Bazar ertəsi günü, 7 iyul 2025
     

İqrar Əliyevin və Yaqub Mahmudovun 7 cildlik "Azərbaycan tarixi" zərərlidir...

Image

Azərbaycan Tarixi ilə bağlı elə nəşrlər olub ki, onlardan bu gün də istifadə olunur. Söhbət ideoloji cəhətdən zərərli nəşrlərdən gedir ki, orada tariximiz təhrif olunub, hökmdarlarımız mənfi rolda verilib. 

Məsələn, vaxtilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitunun (hazırda Tarix və Etnologiya İnstitutu) hazırladığı 7 cildlik "Azərbaycan Tarixi" buna nümunədir. "Azərbaycan Tarixi" nəşrinin altı cildi akademik İqrar Əliyevin bu instituta rəhbərlik etdiyi dövrdə, bir cildi, yəni yeddinci cild isə akademik Yaqub Mahmudovun zamanında çap olunub. Sonradan bu yeddi cildliyin yenidən latın qrafikası ilə çap edilməsi barədə rəsmi qərar qəbul edilib, maraqlıdır ki, ona heç bir dəyişiklik edilmədən təkrar nəşr edilib, oradakı ideoloji səhvlər qalıb.  

Tarixçilər də dəfələrlə vurğulayıblar ki, o nəşrdə kifayət qədər idoloji səhvlər, bir-birini təkzib edən, tamamlamayan məlumatlar var. Əldə etdiyimiz məlumata görə, Tarix və Etnologiya İnstitutunda sözügedən yeddi cildliyin üzərində iş gedir və o tam yeni metodologiya ilə çap olunacaq. 

Təkcə bu nəşr deyil, başqa belə nəşrlər də var. 

Belə kitablar niyə birdəfəlik dövriyyədən çıxarılmır. O dövriyyədən çıxarılmadıqca müasir tarixçilər onlara istinad edir, hətta dərsliklərdə belə onlardan istifadə olunur. 

Faiq Ələkbərli: "Bu 7 cildlik bizim dövlətçilik siyasətimizlə, milli maraqlarımızla, bölgədəki mövqeyimizlə üst-üstə düşmür" 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərli "Bakı-Xəbər"ə "Çar dövrünün, eləcə də Sovet Rusiyasının işğalçılığı 7 cildliyin 6 cildində daha yumşaq şəkildə qələmə verilib. Sonunci cild də bəli, akademik Yaqub Mahmudovun dövründə nəşr olunub. Bütövlükdə, hazırda bu 7 cildlik bizim dövlətçilik siyasətimizlə, milli maraqlarımızla,  bölgədəki mövqeyimizlə üst-üstə düşmür. Biz bu cildliyi birdəfəlik ləğv etməliyik.  Bunu kim ləğv edə bilər? Bu o zaman ləğv oluna bilər ki, artıq sözün əsl mənasında Azərbaycan xalqının, Azərbaycvan türklərinin obyektiv və milli maraqlarına uyğun tarixi ortaya qoyulsun, həmin 7 cildlik isə aradan qaldırılsın. Bu yanlış anlaşılmasın ki, orda qiymətli məlumatlar yoxdur, əlbəttə, orda çox qiymətli məlumatlar var. Bu cildliyin ortaya çıxmasında iştirak edən insanların da əməyini qətiyyən danmaq olmaz. Ancaq orda söhbət yanlışlıqlardan, təhriflərdən, Azərbaycan xalqının, Azərbaycan türklərinin tarixinin saxtalaşdırılmasından, böyük hökmdarlarının "talançı", "işğalçı" kimi qələmə verilməsindən, bir çox məsələlərin ya Qərbin, ya Rusiyanın maraqlarına uyğun şəkildə yazılmasından gedir. Yoxsa, orda bütövlükdə qiymətli məlumatlar var. Demək istədiyimiz odur ki, bu məsələ üzərində ciddi korrektələr, redaktələr edib yeni nəşrlər üzə çıxarılmalıdır. Köhnə 7 cildlik "Azərbaycan tarixi" dövlət səviyyəsində aradan qaldırılmalıdır. Bu cildlər ali və orta məktəblərdən, kütləvi kitabxanalardan yığışdırılmalıdır. Bu milli dövlətimizə, onun siyasətinə, ideologiyasına, maraqlarına, eyni zamanda türk dövlətləri ilə aprdığımız siyasətə uyğun şəkildə olmalıdır"-deyə bildirdi.

F.Ələkbərlinin fikrincə, "Azərbaycan tarixi" eyni zamanda Türk Dövlətləri Təşkilatının, Azərbaycanın, eləcə də digər türk dövlətlərinin ortaq maraqlarını əks etdirməlidir.   O, hesab edir ki, biz bunu bu və digər şəkildə ortaq tarix kimi ortaya qoymalıyıq, bu bizim yeni nəslin milli, bütövlük ruhunda böyüməsi üçün əsas şərtdir. F.Ələkbərli qeyd etdi ki, gənc nəsil bütöv Azərbaycan, türk kimliyi ruhunda inkişaf etməlidir, dünyada bior gücə çevrilməyimiz üçün tarixi şüur çox əhəmiyyətlidir. 

F.Ələkbərli ümid edir ki, bütün bunlar nəzərə alınacaq, qısa müddətdə həm bütöv Azərbaycan xalqının ruhuna uyğun, eyni zamanda  türk xalqlarının maraqlarına cavab verən bir tarix ərsəyə gəldikdən sonra məhz Sovet dövründə qələmə alınmış bu kimi tarix kitabları birdəfəlik kitabxanalaran qığışdırılacaqdır.

Qasım Hacıyev: "Tariximizin yazılmasında səhvlərə, nöqsanlara, boşluqlara yol verilib" 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev də məsələyə münasibət bildirdi. "Azərbaycan tarixinin problemləri hamımızı narahat edir. Adı Vətən tarixi olan bu tarix bütün azərbaycanlılar üçün doğmadır, əzizdir, onun hər bir səhifəsi, hər bir sətri insanlarımızı çox maraqlandırır. Amma təəssüflər olsun ki, tariximizdə çox dolaşıq, keşməkeşli vaxtlar olub, tariximiz o zamana, o dövrlərin siyasətinə uyğun yazılıb. Bu vaxt isə tariximizin yazılmasında səhvlərə, nöqsanlara, boşluqlara yol verilib. Yəni müqayisə etsək, Cənubi Qafqaz regionu dövlətləri içərisində ermənilərin yazdığı tarix başdan-ayağa uydurmadır, saxtadır. Əfsanələr əsasında yazmağa başladıqları tarixlərini sonradan yalanlarla, uydurmalarla, başqa əraziləri "erməni ərazisi" adlandırmaq kimi cəfəngiyyatlarla doldurublar. Bu heç tarix deyil. Amma Azərbaycanın çox qədim tarixi, çox zəngin mədəniyyəti var, bunları yazmaqla bitən deyil. Ona görə də, böyük alimlər ordusu, qrupu yaranıb ki, onlar ancaq bu işin öhtəsindən gələ bilərlər. Amma belə düşünürəm ki, ölkənin hər bir vətəndaşı istəyir ki, tarixi onun qürur mənbəyinə çevrilsin, tarix obyektiv yazılsın, orada hər şey gözəl olsun, müsbət olsun. Azərbaycan tarixində belə müsbət cəhətlər çoxdur, doğrudan da tariximiz çox zəngindir. Qəhrəmanlıq səhnələri, ərazilərimizin sərhəddlərinin möhkəmlənməsi, qorunması ənənənələri, dövlətlərimizin dövlət atributları, ticarət əlaqələri, iqtisadi qüdrəti var. Uzun əsrləri əhatə edən dövlətçilik tariximiz mövcuddur. Amma təəssüflər olsun ki, Azərbaycan xalqının tarixinin saxtalaşdırılmasına məcburiyyət daha güclü olub. Başqa xalqlarda bu epizodik xarakter daşısa da, bizdə çox geniş olub. Keçən əsrin 60-cı illərində Ələvsət Quliyevin dövründə yazılmış "Azərbaycan tarixi" çox mükəmməl, çox dərin bir vəsait idi. Amma tarixçilər yaxşı bilirlər, Moskva onu elə bir vəziyyətə saldı ki, o kitab rus dilindən Azərbaycan dilinə tərcümə edilmədən tamamilə yığışdırıldı. Çünki o dövrdə Moskvada Azərbaycanı sevməyənlər, eyni zamanda SSRİ Elmlər Akademiyasına soxulmuş ermənilər Azərbaycan tarixinin yazılmasına mane oldular. Onlar Azərbaycan tarixinin yazılmasını istəmirdilər. "Necə yəni bu qədər qədim dövlətçilik, qədim şəhər tarixi ola bilər" deyib onlar bu məsələni şübhə altına alıdılar. Nəticədə, Moskvanın təhriki ilə tariximizin yazılmasını saxta, əyri yola istiqamətləndirdilər. O dövrdə də onu Moskvanın istədiyi kimi yazmaq tələb olunurdu, açkar şəkildə olmasa da, üstü örtülü şəkildə tarixçiləri yanlışlığa yönəldirdilər. Əgər rus xalqı V-VI əsrdə formalaşıb, IX əsrdə dövlət yaradıbsa, Azərbaycanın dövlətçilik tarixi eradan əvvəl X əsrdə yaranıb, hətta son dövrün tədqiqatları göstərir ki, eradan əvvəl XIII-XII əsrdən etibarən Azərbaycan ərazisində dövlətçilik olub. Məhz bizə bəslədikləri qısqanclıqlar üzündən türkün tarixini silmək, məhv etmək üçün yönləndirilmiş SSRİ-nin böyük siyasəti Azərbaycan tarixini saxtalaşdıraq yöndəmsiz bir şəklə saldı. Ona görə də, vaxt ya bu cür yazmaq olardı, ya da heç yazmağa imkan verməzdilər. Necə ki, vermirdilər. İqrar müəllimin adını çəkirlər. İqrar müəlim paristokrat, çox ləyaqətli, çox mehriban xasiyyəti olan və yeri gələndə çox sərt mövqe bildirən bir alim idi. Həm də SSRİ məkanında onu güclü bir tarixçi kimi yaxşı tanıyırdılar. Bu bunun şəxsi keyfiyyətləri idi. Amma İqrar müəllimin vaxtında yazılmış tarixi əsərlərin hansı biri  Sovet İttifaqının ideoloqlarının qoyduğu yoldan kənara çıxa bilərdi? O vaxt o alimlərlə bizim mübahisələrimiz olurdu. Hətta biz gənc olanda  onları qınayırdıq da. Amma o vaxt yaşlı tarixçilərin vəziyyətini də anlayırdıq ki, ya o cür yazmalı idilər, ya da yazmalı deyildilər. Obyektiv şəkildə tarix yazılsaydı onu o vaxt kim çap edərdi? Kim ona icazə verərdi? Obyektiv yazılara görə cəzalandırılmasaydılar buna şükür edərdilər. Bizim güclü, nüfuzlu tarixçilərimiz, filosoflarımız olub.  Gənc vaxtlarında, şöhrətlərinin zirvəsində olduqları zamanda onları elə vəziyyətə saldılar ki, hətta aralarında intihar edənlər də oldu, bəzilərini öldürdülər, bəzilərinə elə hədə-qorxu gəldilər ki, yazdıqlarından heç kimin xəbəri də olmadı. Düşünmək, obyektiv danışmaq olardı, amma öz aranda. SSRİ-nin alimlərimizə, düşünən insanlarımıza paniranizm, pantürküzm damğası vurub Sibir çöllərində məhv etdiyi dövründə, represiya çağlarında kim obyektiv tarix yaza bilərdi?"-deyə Q.Hacıyev bildirdi.

Q.Hacıyev hesab edir ki, belə bir mənfur siyasətin içində obyektiv, xalqımızın xeyrinə olan tarixin yazılmasına imkan verilmirdi. "Ona görə də, köhnəlikdə olan ideoloji səhvləri, nöqsanları qılınclamaqdansa, keçmiş tarixçilərin yazdıqlarını təhlil etməkdənsə, obyektiv, ciddi tarix yazamaq daha məqsədəuyğundur. O dövrdə çox cildlik "Azərbaycan tarixi"nin yazılması böyük hünər idi. Siz görsüz ki, keçən dövrdə yazılanlar səhvdir, sizi əyri istiqamətə aparır, onlara istinad etməyin. Müəllimlər nə üçündür bəs? Onlar tələbələrə obyektiv tariximizi öyrətməlidir. Biz öz tələbələrimizə saxta tarix öyrətməmişik, hamısı həqiqəti bilir, Urartunun erməni dövləti olmadığını bilirlər. Hansı bilmir ki, Albaniya dövlətinə qarşı gürcülərin, ermənilərin qaldırdıqları iddialar yalandır, səhvdir, saxtadır? Azərbaycan tarixininin yazılmasında Sovet dövründə yol verilən nöqsanların aradan qaldırılmasının vaxtıdır. İndən belə tarixinmizi obyektib yazsınlar. Bu daha məqsədə uyğundur. Çünki əvvəlki yazanları tariximizi o cür yazmağa, rusların bizim bölgəyə işağalçı kimi yox, "xilaskar" kimi gəldiyini əks etdirməyə məcbur edirdilər. Guya ruslar bura "xilaskarlıq yürüşü" edib və bizə dövlət qurub. Bunlar hamısı yalandır, absurddur. Sovet dövründə bizə "qəhrəman" kimi təqdim edilənləri düşmən kimi yazsınlar, "Daşnakstyunun" cinayətkar əməllərini, erməni terror təşkilatlarının başımıza gətirdiyi oyunlarını qələmə alsınlar. 

O dövrdə milli düşüncəli tarixçiləri irəli çıxmağa qoymurdular, heç "Azərbaycan tarixi" dəsrliyini orta məktəbdə axıra qədər keçməyə imkan vermirdilər. O zaman tək-tək müəllimlər vardı ki, "Azərbaycan tarixi"ni can-başla keçirdilər, sevə-sevə öyrədirdilər. O dövrdə ən çox "SSRİ tarixi" təbliğ olunurdu. Hər kəsə "Sov.İKP tarixi"ni əzbərlədirdilər. Belə əziyyətli məsələlər vardı". 

Q.Hacıyev bildirdi ki, baş verənlər İqrar Əliyevin və başqalarının günahı ucbatından baş verməyib, SSRİ-nin tələbi ilə baş verib. "Bu Sovet siyasətinin günahı idi. Özbaşına kim nə edə bilərdi? İqrar müəllim başqalarından fəqrli olaraq savadlı və bacarıqlı olduğu üçün irəli durub bunu yazmaqla məşğul oldu, səhvlər də var. Azərbaycan torpaqlarının Ermənistana verilməsi məsələsi Moskvada qaldırılanda Mikoyan kimi şərəfsiz orada müəyyən tələblər irəli sürürdü. Bəs ona arayışı yazan kim idi? Onu niyə demirlər? Başqa bir tarixçi var, guya Azərbaycan tarixinə xidmət edib, əslində özünə xidmət edib, onun tarixə heç bir xidməti olmayıb. İqrar müəllim elə adamları tarixçi hesab etmirdi. Həmin adını çəkmədiyim adam İqrar müəllimin əleyhinə şayiə yaymışdı, o şaiyələrin yayılmasına şərait yaratmışdı. O adam istəyirdi ki, Azərbaycan tarixində təkcə bunun adı qalsın, odur ki, İqrar müəllimi də, başqalarını da pisləyib gözdən salırdı. Mən bu prosesləri çox yaxşı bilirəm. Bu baxımdan hesab edirəm ki, Azərbaycan tarixi bütün nöqsanlardan təmizlənərək, milli dövlətçilik maraqlarımıza uyğun şəkildə yazılmalıdır. Köhnələri təftiş edib İqrar müəllimi günahlandırmaq yox, "Azərbaycan tarixi"ndəki səhvləri təkrarlanmasına yol verməmək, obyektiv şəkildə yazmaq lazımdır"-deyə Q.Hacıyev bildirdi. 

İradə SARIYEVA  



VİDEO

SON XƏBƏRLƏR

07.07.2025 / 22:31
"Nəticə budur - faktlar bir-bir artır..." - Aydın Quliyev yazır

07.07.2025 / 21:29
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

07.07.2025 / 21:18
Rusiyada Azərbaycan diaspor rəhbərlərinin “ovuna çıxıblar”... Faktlar çoxalır...

07.07.2025 / 21:03
Quba-Xaçmaz bölgə sakinləri "fındıq elanlarından" qəzəbləniblər...

07.07.2025 / 20:48
Zəngəzur dəhlizi ABŞ və Rusiyanı üz-üzə qoyub...

07.07.2025 / 20:34
Ermənistan konstitusiyanı dəyişməkdən birdəfəlik imtina etdi, lakin Bakının tələbini icra edəcək...

07.07.2025 / 20:19
Neft bazarında vəziyyət qarışır, Azərbaycan preventiv tədbirlər görməyə məcburdur

07.07.2025 / 20:05
Xəzərdə Özbəkistanın öz “paromları” işləyəcək - Azərbaycanın “70 faiz güzəşt”i böyük iş görür...

07.07.2025 / 19:50
ECO-nun Qarabağ sammiti Əfqanıstandan Rusiyaya “yol açdı”...

07.07.2025 / 19:36
Rusiya Ukraynada kimyəvi silah tətbiq etdi - ağır ittiham, dünya şokda...

07.07.2025 / 19:22
Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

07.07.2025 / 19:10
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsi cəhdinin qarşısı alındı - DTX və DSX-dən birgə əməliyyat...

07.07.2025 / 19:02
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

07.07.2025 / 18:51
Rusiya Əfqanıstanı “İslam əmirliyi” kimi tanıyan ilk ölkə oldu...

07.07.2025 / 18:37
İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...

07.07.2025 / 18:23
Kənd yerlərimizdə nikahsız doğulanların sayı sürətlə artır...

07.07.2025 / 18:09
ECO-nun Xankəndi sammiti - regional əməkdaşlıqda yenilik üçün yeni şərtlər var...

07.07.2025 / 17:56
Trampın Putinə ümidləri Ukraynada tam dağıldı...

07.07.2025 / 17:43
Aşuranı İranla eyni gündə və saatda keçirməyə məcburuq?..

07.07.2025 / 17:31
Pezeşkian ona qarşı sui-qəsd planının olduğunu iddia etdi - arxasında ABŞ deyil, onlar dayanırdı...

07.07.2025 / 17:26
Rusiyada daha bir müəmmalı ölüm - Putinin bu gün səhər işdən çıxardığı nazir Starovoyt evində ölü tapıldı...

07.07.2025 / 17:15
Bakıda oğurluq edən 2 şəxs saxlandı

07.07.2025 / 17:08
Rusiya hava limanlarındakı xaos Putini qəzəbləndirdi - 300-ə yaxın uçuşun dayandırılması nazirin başında çatladı…

07.07.2025 / 16:52
Filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək...

07.07.2025 / 16:48
Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı

07.07.2025 / 16:33
Azərbaycan Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin ilk beşliyində...

07.07.2025 / 16:25
Fransa daha bir zərbəni Belçika və Perudan aldı - “Rafale” qırıcılarından imtina etdilər...

07.07.2025 / 16:10
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

07.07.2025 / 16:06
Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik iddia qaldırdı

07.07.2025 / 15:26
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılışı oldu - FOTO

07.07.2025 / 15:19
BMU məzunu tam təqaüdlə Çin universitetinə qəbul olub

07.07.2025 / 15:10
Sabunçuda soyğunçuluq edənlər saxlandı

07.07.2025 / 14:54
Qanı bahasına torpağı Vətən edən daha bir igidimiz – Murad Bədirov...

07.07.2025 / 14:48
Nəsimidə iki nəfəri hədələyərək soyan şəxs yaxalandı...

07.07.2025 / 14:37
Bölgələrimizdə dağılmaqda olan tarixi hamamlar yada düşmür...

07.07.2025 / 14:30
"Moskva ilə Bakı arasında fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir" - Peskov

07.07.2025 / 14:25
Vərəsəliklə bağlı qanunvericiliyə yeniliklər edildi

07.07.2025 / 14:17
Çinlə imzalanmış cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə təsdiq edildi

07.07.2025 / 14:16
Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edildi - SƏRƏNCAM

07.07.2025 / 14:08
"İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır" - Kərkicahan sakini

07.07.2025 / 13:50
Paşinyan Qaregini dövlət çevrilişini dəstəkləməkdə və zina etməkdə günahlandırdı

07.07.2025 / 13:45
Telefon manyaklığı PİK HƏDDƏ - oğul ana qatili oldu...

07.07.2025 / 13:22
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

07.07.2025 / 13:05
Армения опустилась ниже плинтуса - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.07.2025 / 12:42
Türkiyə ordusunda şəhid sayı 12-yə yüksəldi...

07.07.2025 / 12:30
Tramp BRİKS ölkələrini hədələdi- "heç bir istisna olmayacaq".

07.07.2025 / 12:10
İran mətbuatı ECO -nun 17-ci Zirvə görüşünü geniş işıqlandırıb

07.07.2025 / 12:01
Kərim Vəliyev Səudiyyə Ərəbistanına gedib

07.07.2025 / 11:23
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.07.2025 / 11:21
Uşaqlar üçün art-terapiya seansları davam edir

07.07.2025 / 11:13
Ərdoğan xərçəngə tutulan müşavirini xəstəxanada ziyarət edib

07.07.2025 / 11:05
Şübhəli bilinən 52 nəfər saxlanılıb - Polis məlumat yaydı

07.07.2025 / 11:03
Baxın Rusiya münasibətlərin pozulmasını kimin üstünə yıxır - CANLI

07.07.2025 / 11:00
Baş prokuror bu tarixdə vətəndaşları qəbul edəcək

07.07.2025 / 10:41
Azərbaycan və Özbəkistan dünya çempionatını birgə keçirmək istəyirlər

07.07.2025 / 10:32
Əməkdar artist Kiprdə dincəlir

07.07.2025 / 10:23
Bakı Limanına yeni baş direktor təyin edildi - DOSYE

07.07.2025 / 10:19
İngiltərədə ailələrə dəstək - yarım milyon uşaq üçün 500 milyon funt-sterlinqlik!

07.07.2025 / 10:12
"İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir" - Leonid Slutski

07.07.2025 / 10:06
Bu gün Ursula Fon der Leyenə etimadsızlıq müzakirə olunacaq - korrupsiyaya görə...

07.07.2025 / 10:01
"Əlavə rüsumlar tətbiq edəcəm" - Tramp bu dəfə BRICS ölkələrini hədələdi

07.07.2025 / 09:38
Türkiyədən açıqlama - şəhid hərbçilərin sayı 8-ə çatıb

07.07.2025 / 09:32
İdmançılarımızdan 1 gümüş, 2 bürünc medal

07.07.2025 / 09:28
CHP lideri barədə araşdırma başlanıldı - Ərdoğana təhdid və təhqirə görə..

07.07.2025 / 09:27
Yol qəzası “20 Yanvar” metro stansiyası ətrafında güclü tıxac yaradıb - TƏCİLİ

07.07.2025 / 09:20
Türkiyəli jurnalist azadlığa çıxdı - ölkədən çıxışına qadağa qoyuldu

07.07.2025 / 09:12
Sabirabadda 3 otaqlı ev və tövlə yanıb

07.07.2025 / 09:06
Tramp Mask barədə danışdı - "bu gülünc işdir"

07.07.2025 / 09:01
Hakan Fidan və Abbas Arakçı Braziliyada görüşüblər

07.07.2025 / 00:17
İraqda terrorçuların mağarasına girən 19 türk əsgəri qazdan zəhərləndi, 5-i şəhid oldu

06.07.2025 / 23:40
Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazanıb

06.07.2025 / 22:34
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

06.07.2025 / 21:30
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi - qardaş Türkiyənin yanındayıq...

06.07.2025 / 20:53
İƏT-in 17-ci Zirvə görüşü nəticəsində Xankəndi Kommunikesi qəbul edildi

06.07.2025 / 18:25
Rusiyanın kubalıları iş elanları ilə aldadıb Ukraynaya müharibəyə göndərdiyi ortaya çıxdı – “hər gün çoxlu əsgər itirirlər”

06.07.2025 / 17:32
Rusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır…

06.07.2025 / 17:09
Azərbaycan ABŞ-a başsağlığı verdi...

06.07.2025 / 15:26
Mask Trampa qarşı yeni partiya qurdu - Amerika Partiyası…

06.07.2025 / 13:36
"Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi altında həyata keçirilməlidir" - Elçin Əmirbəyov

06.07.2025 / 12:20
Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək...

06.07.2025 / 11:43
Polis Laçında əməliyyat keçirdi - 300-ə yaxın çətənə kolu və silah-sursat...

Qlobal demoqrafiya problemləri Azərbaycanda da özünü göstərməyə başlayır...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910