"Bakı və İrəvan bu barədə razılığa gəliblər" - Tiqran Abramyan
Ermənistan Milli Assambleyasının “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində xatırladıb ki, Bakı və İrəvan regional kommunikasiyaların bloklanması məsələsini sülh müqaviləsi layihəsindən çıxarmaq və daha sonra müzakirə etmək barədə razılığa gəliblər. Bu barədə "Panorama.am" erməni saytı məlumat yayıb. T.Abramyan yazır:
"Əgər Bakı üçün, bu məqam dəhliz əldə etmək üçün bir fürsətdirsə, Ermənistan üçün bu, illərdir davam edən blokadadan çıxmaq imkanıdır, Ancaq başqa bir vacib suala baxaq. Azərbaycan hesab edir ki, onlar bu addımı ona görə atıblar ki, onların Ermənistan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı prioritet məsələsi tez bir zamanda həll olunsun.
Tərəflərin konkret hansı istiqamətdə hərəkət etdiyi və hansı məsələlərin müzakirə olunduğu ancaq çox səthi və ümumi şəkildə aydın olur." - T.Abramyan yazır.
Mətləb Salahov