələri həyata keçirir.

Bu məqsədlə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına dövlət büdcəsindən transfertlər ilbəil artır. Artıq 4 ildir müharibə bitib, amma heç bir beynəlxalq maliyyə qurumu, donor təşkilatı bərpa prosesinə yardım etməyib. Halbuki, azad edilən ərazilərin bərpasına çox böyük vəsait lazımdır. Çünki bütün yaşayış məntəqələri məhv edilib. Əksər azad olunan rayonlarda hər şey yenidən qurulur. 

Azad rayonların bərpasına ayrılan vəsaitlərin həcmi ilbəil artır

Bərpa-quruculuq işləri çərçivəsində düşməndən azad edilən yaşayış sahələrində yenidənqurma işləri üçün 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat, 2023-cü ildə isə 3 milyard manat vəsait ayrılıb. Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin I rübündə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məqsədilə nəzərdə tutulan 3 milyard 825  milyon manat vəsaitin sifarişçi təşkilatlar tərəfindən təqdim edilən sənədlər əsasında 31,9 faizi və ya 1 milyard 220 milyon manatı ayrılıb. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 58,6 milyon manat və ya 5 faiz çoxdur.

Vergi güzəştləri sahibkarları sərmayə qoyuluşuna həvəsləndirir 

İşğaldan azad edilən ərazilərə sosial-iqtisadi həyatın bərpasında özəl sektor əhəmiyyətli rol oynayır. Bununla bağlı səylər artırılır, yeni-yeni layihələr qəbul edilir. Çünki həmin ərazilərdə yerli və xarici biznes nümayəndələrinin investisiya qoyması üçün əlverişli mühitin yaradılması prioritet istiqamətlərdən biridir. Bütün yükü dövlətin üzərinə qoymaq olmaz. Belə olacağı halda bərpa prosesində daha çox vaxta ehtiyac olacaq. Ona görə də bu məqsədlə atılan əsas addımlardan biri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"dır.  Sözügedən proqramın əsas məqsədlərindən biri Qarabağ və Şərqi Zəngəzurda  iqtisadiyyatın yenidən qurulması məqsədilə yeni investisiyaların cəlbi üçün  sahibkarlıq mühitini formalaşdırmaq və biznes fəaliyyətinin inkişafına dəstək verməkdir. Azad edilən ərazilərdə ərazilərdə özəl sektorun səmərəli fəaaliyyəti istiqamətində reallaşdırılan tədbirlər sahibkarların iqtisadi baxımdan investisiya qoymalarını stimullaşdırır. Bu, təkcə ona görə yox ki, orada qurulan infrastruktur müasir dövrün tələblərinə cavab verməklə ən müasir texnologiyalar vasitəsilə həyata keçirilir, həm də dövlət həmin ərazilərdə sahibkarlıq mühitinin canlanması üçün kifayət qədər güclü iqtisadi stimullardan istifadə edir. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli Qanununa əsasən, adıçəkilən sənədə "XIX fəsil. İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri" əlavə olunub. Bununla da həmin ərazilərdə sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulan yeni güzəştlərin tədbiqi reallaşıb. Yeni qanunla təsdiqlənən güzəştlərə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Bu isə biznes subyektinin əsas vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması deməkdir. Vergi güzəştləri sahibkarları sərmayə qoyuluşuna həvəsləndirir. Qanunda nəzərdə tutulan digər əsas müddəa həmin ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlərinə görə, 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsidir. Əlavə olaraq, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan (qurum) tərəfindən təsdiqlənən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10  il müddətində ƏDV-dən azad olunur.

Orada sahibkarlar daha sərfəli şərtlərlə kredit resursları ilə təmin olunur 

Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən ekspert Rəsul Cahangirli deyir ki, işğaldan azad olunan rayonlarda liberal iqtisadiyyatı stimullaşdırmaq üçün sahibkarlara təkcə vergi güzəştləri tətbiq olunmur: "Digər istiqamətlərdə də bu yöndə işlər görülür. Məsələn, həmin ərazilərdə qeyri-neft sektorunda fəaliyyət göstərən sığortaedənlər və sığortaolunanlara dair güzəştlər tətbiq olunub. Bundan əlavə, sahibkarlıq fəaliyyəti üçün qoyulan investisiyanın əsas hissəsini təşkil edən kreditlərlə bağlı dövlət dəstəyi də artıq müəyyənləşdirilib. Azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara kreditlər verilməsini dəstəkləmək məqsədilə Azərbaycan Prezidentinin 2023-cü il 9 yanvar tarixli Fərmanı ilə təsdiqlənən "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası" və ona əlavə olunmuş "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi" qəbul olunub. Bu qayda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən biznes subyektlərinə verilən kreditlər üçün dövlət zəmanəti və alınan kreditlərin faizlərinin subsidiyalaşdırılması şərtlərini müəyyən edir. İşğaldan azad olunmuş ərazilərdə tikinti fəaliyyəti ilə məşğul olan sahibkarlar, o cümlədən tikinti materiallarının istehsalı ilə məşğul olan özəl qurumlar üçün bəzi güzəştlr var. Bir sözlə, orada fəaliyyət göstərən sahibkarlar dahə sərfəli şərtlərlə kredit resursları ilə təmin olunur. Ancaq bütün bunlarla kifayətlənmək olmaz. Əlavə təşviqedici vasitələr tapılıb tətbiq olunmalıdır ki, sahibkarlar ora daha çox sərmayə qoymaqda maraqlı olsunlar".

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

24.07.2025 / 21:08
Dünyanın diqqəti Zəngəzur dəhlizinə fokuslanır...

24.07.2025 / 20:52
Düşmən kəşfiyyatı Azərbaycanın nüfuzlu adamları barədə məlumatlar toplayır... Ayıq olun...

24.07.2025 / 20:36
Ermənistan daxildə qanlı toqquşmalar mərhələsinə girdi...

24.07.2025 / 20:21
Ermənistan Zəngəzurun icarəyə verilməsi məlumatlarını məqsədli yayır...

24.07.2025 / 20:04
Rusiya Azərbaycanla münasibətlərini daha da gərginləşdirir - yeni şok detallar üzə çıxır...

24.07.2025 / 19:49
Fransada islamofobiya yenidən qızışır - müsəlmanlara qarşı repressiyalar kəskinləşdi...

24.07.2025 / 19:35
100 mindən çox sənədsiz ev sahiblərinə Prezidentdən böyük töhfə...

24.07.2025 / 19:20
Suriya İsrailin təcavüzünə qarşı Türkiyədən hərbi dəstək istədi...

24.07.2025 / 19:06
Putin "ekstremist" adı ilə müxalifətin üstünə qanuni yürüşə başladı...

24.07.2025 / 18:51
Xaricilər işğaldan azad rayonlarımıza öz maşınları ilə getmək hüququ qazandılar...

24.07.2025 / 18:37
Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

24.07.2025 / 18:23
Erməni lobbi konqresmenləri Azərbaycana qarşı hücuma keçdilər...

24.07.2025 / 18:19
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

24.07.2025 / 18:09
Xarici ticarətimizdə müsbət saldo getdikcə azalır - nə etməliyik…

24.07.2025 / 18:04
Azərbaycan QHT-ləri ermənipərəst konqresmenlərlə bağlı ABŞ dövlət katibinə müraciət etdi...

24.07.2025 / 18:03
Prezident İlham Əliyev Putinə başsağlığı verdi

24.07.2025 / 17:56
Peskov səhv etdi - Bakıdakı rusları Rusiyadakı azərbaycanlılarla müqayisə etmək düzgün deyil...

24.07.2025 / 17:43
Paşinyan belə təcili Altaya niyə gedib?..

24.07.2025 / 17:37
Zəngəzur dəhlizi açılmadan İrəvanda "bir kəmər, bir yol bayramı" başlayıb...

24.07.2025 / 17:30
UNESCO-nun baş katibi Trampa cavab verdi - ancaq öz təşkilatının eybini açdı…

24.07.2025 / 17:25
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

24.07.2025 / 17:16
Rusiya ABŞ-ı hiyləgərlikdə ittiham etdi - onlar yeni bir şey təklif edə bilməz...

24.07.2025 / 17:06
Deputat Cavanşir Feyziyev Şəkidə seçiciləri qəbul edib

24.07.2025 / 16:52
Abşeronda saxlanılan 2 nəfərdən 5 kq narkotik aşkarlandı

24.07.2025 / 16:37
Korrupsiya ilə bağlı 10 nəfər cinayət başında yaxalanıb...

24.07.2025 / 16:23
13 milyonluq əmlaka həbs qoyuldu...

24.07.2025 / 16:12
Qarabağda Zəfər bayrağı qaldıranlardan biri – Muxtar Babayev...

24.07.2025 / 16:06
İran geri addım atdı – MAQATE Tehrana heyət göndərir...

24.07.2025 / 15:50
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kritik ağırdır

24.07.2025 / 15:38
Bakıda əməliyyat zamanı çəkiliş - həkimə töhmət, baş həkimə xəbərdarlıq edildi...

24.07.2025 / 15:01
bp BTC ilə ixrac olunan neftin keyfiyyətilə bağlı məsələyə aydınlıq gətirdi

24.07.2025 / 14:49
"Azərbaycan İsrailin müsəlman aləmi ilə yaxınlaşmasında həlledici rol oynaya bilər" - Keçmiş ABŞ səfiri

24.07.2025 / 14:37
Bakıda bağçada qeydiyyatsız uşaqlar aşkarlandı - müdiri işdən çıxarıldı

24.07.2025 / 14:21
Ermənistanın spikeri Marqarita Simonyanı təhqir etdi - çirkin məxluq...

24.07.2025 / 14:05
Tələbələri üçün Prezident təqaüdünün məbləği də artırıldı...

24.07.2025 / 13:57
Tələbə təqaüdlərinin məbləği artırıldı - SƏRƏNCAM

24.07.2025 / 13:53
Kənd təsərrüfatı məhsulları istehsal edən tikinti obyektlərinə rəylərin əhatə dairəsi müəyyənləşdi

24.07.2025 / 13:52
Lukaşenkonun Estoniyaya girişinə qadağa qoyuldu...

24.07.2025 / 13:47
"Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır" - Birol Akgün

24.07.2025 / 13:32
Azərbaycan Suriyaya qaz nəqlinə başlayır...

24.07.2025 / 13:22
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada şəhid ailəsinə təqdim edilib...

24.07.2025 / 13:19
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

24.07.2025 / 13:10
Угрозы Григория Карасина и Ходжы Насреддина - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.07.2025 / 13:06
Nazir Somalidən olan tələbələrin Azərbaycanda təhsil almasından danışdı

24.07.2025 / 12:53
Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

24.07.2025 / 12:50
Daha 29 ailə Ağdərənin Həsənriz kəndinə yola salındı

24.07.2025 / 12:46
Kremldən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...

24.07.2025 / 12:16
Rusiyada 49 nəfərin olduğu An-24 təyyarəsi qəzaya uğrayıb

24.07.2025 / 12:03
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

24.07.2025 / 11:50
Dövlət Agentliyindən sabit tarifin tətbiqi ilə bağlı açıqlama...

24.07.2025 / 11:38
Sabah bütün sosial müavinətlər ödəniləcək

24.07.2025 / 11:32
Neftçalada iki nəfərə xəsarət yetirən şəxs yaxalanıb

24.07.2025 / 11:29
Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

24.07.2025 / 11:25
Küveyt sorğu göndərdi, Almaniyada saxlanılan Azərbaycan vətəndaşı azad edildi

24.07.2025 / 11:00
Barak Obama hədəfdə - haqqında araşdırmalar başladı

24.07.2025 / 10:37
Saatlıda "Jiquli" 68 yaşlı qadını vurub öldürdü

24.07.2025 / 10:27
Yevlaxda 40 yaşlı kişini güllə ilə öldürüblər

24.07.2025 / 10:20
Yaşı 75-i ötən fransızlar istilərdən ölür...

24.07.2025 / 10:16
PSJ-də qalmaqal - baş məşqçi 5 futbolçuya qapını göstərdi!

24.07.2025 / 10:12
Trampdan yeni qərar - bu dəfə süni intellektlə bağlı

24.07.2025 / 10:06
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasında ilk matça çıxacaq

24.07.2025 / 10:00
Çin və ABŞ üz-üzə - bu dəfə saxta Labubuya görə...

24.07.2025 / 09:42
Xanhüseyn Kazımlı vəfat edib

24.07.2025 / 09:26
Binəqədidə evdən meyit tapılıb

24.07.2025 / 09:25
178 ölkədən turist azalıb, Çin turistləri isə çoxalıb...

24.07.2025 / 09:20
Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq?

24.07.2025 / 09:12
"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı

24.07.2025 / 09:04
MAQATE nümayəndələrini qəbul etməyə hazırıq - İrandan açıqlama

24.07.2025 / 09:00
Si Cinpin Pekində Avropa İttifaqının rəhbərləri ilə görüşüb

24.07.2025 / 09:00
Axşamüstü dənizdə boğulmaların sirləri - Elmi-lədun

24.07.2025 / 08:48
ANAMA əməkdaşı qəzaya düşüb

24.07.2025 / 08:45
"44 gün-Tarixi zəfər" kitabının II və III cildi Qubada təqdim ediləcək

24.07.2025 / 08:31
Neft Fondumuzun gəliri 245 milyon manat azalıb... Niyə?

24.07.2025 / 00:40
Ukraynadan Rusiyaya dördlü zirvə təklifi - Zelenski-Putin görüşü üçün konkret vaxt qoyuldu...

23.07.2025 / 23:31
Dəmir yolunun üstündə təhlükəli qəsəbə - 156 ailənin cəmi 12-si məcburi köçkündür, evini kirayə verənlər də var...

23.07.2025 / 21:27
Paşinyan keşişlərə qarşı sonuncu səlib yürüşünə başlayır

23.07.2025 / 21:14
Axundovun milli mənşəyini dəyişdirmək vətəndaş həmrəyliyinə böyük zərbə cəhdidir...

23.07.2025 / 20:59
AB sanksiyaları Rusiyanı Hindistanda da vurdu...

23.07.2025 / 20:45
İran, Zəngəzur da daxil, regionda bütün tranzit marşrutlara əl qoydu...

23.07.2025 / 20:31
Əliyevlə Trampın mövqeyi Ermənistanda dərin narahatlıq doğurub...

23.07.2025 / 20:18
Rusiya qazından imtina edən Avropa ilə Azərbaycanın siyasəti bu cür olacaq...

Azad sahibkarlığın qanunvericilik əsasları daim təkmilləşdirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910