Ukrayna ordusu Kurskda Suci şəhərinin bir hissəsini ələ keçirdi...
Rusiya Müdafiə Nazirliyinə yaxın “Telegram”da bloqerlərin yazır ki, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində irəliləyişi davam etdirirlər. Onlar Suci şəhərinin qərb hissəsini ələ keçiriblər.
Məlumatlara görə, ukraynalılar şəhərə giriş yollarına nəzarəti ələ keçiriblər, Sucinin özündə isə güclü döyüşlər davam edir. Həmçinin, bloqerlər Korenevo yaxınlığında da rus və ukraynalı hərbçilər arasında döyüşlərin getdiyini yazır.
Kursk vilayətinin rəhbərliyi ukraynalı hərbçilərin irəliləyişini şərh etmir.
Vilayətin qubernatoru Aleksey Smirnov Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin vilayət istiqamətində buraxılan 6 dronu və 7 raketi vurmağa müvəffəq olduğu haqda məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi isə Kursk və Belqorod vilayətlərində 16 pilotsuz uçuş aparatının məhv edildiyini xəbər verir.
TAHİR