KÖHNƏ VERSİYA            

Cənubda dini toylar genişlənir - ancaq kişilər qatılır, bundan başqa...

Image

Son vaxtlar sosial şəbəkələrdə dini toylardan çəkilən video görüntülərə rast gəlirik. Xüsusən də ölkəmizin Cənub bölgəsində dini toylar az qala ənənə halını alıb. Görüntülərdən görsənən odur ki, belə toyda yalnız kişilər olur və orada dini mahnılar,  mədhiyyələr oxunur. Məsələ burasındadır ki, bu cür toylar get-gedə kütləviləşir. 

Bu cür toyların milli Azərbaycan toylarından, toy ənənələrimizdən tamamilə fərqləndiyini görürük. 

Dini toyların keçirilməsi ənənəsi bizdə olubmu? Bəyəm islamda toy adətləri yoxdurmu ki, toyu bu şəklə salırlar?

Tural İrfan: “Həmin toy məclislərini özlərinə bir siyasi toplanış yeri hesab edirlər”    

Tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə toyun və nikahın dini və dinsizi yoxdur, bu ayrıntını saxta dindarlar ediblər. “Guya dini və dinsiz kəbin, guya dini və dinsiz toy var. Əgər dini toydan danışılırsa, onun əksi dinsiz toy olur. Bu təsnifatı saxta dindarlar yaradıblar, bu xarici təşkilatların bunlara təsirindən qaynaqlanan məsələdir. Sələfi adlanan vəhabi cərəyanında da toyların bu cür əcaib hala salınması var. Bu həmçinin özünü şiə adlandıran əslində İrançılara, İran siyasətinə xidmət edənlərin arasında da yayılıb. Təəssüflər olsun ki, bu son on il ərzində QMİ-nin demirəm səhlankarlığı, birbaşa təşkilatçılığı ilə bu toylar əmələ gətirilib, eləcə də yas mərasimləri əcaib hala salınıb, ehsanlar yığışdırılmayıb. Çünki QMİ-nin heyəti, Qazilər Şurasının üzvlərinin hamısı birbaşa İran siyasətinə xidmət edən, İranın dini- siyasi liderlərinə təqlid etdikləri, şəriyət hökmlərində və siyasətdə birbaşa onlara bağlı olduqları üçün onların dediklərini burda əhaliyə icra etdirirlər. İranın siyasəti budur ki, islam inqilabının islam ölkələrinə ixrac edilməsi üçün birinci mərhələ olaraq bütün “dini” adlandırdıqları ənənələri yaymalıdırlar, təbliğat aparmalıdırlar. “Din” adı altında bütün bu ənənələri yaydıqdan sonra artıq öz təşkilatlarını yaratmalıdırlar. Necə ki, başqa ölkələrdə öz işlərini görürlər, burada da onu etmək istəyirlər. Məsələ ondan ibarətdir ki, din xadimlərimizin 80 fazii gizli, üstü örtülü şəkildə, müxtəlif üsullarla bu siyasətə xidmət edirlər. Çox təəssüflər olsun ki, bizim din məsələsinə nəzarət edən qurumlarımızın, şəxslərimizin çoxunun da ya din fəlsəfəsinin dərinliyindən xəbərləri yoxdur, ya dinin belə təhlükəli oyunlarda istifadə olunmasına qarşı mübarizədə təcrübələri mövcud deyil, ya da işlərinə səhlənkar yanaşıb bu boşluğu buraxıblar. Çünki toyların bu şəkildə keçirilməsi xurafat, toy ənənələrimizin sıradan bir təhrif olunması məsələsi deyil, bunun altında başqa maraqlar yatır. Bir azdan bu cür toylarda siyasi şüarların səsləndirilməsi meydana gələcək, belə hallar olur da. Dinə xurafi cəfətdən inanan, xarici ideoloji-siyasi məsələləri din adı altında icra edən insanlar həmin toy məclislərini özlərinə bir siyasi toplanış yeri hesab edirlər”.

T.İrfanın sözlərinə görə, yas və toy yerləri xarici qüvvələrin maraqlarına xidmət edən şəxslərin təbliğat aparması üçün əlverişli yerlər kimi seçilir.

Ekspert deyir ki, onlar toy və yas mərasimlərindən öz siyasi maraq və məqsədlərini həyata keçirmək üçün istifadə edirlər. “Digər tərəfdən, bizim milli toy adət-ənənəmiz də aradan çıxmaq istəyirlər. Bizim milli adətlərimizə uyğun keçidriyimiz toylar hara, onların “din” adı ilə keçirdikləri toylar hara?  Gəlin, İranın özünə gedək, xurafatdan uzaq soydaşlarımızın Təbrizdə və başqa yerlərdə keçirdiləri toylara baxaq, görək onlarda belə şeylər varmı? Yoxdur əlbəttə. O toylardan videolar yayılır, toylar milli adət-ənələrimizə uyğun keçirilir, qadınla kiçinin bir məclisdə olması o ölkədə qadağan edilsə də, Azərbaycan toylarında hətta bəzən qadın və kişio bərabər rəqs də edirlər. Yəni oradakı toylar bizim milli adətlərimizə uyğun şəkildə keçirilir. Gəlin Ərəb ölkələrinə, Türkiyəyə baxaq, onlarda toylar normal keçirilir. Bizdə “dini” toy keçirirlər, əslinə qalanda elə bu cür toylar dinsiz toylardır. Çünki orda başdan-başa xurafat təbliğ olunur, özlərini əcaib hala salmış mərsiyyəçilər artistlərdən betər həyasızlıqlar edirlər, dini də təhqir etməkdən çəkinmirlər. Xanım Fatimənin, xanım Zəhranın adına orda nərə çəkib mərsiyyə adı altında cürbə-cür sözlər danışırlar, dinimizi təhrif edirlər. Bu cür saxtakarlıqları dinimizə yapışdırmaqla insanları dinimizə nifrət etdirirlər. Xalqımız həmişə bir olub, hamı dinə inanıb, dinin tələblərinə riayət ediblər. Amma onlar xalqımızı iki təsnifata bölüblər ki, guya əsl dindarlar onlardır, guya hər şey bu cür olmalıdır, o birilər isə dinsizdir. Bunu da edən İrandır, bəzi ərəb ölkələridir. Bu təxribatlar o adamların yetişdirildikləri yerlərdən qaynaqlanır. 

Düşünürəm ki, gecdir, bunun qarşısını almaq da çox çətin məsələdir. İmamın mövlud günündə tort bişirirlər, lağ-lağı ilə imamın şəkilini tortun üstünə çəkirlər, sonra da tortu kəsərkən imamın “başını” bıçaqla parçalayırlar. Bu birbaşa islam dinini, dini adət-ənənəmisi, Peyğəmbərimizi, imamları  təhqir etməkdir. Bəzi cahil insanlar da altdan iş görənlərin təsirinə düşür, elə bilir ki, bu dini ayindir. Belə bir şey yoxdur. Toy normal şəkildə keçirilməlidir. Toyun adı toydur, vayın adı vaydır. Həmçinin islamın irəli sürdüyü ənənə var. Peyğəmbərin də toyu olub. Düzdür, o dövrdə imkanlar elə geniş olmayıb ki, müxtəlif çalğı alətlərindən, çeşidli yeməklərdən istifadə olunsun. Hətta mənbələrə görə, Peyğəmbərin toyunda içki də verilib. Çünki həmin dövrdə içki haram edilməmişdi. Məlumdur ki, Məkkə dövründən uzun müddət sonra bu qadağalar oldu. Ney, qaval çalırdılar, şənlik keçirirdilər və sair. İnsanlar təbii ki, cəmləşdilər və Xədicə ilə Peyğəşbərin evliliyini şənlik şəkildə qeyd etdilər. Peyğəmbər ora öz qohumlarını çağırmışdı, orda müsəlmanlar da, qeyri-müsəlmanlar da var idi. Eyno zamanda əsabələrin də toy və şənlik məclisləri keçirilib. Heç bir mənbədə yoxdur ki, həmin məclislərdə ağı, mərsiyyə deyilib. 

Bunlar isə yaslarımızı təhrif etdikləri kimi toylarımızı da təhrif edirlər” - deyə T.İrfan qeyd etdi.   

Üzeyir Şəfiyev: “Biz bu toylara sadəcə bir törən kimi baxmamalıyıq, bunu həm də bu dini konfessiyaların arxasında duran dövlətlərin...” 

Sosiologiya üzrə fəlsəfə doktoru, dosent, sosioloq Üzeyir Şəfiyev “Bakı-Xəbər”ə bildirdi ki, dini toylar nəinki Cənub bölgəsində, hətta Bakı kəndlərində də kütləvi hal almaqdadır. “Azərbaycan tarixən müxtəlif dini konfessiyaların, müxtəlif dinlərin çarpazlaşdığı bir ölkədir. Ölkəmizdə qədim dövrlərdən ayrı-ayrı dini konfessiyalar mövcud olub.  Bu ölkəmizin geosiyasi bölgədə yerləşməsi ilə xarakterizə edilir. Siz düzgün vurğulayırsınız, bəli, təkcə dediyiniz coğrafiyada yox, Bakı kəndlərində də biz bunun şahidi oluruq. Şübhəsiz, bu onu göstərir ki, tarix boyu olduğu kimi, bu gün də Azərbaycanda məhz bu dini konfessiyalar bu və digər şəkildə təsirləri var. Bu cəmiyyətə müxtəlif səviyyələrdə təsir göstərir. Biz bu toylara sadəcə bir törən kimi baxmamalıyıq, bunu həm də bu dini konfessiyaların arxasında duran dövlətlərin bu və digər şəkildə cəmiyyətə müdaxiləsi kimi də qiymətləndirə bilərik. Bilirik ki, Azərbaycanın Cənubunda İran var. Biz nəinki İranın, hətta bir sıra ərəb ölkələrinin dini təriqətlərinin, dini sektalarının təsirini cəmiyyətimizdə hiss edirik. Sanki cəmiyyətdə mənəvi-ideoloji baxımdan həmin bu dini sektaların, təriqətlərin təsiri ilə qütbləşmə özünü göstərir. Deyim ki, bu əslində çox ciddi düşünməyi tələb edən bir məsələdir. Çünki baxmayaraq ki, müsəlman, islam cameəsidir, ancaq bunların özləri arasında da qütbləşmə, qarşıdurmalar, bir-birini qəbul etməmək var. Biz bunu görürük. Bunu hətta Azərbaycanda məscidlərin fəaliyyət istiqamətlərində bu halları müşahidə edirik. Ölkə başçımız, dövlətimiz “Heydər məscidini” inşa edib istifadəyə verməklə əslində islam dininə tapınan insanları ümumi bir məcrada birləşdirdi, təriqətlər arasında bir vəhədt yaratdı. Həmin məsciddə simvolizə etdi ki, bizim vahid dinimiz var, dinimiz islam dinidir və biz vahid Allaha biət edirik. Bu məsciddə bütün dini təriqətlərin namaz qılması, dini törənlər keçirməsi, ayinlər icra etməsi üçün şərait yaratdı. Dövlət bu istiqamətdə örnək bir addım atdı. Gözlənən o olardı ki, bu dini sektalar, təriqətlər bundan bir örnək götürsünlər. Ancaq biz görürük ki, cəmiyyət həyatında, müxtəlif törənlər səviyyəsində onlar yenə də öz yollarını sürdürməkdə israrlıdırlar. Zatən dövlət bu istiqamətdə addım atıb və öz iradəsini, qərarını ortaya qoyub. Çox yaxşı olardı ki, bununla bağlı QMİ, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəallığını, mövqeyini artırsın”. 

Ü.Şəfiyev qeyd etdi ki, müxtəlif dini sektaların, təriqətlərin nümayəndələri əsasən sosial şəbəkələr üzərindən bu cür ayrıntı yaradan çıxış edirlər. Sosioloq hesab edir ki, belə halların qarşısının alınması üçün nüfuzlu din alimlərinin, ruhanilərin, ziyalıların çıxışlarına ciddi ehtiyac var. “Bütün istiqamətdə, o cümlədən də bu istiqamətdə cəmiyyətdə həmrəylik olmalıdır. Müşahidəm əsasında deyirəm ki, dini təriqətlər arasında çatlar dərinləşə bilər, hətta dərinləşir. Güman edirəm ki, həm dövlətin bu istiqiamətdə fəaliyyəti daha da dərinləşməlidir, həm də QMİ, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələyə fokslanmalıdır. Çünki cəmiyyətdə bu sahədə fərqli ideoloji ayrımçılıq dərinləşməkdədir”.

Ü.Şəfiyevin qeyd etdi ki, toylarda da qəribə bir ayrımçılıq hökm sürür, biz buna sıradan bir təriqət məsələsi kimi baxmamalıyıq. “Çünki hər bir sektanın təriqətin arxasında hansısa maraqlı dövlətlətlər, kriminal qüvvə durur. Biz bunun fərqində olmalıyıq. Əlbəttə, dövlət bunun fərqindədir. Ancaq cəmiyyət olaraq da ayıq, diqqətli olmalıyıq. Din nədir? Din insanı mənəvi cəhətdən rahatladan, mənəvi cəhətdən təmizləyən, mənəvi-əxlaqı saflıq aşılayan, Allah qorxusu və Allah sevgisi ilə cəmiyyəti tənzimləyən bir vasitədir. Amma təəssüf ki, bəzən bu dini təriqətlər, sektalar hansısa bir missiyanı icra edən nəsnə kimi özünü göstərir. Bu təriqətlərin, sektaların bu tip fəaliyyətlərində bir missionerlik fəaliyyəti hiss edirik. Toy mərasimlərindəki fəaliyyətləri də bu qəbildəndir. Hətta ayrı-ayrı dövlətlər bundan istifadə edib Azərbaycanda hansısa bir mühit, cəmiyyət formalaşdımaq istəyirlər. O cəmiyyət ki, o sabah dövlətə, hökumətə qarşı bir təzyiq qrupu kimi istifadə oluna bilər. Biz həm vətəndaş, həm cəmiyyət, həm də dövlət olaraq bunun fərqində olmalıyıq. Çünki bu təsirlər artıq güclü şəkildə özünü göstərir, bu cəmiyyətdə ayrımçılığı dərinləşdirə bilər. Bu istiqamətdə ideoloji-mənəvi işləri gücləndirməliyik ki, bunun qarşısını alaq”.

Ü.Şəfiyevin fikrincə, aidiyyatı qurumlar səviyyəsində bu istiqamətdə faəliyyət genişləndirilməlidir və təhsil müəssisələrində gəncləri və uşaqları bu təhlükə ilə bağlı məlumatlandırmalıyıq ki, onlar bu təriqətlərin, sektaların, bu missionerlərin təsiri altına düşməsinlər. “Hətta görüsüz ki, bunlar gəlib məişətimizə, toylarımıza nüfuz ediblər”-deyə Ü.Şəfiyev bildirdi ki, bu çox təhlükəli məsələdir. 

Hansısa təriqətlərin “dini toyları” cəmiyyətə, xalqa təlqin etmək istəyinin, “hegomon” bir təriqət kimi bunu cəmiyyətə aşılamaq istəyinin düzgün yanaşma olmadığını deyən Ü.Şəfiyev qeyd etdi ki, bu missonerlik fəaliyyəti ilə məşğul olan tərqiqətlərin “fironluğu” anlamına gəlir: “Sanki onlar öz təriqətlərini tamamilə yaymaq istəyirlər. Bu missionerlik kimi görsənir. Azərbaycan xalqının bütün ənənələri kimi gözəl toy ənənələri də var, bu toy ənənələrində paylaşmaq, bir-birinə əl tutmaq, toy sahibinə dəstək vermək kimi yaxşı xüsusiyyətlər əks olunub. Ancaq bu gün sanki bu ənənələr sanki arxa plana keçir...”deyə bildirən sosioloq hesab edir ki, xalqın ülvi dəyərlərinin yerini başqa məsələlərin tutması təəssüf doğurur. “Bu toylar sadəcə bir toy təsiri bağışlamamlıdır. Bu belə toylar vasitəsilə  hansısa dövlətlərin cəmiyyətimizin mənəvi aurasına, mənəvi iqliminə təsir göstərmək cəhdləri kimi də qiymətləndirililməlidir” - deyə sosioloq bildirdi.

İradə SARIYEVA







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

SON XƏBƏRLƏR

09.09.2024 | 09:12
Trampla teledebatlara hazıram - Kamala Harrisdən AÇIQLAMA

09.09.2024 | 09:10
Bakının mərkəzində bu yerlər bağlandı- ayın 17- si saat 8.00- dək....

09.09.2024 | 09:00
Ağdaşda 28 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

08.09.2024 | 20:43
Rusiyanı özündən çıxaracaq xəbər yayıldı - Paşinyan Kiyevə silah göndərməyə başladı...

08.09.2024 | 18:26
Tramp Harrisi impiçmentlə hədələdi Baydenin səriştəsizliyini gizlətsəz...

08.09.2024 | 17:33
Rusiya 2022-də Ukraynada nüvə silahından istifadə etmək istəyib? - ABŞ kəşfiyyat şefindən şok iddia...

08.09.2024 | 17:00
İranın Rusiyaya ballistik raketlər göndərdiyi ortaya çıxdı, Ukrayna Tehranı hədələdi - xəbərlər təsdiqlənsə...

08.09.2024 | 11:33
Göygöldə 3 bal gücündə zəlzələ oldu...

08.09.2024 | 10:43
Yəmən husiləri ABŞ-ın daha bir pilotsuz təyyarəsini vurdular...

08.09.2024 | 09:30
Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

07.09.2024 | 23:47
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Raman Saleyi təbrik edib

07.09.2024 | 20:16
Rusiya raket hücumu təhlükəsinə qarşı qırıcılarını Ukrayna sərhədindən azı 300 km geriyə çəkdi...

07.09.2024 | 19:15
Makronun təyinatı Fransanı ayağa qaldırdı - ölkəni etiraz aksiyaları bürüdü...

07.09.2024 | 18:56
Rusiya Ermənistanın imzasını geri götüzdürdü - Ukraynadakı cinayətlər...

07.09.2024 | 18:35
Vilayət Eyvazov TDT dövlətlərinin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib - FOTO

07.09.2024 | 18:08
Ağdam və Bakıda maşın qaçıranlar tutuldu...

07.09.2024 | 17:51
İran vətəndaşına narkokuryerlik edən Ağcabədi sakini saxlandı...

07.09.2024 | 17:36
İtaliyadan Rusiyaya silah göndərən İrana təhdid kimi xəbərdarlıq - gərginliyi artırmayın...

07.09.2024 | 17:01
Bazar " Hundai"nin bu hissələrinin saxta variantları ilə doludu....

07.09.2024 | 16:52
Erməni məktəblərində rus dili siyahıdan silindi...

07.09.2024 | 16:31
Əliyev AŞPA-nın qərarına qarşı bu şərti qoydu...

07.09.2024 | 15:27
Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

07.09.2024 | 14:48
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Orxan Aslanovu təbrik edib - FOTO

07.09.2024 | 13:55
COP29 Azərbaycan sədrliyi diplomatik korpus üzvləri üçün növbəti brifinq keçirildi

07.09.2024 | 13:18
Mehriban Əliyeva gümüş medal qazanan Lamiyə Vəliyevanı təbrik etdi - FOTO

07.09.2024 | 13:14
Kapadokiya – Türkiyənin nağıl dünyası,tarixi incisi...

07.09.2024 | 13:00
Siqaret və spirtli içki gətirmək istəsən, 200 min dollar depozit qoymalısan...

07.09.2024 | 12:53
İran səfiri Zəngəzur dəhlizinə "heç vaxt real olmayacaq xəyal" dedi - həm də ermənilərin yanında...

07.09.2024 | 12:30
Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

07.09.2024 | 11:58
Prezident İlham Əliyev Braziliya liderini təbrik edib

07.09.2024 | 11:34
Zakir Həsənov və Hikmət Mirzəyev sərhəddə xidmət edən hərbçilərlə görüşüblər - FOTO

07.09.2024 | 11:00
Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib

07.09.2024 | 11:00
Antoni Blinken Andriy Sibiqaya zəng edib

07.09.2024 | 10:30
Məsud Pezeşkian Rusiyaya səfər edəcək

07.09.2024 | 10:15
Ukraynada müharibənin bitəcəyi tarix açıqlandı...

07.09.2024 | 10:06
Salyan Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

07.09.2024 | 10:00
Co Bayden Kir Tarmet ilə gələn həftə görüşəcək

07.09.2024 | 09:31
Gürcüstan "LGBT-çi ailə" normalarından yaxasını qurtarır - bəs biz?

07.09.2024 | 09:30
Bakıda 5 otaqlı ev yanıb

07.09.2024 | 09:16
Millətlər Liqası: kim uddu, kim uduzdu?

07.09.2024 | 09:10
Daha 27 ailə Şuşaya köçürülüb

07.09.2024 | 09:07
Dünya mediası Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışından yazır

07.09.2024 | 08:43
Rusiya əmək miqrantlarına ailə ilə gəlməyi qadağan edəcək - azərbaycanlılar təlaşlanıb...

06.09.2024 | 23:49
Şuşada 32 ildən sonra ilk toy mərasimi... - FOTO

06.09.2024 | 23:42
Qarımış hay xislətinin “erməni” arzusu...

06.09.2024 | 21:56
Müdafiə Nazirliyi antiterror əməliyyatı ilə bağlı yeni detallar açıqladı…

06.09.2024 | 21:18
Erməni müxalifəti də keşişdən imtina edir - Paşinyana qarşı yeni cəbhə qurulur...

06.09.2024 | 21:03
Separatçı canilər üzərində Bakı prosesi Ermənistanın sülh siyasətinə necə təsir göstərəcək...

06.09.2024 | 20:50
QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

06.09.2024 | 20:34
Rusiyanın Zəngəzur siyasəti Ermənistandan çox İranın yuxusuna haram qatıb...

06.09.2024 | 20:28
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin ikinci günü ilə bağlı VİDEOÇARX...

06.09.2024 | 20:20
İran-Rusiya əhatəli müqaviləsi pozula bilər - Zəngəzur dəhlizi vəziyyəti gərginləşdirdi...

06.09.2024 | 20:06
Hökumət 44 günlük müharibə ilə bağlı istintaq hesabatını dərc etməkdən qorxur...

06.09.2024 | 19:52
Rusiya “Azərbaycan-Ermənistan balanslı saziş” ideyasını gündəmə gətirdi...

06.09.2024 | 19:38
Putin ABŞ prezidentliyinə Harrisin namizədliyini niyə müdafiə etdi...

06.09.2024 | 19:25
Bakı Qlobal İqlim Şəffaflığı Platforması - "yaşıl mühit" uğrunda mübarizədə yeni hadisə...

06.09.2024 | 19:12
Kişi ibtidai sinif müəllimləri get-gedə azalır...

06.09.2024 | 18:58
İKT sektoru Azərbaycanın inkişaf gücünə çevrilir...

06.09.2024 | 18:44
Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

06.09.2024 | 18:30
Samanta Pauerin erməni lobbisi ilə qeyri-şəffaf dostluğunun daha bir sübutu - 130 milyon...

06.09.2024 | 18:15
Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

06.09.2024 | 18:06
Makron Fransa demokratiyasını rüsvay etdi - xalqın seçdiyi partiyanın hökumət qurmasına imkan vermədi...

06.09.2024 | 17:52
Ermənistanın KTMT-dən çıxmasına 1 addım qaldı - Zaxarova hələ ümidlidir...

06.09.2024 | 17:50
Azərbaycan dünya səviyyəsində öz sözünü deyir və qəbul edilir

06.09.2024 | 17:46
Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar sentyabrın 10-da ödəniləcək

06.09.2024 | 17:40
Prezident İlham Əliyevin sosial şəbəkə hesabında İtaliyaya səfərinin ikinci gününə həsr olunmuş videoçarx yayımlanıb - VİDEO

06.09.2024 | 17:38
Ermənilər daha bir alban kilsəsini Tavuşda erməniləşdirirlər...

06.09.2024 | 17:33
"Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş olaraq fəaliyyət göstərir" - Prezident İlham Əliyev

06.09.2024 | 17:25
Ermənistanın İtaliya ilə ticarəti ölü nöqtədən çıxa bilmir - ilginc səbəblər...

06.09.2024 | 17:12
Azərbaycanla İtaliya birgə istehsal sahələrinin yeni dövrünə başlayır...

06.09.2024 | 17:00
Paşinyan yenidən Rusiyanın qucağına qayıdır – İLGİNC İDDİA...

06.09.2024 | 16:43
BTQ Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı beynəlxalq qurumlara müraciət etdi...

06.09.2024 | 16:30
"AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək" - Prezident

06.09.2024 | 16:20
Trampın 7 ölkəni F-35 proqramından çıxarmaq planı – onlarla müharibə vəziyyətində olsaq, nə edəcəyik?..

06.09.2024 | 16:10
Dövlət Agentliyi dərsliklərlə bağlı valideynlərə müraciət etdi...

06.09.2024 | 15:58
ABŞ-dan İsrailə xəbərdarlıq - təyyarə gəmilərimiz sizi İrandan əbədi qoruya bilməyəcək...

06.09.2024 | 15:48
Prezident İlham Əliyev: "Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır"

06.09.2024 | 15:42
COP29 çərçivəsində Liderlər Sammiti keçiriləcək

06.09.2024 | 15:33
Rusiyalı iki oliqarx Britaniyanın ən böyük neft şirkətinin səhmlərinin 15 faizini aldı...

06.09.2024 | 15:10
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində Çernobbio forumunda iştirakla bağlı videoçarx paylaşılıb - VİDEO

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30